X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Ədliyyə Akademiyası

 

Rektor vəzifəsini icra edən, prorektor - Xələfov Elçin Abuzər oğlu
İnternet səhifəsi - www.academy-justice.gov.az

 

Akademiyanın fəaliyyətinin əsas məqsədləri və vəzifələri

Akademiyanın fəaliyyətinin əsas məqsədi ədliyyə və prokurorluq orqanları, vəkillik fəaliyyəti üçün ixtisaslı kadrların hazırlanması, ali hüquq təhsili olmayan ədliyyə işçilərinin hüquqi hazırlığının təmin edilməsi, ədliyyə və prokurorluq orqanlarının, vəkilliyin inkişafı naminə konseptual problemlərin tədqiq edilməsi, hüquq elminin müxtəlif sahələri üzrə fundamental və tətbiqi elmi araşdırmaların aparılmasıdır.

Akademiyanın əsas vəzifələri:

1. ilk dəfə ədliyyə orqanlarına qulluğa qəbul edilən namizədlərin, prokuror və müstəntiq vəzifələrinə, habelə vəkilliyə namizədlərin peşə fəaliyyətinə buraxılması məqsədilə icbari təlimin keçirilməsi;

2. hüquq elmləri sahəsində aspirantların (dissertantların) və doktorantların hazırlanması;

3. ali ixtisas təhsili əsasında müxtəlif kateqoriyadan olan işçilərin hüquqi biliklərə yiyələnməsi məqsədilə hazırlanması və ixtisasının artırılması;

4. ali təhsil müəssisələrinin elmi-pedaqoji heyətinin ixtisasının artırılması;

5. dövlətin və cəmiyyətin yüksək ixtisaslı hüquq mütəxəssislərinə olan ehtiyacının ödənilməsi;

6. fundamental və tətbiqi elmi araşdırmaların aparılması, məhkəmə, hüquq mühafizə orqanları və digər dövlət və qeyri-dövlət qurumları üçün məlumat-analitik, elmi-metodik materialların, tövsiyələrin hazırlanması;

7. Akademiyanın maddi-texniki və metodiki bazasının, tədris və elmi fəaliyyətinin daim inkişaf etdirilməsi;

8. cəmiyyətin mədəni, mənəvi və elmi dəyərlərinin qorunması və artırılması;

9. hüquqi maarifləndirmə işinin aparılması.

Akademiya aşağıdakı kateqoriyadan olan dinləyicilərin hazırlanmasını və ixtisasının artırılmasını həyata keçirir:

1. ədliyyə işçilərinin və ilk dəfə ədliyyə orqanlarına qulluğa qəbul olunan namizədlərin;

2. prokurorların və müstəntiqlərin, bu vəzifələrə namizədlərin;

3. məhkəmə aparatı işçilərinin;

4. vəkillərin və vəkilliyə namizədlərin;

5. xüsusi notariusların;

6. dövlət orqanları işçilərinin, bələdiyyə üzvlərinin və qulluqçularının;

7. mülkiyyət növündən asılı olmayaraq idarə, müəssisə və təşkilatların işçilərinin;

8. Akademiyanın fəaliyyətinin əsas məqsədlərinə və vəzifələrinə müvafiq digər kateqoriyalardan olan şəxslərin.

Akademiya hakimlərin və dövlət ittihamçılarının peşə səviyyəsinin yüksəldilməsi məqsədilə həyata keçirilən tədris, elmi-metodiki və təlim işinin təkmilləşdirilməsində iştirak edə bilər.

Nizamnamənin tam mətnini buradan əldə etmək olar.

Keçidlər