X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

İşgəncələr və qeyri-insani və ya alçaldıcı rəftar və ya cəzaların qarşısının alınması üzrə Avropa Komitəsinin Azərbaycana etdiyi səfər haqqında Azərbaycan hökümətinə məruzəsi

4 iyul 2003-cü ildə qəbul edilmişdir


(Ədliyyə Nazirliyinin səlahiyyətləri ilə bağlı çıxarışlar)

C. Ədliyyə Nazirliyinin nəznində olan müəssisələr

1. İlkin qeydlər

70. CPT-nin Azərbaycana etdiyi ilk mütəmadi səfəri, iki məhkəməyə qədər müəssisəyə, yəni Bakıdakı 1 saylı İstintaq təcridxanasına və Gəncədəki 2 saylı İstintaq təcridxanasına edilən hərtərəfli səfərlər idi. Məqsədli səfərlər həmçinin Bakıdakı Mərkəzi İslahetmə Hospitalına, orada yerləşən və CPT nümayəndə heyətinin istiqamətləndiyi ruhi təcridxanalara və buna oxşar yerlərə, eləcə də Bakının Binə qəsəbəsində yerləşən vərəmdən əziyyət çəkən dustaqlar üçün 3 saylı Xüsusi tibb müəssisəsindəki xroniki vərəmdən əziyyət çəkən dustaqlar üçün olan hissələrə də edilmişdir. Adı çəkilən hər iki müəssisə "Səhiyyə xidmətləri" bölməsində göstərilir.

71. Səfərin əvvəlində Ədliyyə naziri penitensiar sistemin, onun rəhbərlik etdiyi Nazirliyin nəzninə keçməsindən sonra aparılmış islahatlarının əsas istiqamətlərini təsvir etmişdir: həbsxana şəraitinin yaxşılaşdırılmasını, yeni qanunverici aktların (məsələn, 2000-ci ildə qüvvəyə minmiş, Hökmlərin (məhkəmə qərarlarının) icrası haqqında yeni Məcəllənin) qəbul edilməsini və həbsxanaların QHT və beynəlxalq təşkilatlar üçün açıq olduğunu bildirmişdir. Bu baxımdan da Ədliyyə nazirinin 2002-ci il sentyabr ayında "Penitensiar sistemdə insan hüquqlarının təmin edilməsi" haqqında qəbul etdiyi qərar, həbsdə olan şəxslərin hüquqlarının müdafiəsi problemlərinə diqqətin yetirilməsinə, qeyri-insani və pis rəftarın digər formalarının yol verilməzliyinə, QHT-lərlə əməkdaşlığın artırılmasına və beynəlxalq sənədlərin müddəalarına bağlı olmağa çağırır.

Nümayəndə heyətinin müşahidələri göstərdi ki, iqtisadi çətinliklərə baxmayaraq, penitensiar müəssisələrdə maddi vəziyyəti yaxşılaşdırmaq üçün səylər gürülməkdədir. Nümayəndə heyəti ilə söhbət aparmış dustaqlar və həbsxana işçiləri, habelə görüşlər keçirmiş QHT nümayəndələri, son üç il ərzində baş vermiş müsbət dəyişikliklərə istinad etmişlər. Buna baxmayaraq, vəziyyətin yaxşılaşdırılması üçün gələcək tədbirlərin görülməsi tələbatını etiraf etmək lazımdır.

72. Ədliyyə naziri həmçinin qanunvericilikdə aprılan dəyişikliklərə və bir sıra amnistiya aktlarının qəbul edilməsinə görə, son üç il ərzində dustaqların sayının azalmasında müsbət tendensiyanın olduğunu vurğulamışdır. CPT-nin səfəri zamanı ölkədəki dustaqların sayı 18,000 nəfərdən 17,000 nəfərə (o cümlədən onlardan 2000 ibtidai istintaq zamanı saxlananlar idi) düşmüşdür. Nümayəndə heyətinə məlum olmuşdur ki, həbsxana rəsmiləri ibtidai saxlama müəssisələrində şəxslərin həddən artıq artması probleminin, xüsusən də yeni həbsxanaların tikilməsi vasitəsilə həll edilməsinə yollar araşdırırlar. Buna baxmayaraq, Azərbaycanın üzləşdiyi iqtisadi problemlər bu sahədə inkişafa maneələr törədir.

Bu baxımdan CPT qeyd etmək istərdi ki, digər ölkələrin təcrübəsində əlavə yerlərin təqdim edilməsi artım probleminin həllində həmişə öz müsbət nəticəsini vermir. Həqiqətən də, Avropanın bir sıra ölkələri həbsxana tikintisinin genişləndirilməsi üzrə layihələr həyata keçirməyə başlayıb. Əksinə, həbsxanalara göndərilən dustaqların sayını məhdudlaşdırmaq və ya modullaşdırmaq siyasətinin müəyyən dövlətlərdə olması, dustaqların çoxluğunun idarə oluna biləcək səviyyədə saxlanmasına mühüm təsir göstərir.

CPT inanır ki, Azərbaycan rəsmiləri həbsxanaların həddən artıq dolmasının qarşısını almaq üçün yaradılmış geniş tədbirlərin, o cümlədən həbsxanalara göndərilən dustaqların sayını məhdudlaşdırmaq və ya modullaşdırmaq üçün nəzərdə tutulan siyasətin tətbiqini davam etdirəcək. Bu baxımdan Azərbaycan rəsmiləri, Avropa Şurası Nazirlər Komitəsinin həbsxanaların həddən artıq dolmasına və həbsxanada saxlanılan şəxslərin sayının artmasına dair R(99) 22 saylı Tövsiyyəsində təsbit edilmiş prinsip və tədbirləri nəzərə almalıdır.

73. Dustaqların qeyri-qənaətbəxş işə cəlbetmə vəziyyəti Azərbaycan həbsxana rəsmilərinin doğurduğu və CPT nümayəndə heyətinin şahid olduğu digər bir problemdir. Azərbaycanın Cəzaların İcrası Məcəlləsində məhkum edilmiş dustaqların müvafiq işlə təmin edilməsi reabilitasiya prosesinin mühüm bir hissəsi kimi nəzərdə tutulmuşdur. Komitə qeyd etmək istərdi ki, dustaqlara, onların psixoloci rifahı naminə mümkün qədər tez iş təklif edilməlidir. Hətta iqtisadi çətinlik dövründə belə, dustaqların işlə təmin edilməsi, yalnız bazar güvvəsi ilə şərtləndirilməməlidir; həbsxana istehsalının hərəkətə gətirilməsi üzrə təşəbbüsə əsaslanan fəal dövlət siyasəti tətbiq edilməlidir. CPT tövsiyyə edir ki, həm məhkum edilmiş şəxsləri, həm də ibtidai istintaq zamanı tutulmuş şəxslərin işlə təmin edilməsini təmin etmək məqsədilə xüsusi tədbirlər daxil edilsin.

2. Pis rəftar

74. Nümayəndə heyəti Bakıdakı 1 saylı İstintaq təcridxanasının, Bakıdakı Mərkəzi İslahetmə Hospitalının və vərəmdən əziyyət çəkən dustaqlar üçün Xüsusi tibb müəssisəsinin işçi heyətindən dustaqlarla pis rəftar edilməsinə dair heç bir şikayət almamışdır. Nümayəndə heyəti ilə görüşmüş dustaqların əksər hissəsi son illərdə həbsxana işçilərinin münasibətlərinin yaxşılaşdığını qeyd edirdilər. Nümayəndə heyəti işçilərlə dustaqlar arasındakı münasibətlərin olduqca mülayim olduğunun şahidi oldular.

Buna baxmayaraq, Gəncədəki 2 saylı İstintaq təcridxanasından pis rəftar haqqında bəzi şikayətlər olmuşdur. Bunlara, həbsxana işçilərinin subordinasiya nümayiş etdirən və ya daxili recimi pozan dustaqlara qarşı tətbiq etdikləri təpik, yumruq və dəyənəklə yetirilən zərbələr aiddir. Qeyd edilməlidir ki, həbsxana işçilərinin dustaqların olduğu sahələrdə həqiqətəndə dəyənəklərdən istifadə etmək təcrübəsi özünə geniş yer tutmuşdur (bu, eyni zamanda Bakıdakı Mərkəzi İslahetmə hospitalında da müşahidə edilmişdir). Bundan savayı, nümayəndə heyətində aydın təəsurat yaranmışdır ki, Gəncə təcridxanasındakı dustaqlar bu barədə açıq danışmaqdan qorxur və ya meyl göstərmirlər.

75. Səfərin sonunda CPT nümayəndə heyətinin yekun şərhlərinə cavab olaraq, Azərbaycan rəsmilərinin 2 aprel 2003-cü il tarixli məktubunda qeyd edilirdi ki, "təqsirləndirilən şəxslərlə əlaqədə olan heyət tərəfindən qeyri-qanuni aktların qarşısını almaq üçün 2 saylı İstintaq təcridxanasında insan hüquqlarının müdafiəsi, həbs edilmiş şəxslərlə rəftar etməyə aid olan beynəlxalq sənədlər tərbiyyəvi işlərin və nizam-intizamın gücləndirilməsi haqqında məlumatlandırma kimi xüsusi tədbirlər görülmüşdür. İşçi heyəti tərəfindən recimli binalarda xidmət edən zaman kauçuk döyənəyin götürülməsi tamamilə qadağan edilmişdir".

CPT yuxarıda qeyd olunan tədbirləri alqışlayır və tövsiyyə edir ki, Gəncədəki 2 saylı İstintaq təcridxanasının idarə olunması sayıq həyata keçirilsin və işçi heyətinə dustaqlarla pis rəftarın yol verilməzliyi barədə açıq ismarıc çatdırsın.

CPT eyni zamanda Gəncədəki 2 saylı İstintaq təcridxanasında işçilər tərəfindən döyənəklərin götürülməsinin qadağan edilməsinə dair qəbul edilmiş yanaşmanın bütün penitensiar sistem çərçivəsində tətbiq edilib-edilmədiyini bilmək istərdi.

76. Geniş ümumi fikri əldə etmək üçün CPT 2001 və 2002-ci illər üzrə aşağıdakı məlumatı almaq istərdi:

- həbsxana işçiləri tərəfindən pis rəftara dair verilmiş şikayətlərin sayı və bu şikayətlər nəticəsində başlanmış inzibati və/və ya cinayət araşdırmalarının sayı;

- yuxarıda göstərilən araşdırmaların nəticələri (verdikt, hökm/tətbiq edilmiş sanksiyalar) barədə hesabat

3. Həbsxananın vəziyyəti

a. həbsxananın maddi vəziyyəti

i. Bakının Bayıl qəsəbəsindəki 1 saylı İstintaq təcridxanası

77. Bakıdakı 1 saylı istintaq təcridxanası 1880-ci ilin ortalarında tikilmişdir. Bu müəssisə Azərbaycanda ən böyük məhkəməyə qədər saxlama müəssisəsidir, o, Gəncəyə yaxın rayonlar istisna olmaqla, ölkənin hər tərəfindən dustaqlar qəbul edir. Həcmi rəsmi olaraq 1, 250 yerlik olan müəssisəyə səfər edən zaman müəssisədə 1,009 nəfər dusdaq saxlanırdı. Onların əksər hissəsini istintaq altında olan kişi cinsli dustaqlar təşkil edirdi. Burada həmçinin apelyassiyanın nəticəsini və ya digər müəssisəyə köçürülməni gözləyən 380 nəfər kişi cinsli dustaq (o cümlədən ömürlük azadlıqdan məhrum edilmiş 5 dustaq) və müxtlif xidmət vəzifələrində icbari işə məhkum edilmiş 44 dustaq vardır. Bundan savayı, həbsxanada 44 qadın və 41 yeniyetmə saxlanırdı.

78. Dustaqlar yaş və konfiqurasiya fərqliliyi baxımından müxtəlif bloklara yerləşdirilmişdir. Yaşlı istintaq altında olan dustaqların əksəriyyəti böyük iki mərtəbəli binanın 1-ci və 2-ci Bloklarına yerləşdirilmişdir. Qadınların ikinci mərtəbənin 2-ci Blokunda (4-cü bölmədə) ayrıca yerləşdirilməsi nəzərdə tutulmuşdur. Köçürülməni gözləyən məhkum edilmiş şəxslər ayrıca 3-cü Bölmədə saxlanılırdılar. Yeniyetmələr və icbari işə məhkum edilmiş dustaqlar da digər dustaqlardan ayrıca (6-cı Blokda) yerləşdirilmişdir. Yekun olaraq, 5-ci Blok kimi adlanan 1920-ci ildə inşa edilmiş və ölüm cəzasına məhkum edilmiş dustaqların saxlanması üçün nəzərdə tutulan bina, 1998-ci ildə ölüm cəzasının ləğv edilməsindən sonra ağır cinayətlərin törədilməsində təqsirləndirilən (o cümlədən digər müəsisələrə köçürülməni gözləyən ömürlük azadlıqdan məhrum edilmiş) dustaqlar üçün nəzərdə tutulmuşdur.

79. Binanın çoxtan tikili olmasına baxmayaraq, saxlama yerlərinin çoxu yaralı vəziyyətdə idi və nümayəndə heyəti müəssisənin müxtəlif hissələrində yenidənqurma işlərinin aparılmasının şahidi olmuşdur. Digər müsbət xüsusiyyət kamera pəncərələrində cəftələrin olmaması idi: bunlar bir neçə il əvvəl çıxarılmışdır və bunun nəticəsində kameralara yerləşdirilmiş dustaqların əksəriyyəti təbii işıqlandırma və havalandırmadan yetərincə faydalana bilirdilər. Buna baxmayaraq, nümayəndə heyəti bəzi kameralarda (məsələn, 1-ci Blokdakı 6 və 7-ci; 3-cü bölmədəki 90 və 91-ci kameralarda) binanın quruluşuna görə pəncərələrin olmamasının və bu səbəbdən də təbii işığa və havalandırmaya çıxışın orada olmadığının şahidi olmuşdu.

80. Müəssisənin öz rəsmi həcmindən aşağı fəaliyyət göstərməsinə baxmayaraq, kameralardakı vəziyyət sıxıcı idi: 1-ci və 2-ci Bloklardakı on, on iki nəfərlik kameraların ölçüsü 19 kv/m, on səkkiz nəfərlik kameraların ölçüsu isə 35 kv/m yaxın idi. Hər bir dustağın özünün yataq yeri olması müsbət haldır. Kameralar digər avadanlığa az yer saxlayaraq, iki mərtəbəli çarpayı ilə təchiz edilmişdir. Əlavə olaraq, orada yer-təni tualetdən və soyuq su ilə olan duş kabinəsindən ibarət sanitar qovşağı var idi. Bir kameradakı avadanlığın yararlı və təmiz olması digərindən fərqlənirdi, lakin ümumilikdə qənaətbəxş idi. Buna baxmayaraq, kameraların çoxu soyuq idi, çünki qızdırıcı sistem qoşulmamışdı.

Dustaqların daxil olandan sonra bir neçə gün qaldıqları üç "karantin kamerasındakı" (1-ci Blokdakı 35-37 kameralar) vəziyyət keyfiyyətcə, əsas bloklarda müşahidə edilən digər kameralardakı vəziyyətdən pis idi. Xüsusilə sanitar qovşaq çox yararsız halda və tualet funksiyasını yerinə yetirən badya dolu idi.

81. Ən pis vəziyyət 5-ci Blokda aşkar edilmişdir. Səfər zamanı orada ağır cinayətlərin törədilməsində təqsirləndirilən 28, o cümlədən işi apelyasiya mərhəlisində olan ömürlük azadlıqdan məhrum edilmiş beş dustaq saxlanırdı. Həmin Blokda müşahidə edilmiş həddən artıq dolu olma faktı, müəssisədə digər yerdə yerləşən bloklardakından çox pis idi. Kameraların həcmi çox kiçik (4 kv/m), hər birində iki dustaq saxlanırdı. Bundan savayı, sahəsi 7 kv/m olan kamerada dörd dustaq saxlanırdı və səkkiz nəfərə qədər olan dustaqlar 10 kv/m kameralara yerləşdirilirdi. Bütün bölmə yararsız vəziyyətdə idi: bəzi kameralarda divarlar nəmlikdən xarab olmuş, yarımsökülü avadanlıqlar, şüşəsi sınıq pəncərələr aşkar edilmişdir. Bundan savayı, qızdırıcı sistem işləmirdi və kameralar çox soyuq idi; bütün divar boyu gedən ensiz boru kameranın içərisini qızdırmaq üçün istifadə edilirdi.

Ömürlük azadlıqdan məhrum edilmiş şəxslər sahəsi 5-6 kv/m olan kameralarda tək saxlanırdılar, orada da 5-ci Blokun qalan hissəsində olduğu kimi çatışmazlıqlar var idi.

82. Qadınlar üçün nəzərdə tutulan yenicə təmir edilmiş bölmələr, sahələri 17-19 kv/m olan səkkiz kameradan ibarət idi. Onlardan biri icbari işə məhkum edilmiş dustaqlar üçün nəzərdə tutulmuşdur. Orada, səfər zamanı yalnız ikisi boş olan dörd çarpayı var idi. Həmin kameradakı vəziyyət yaxşı idi. Qalan kameralara münasibətdə isə oradakı yerlərin tutulma səviyyəsi dörd arasında dəyişirdi və bu da qənaətbəxş hesab edilirdi və hər kamerada on dustağın olması artıq onun həddən artıq dolu olmasını bildirirdi. Kamera avadanlığına iki mərtəbəli çarpayı, masa və balaca şkaf daxil idi. Buna baxmayaraq, kameralarda sanitar qovşağı quraşdırılmamış və nümayəndə heyəti gündə üç dəfə ilə məhdudlaşdırılan tualetdən istifadə haqqında çoxlu şikayətlər eşitmişdir; digər tərəfdən dustaqlar öz kameralarındakı badyalardan istifadə etməyə məcbur idi. İşçilər təsdiqləyirdilər ki, onlar gündüzlər bu qaydalara təsadüfi hallarda əl atırdılar; lakin gecələr bu mümkün olurdu, çünki bölmədə gecə növbəsində yalnız kişi işçiləri çalışırdı.

Səfər zamanı qadınlardan biri həbsxanada anadan olmuş öz bir aylıq uşağı ilə birlikdə saxlanırdı. Kameralarda həmin vəziyyətdə uşaq üçün müvafiq mühitin olmaması açıq aydın görünürdü.

83. Yeniyetmələr müxtəlif ölçülü və həcmli doqquz kameradan ibarət bölmədə yerləşdirilmişdi. Sıxlığın səviyyəsinin mövcud olan çarpayıların sayından aşağı olmasına baxmayaraq (məsələn, sahəsi 15 kv/m və altı çarpayısı olan kamerada dörd yeniyetmə, sahəsi 18 kv/m və səkkiz çarpayısı olan kamerada altı yeniyetmə saxlanırdı), vəziyyət acınacaqlı idi. Həmin bölmənin acınacağlı xüsusiyyətlərindən biri də orada pəncərələrin olmaması idi: bu çatışmazlığı əvəz etmə kimi tavanda zəif işığın daxil olmasına icazə verən açıq sahə var idi. Buna baxmayaraq, kameralar sərt və yarımsökülü idi və onlardakı avadanlıqlar bəsit idi. Süni işıqlandırma və havalandırma vəziyyətin yaxşılaşmasına əsas verirdi.

84. İcbari işlərə məhkum edilmiş dustaqlar, müvafiq olaraq 5, 8 və 29 çarpayıdan ibarət olan üç yataqxana tipli yerdə yerləşdirilmişdir. Sahə təmiz, yaxşı təmir edilmiş və lazımi səviyyədə avadanlıqla təchiz edilmişdir; bundan savayı, dustaqlar özlərinin radio və televizorlarından istifadə etmək imkanına malik idi.

85. Kişi dustaqlar həftədə bir dəfə yuyuna bilirdilər; bu baxımdan hər hansı bir xüsusi şikayət alınmamışdır. Qadınlar üçün nəzərdə tutulan bölmədə üç hissədən ibarət olan ayrıca yuyunma avadanlıqları var idi. Qadınların hər gün duş qəbul etmək imkanının olmasına baxmayaraq, şəxsi gigiyena üçün ayrılmış qısa müddət təcrübədə bunun həyata keçirilməsinə imkan vermirdi.

Müəssisədə kameralara yalnız sabun və təmizlənmə işləri üçün xlor verilirdi. Bütün digər şəxsi gigiyenik və təmizlik məhsulları düstaqların özləri tərəfindən alınır və ya ailə üzvləri tərəfindən gətirilirdi. Çamaşırxana olmadığı üçün dustaqlar öz paltarlarını və yataq ləvazimatlarını özləri kameralarda yumağa məcbur olurdular.

86. Dustaqlara gündə üç dəfə yemək təqdim edilirdi; buna baxmayaraq, onların çoxu təsdiqləyirdilər ki, həbsxananın yeməyini yeməkdən imtina edirdilər, çünki onun keyfiyyəti aşağı və yeknəsək idi və onlar əsasən öz ailə üzvlərinin gətirdiyi yeməyə arxayın olurdular. Müəssisənin kiçik və bəsit avadanlıqla təchiz edilmiş mətbəxinə də istinad etmək olar. Müəssisənin özünün çörək bişirəni olduğu üçün çörək təminatı yetərincə idi, bu da məsələnin müsbət tərəfi idi.

87. Səfərdən sonra, Azərbaycan rəsmiləri 1 saylı İstintaq təcridxanasına münasibətdə görülmüş konkret tədbirlər haqqında CPT-ya məlumat vermişlər. Xüsusən də 5-ci Blokdakı qızdırıcı sistemin təmir edilməsi, qadın dustaqların sanitar vasitələrlə təchiz edilmiş kameralara köçürülməsi haqqında. Müəssisədə müşahidə edilmiş adam sıxlığına münasibətdə isə rəsmilər bildirmişlər ki, dustaqların sayının azaldılması probleminin həlli, yalnız planlaşdırılmış yeni binanın tikilməsi ilə reallaşa bilər.

Azərbaycan rəsmilərinin artıq gördüyü tədbirlərə əlavə olaraq, CPT aşağıdakıları tövsiyyə edir:

- müəssisənin kameraların dustaqla sıxlığını azaldmaq üçün güclü səylər göstərilməli; hər bir dustağa ən azı 4 kv/m sahə təklif edilməli;

- 79-cu bənddə göstərilən pəncərəsiz kameralar dustaqların saxlanması kimi istifadədən çıxarılmalı;

- "karantin kameraları" yenidən bərpa və təmir edilməli;

- bütün kameraların lazımi səviyyədə qızdırılmasını təmin etmək üçün tədbirlər görülməli;

- 5-ci blokdakı kameralar hərtərəfli bərpa edilməli (o cümlədən sınıq pəncərələr dəyişdirilməli); bundan savayı, sahəsi 6 kv/m az olan kameralar istifadədən çıxarılmalı;

- körpə ilə və ya azyaşlı uşaqla müşaiyət olunan qadın dustaqları üçün müvafiq tədbirlər görülməli;

- 83-cü bənddə göstərilən çatışmazlıqları aradan qaldırmaq məqsədilə yeniyetmələr üçün nəzərdə tutulan bölədəki vəziyyət təxirə salınmadan nəzərdən keçirilməli;

- dustaqlara lazımi keyfiyyətdə olan əhəmiyyətli gigiyenik məhsullardan (o cümlədən qadınların aylıq tələbatları üçün sanitar dəsmallar) və kameraların təmizlənməsi üçün təmizləyici məhsullardan istifadə etmək imkanı yaradılmalı;

- dustaqların paltarlarını və döşəküzülərini yumaq üçün çamaşır avadanlıqları nəzərdən keçirilməli;

- dustaqların keyfiyyətli qida ilə təmin edilməsini yaxşılaşdırmaq və müəssisənin mətbəxini genişləndirmək və yeni avadanlıqla təchiz etmək üçün sonradan səylər göstərilməlidir.

CPT eyni zamanda qadın dustaqlarının köçürüldüyü bölmələrə dair ətraflı məlumat almaq istərdi.

ii. Gəncədəki 2 saylı İstintaq təcridxanası

88. Gəncədəki 2 saylı İstintaq təcridxanası 1890-cı ildə hərbi kazarma kimi tikilmiş və sonradan 20-ci əsrin əvvəllərində islahetmə müəssisəsinə çevrilmişdir. Mərkəzdə yerləşən binada ən çoxu 700 dustaq yerləşdirilə bilər. Səfər zamanı müəssisədə 378 dustaq, əsasən də yaşlı istintaq altında olan kişi dustaqları idi. Eyni zamanda bir qadın və altı yeniyetmə, eləcə də həbsxananın ümumi xidmətində icbari işə məhkum edilmiş 16 dustaq var idi.

Dustaqlar üç binada yerləşdirilmişlər. Böyük iki mərtəbəli (1 və 2 Bölməli) Blokda əsasən yaşlı istintaq altında olan dustaqlar yerləşdirilir. Bir mərtəbəli 3-cü Bölmədə isə kişi dustaqlarına əlavə olaraq, qadın dustaqlar və yeniyetmələr, eləcə də icbari işə məhkum edilmiş dustaqlar saxlanırdı. İki mərtəbəli 4-cü Bölmədə müəssisənin səhiyyə xidməti və xəstə dustaqlar üçün kameralar yerləşirdi.

89. Səfərin əvvəlində, müəssisənin rəisi nümayəndə heyətinə bildirmişdir ki, müəssisədə son illər ərzində hər hansı bir əsaslı təmir aparılmayıb, maliyyə imkanları yalnız cüzi cari təmirlərin aparılmasına imkan verir. Nümayəndə heyəti müşahidə zamanı dustaqların saxlanıldığı bir çox yerlərin yararsız vəziyyətdə olduğunu gördü. Bir çox kameralardakı təmizliyin səviyyəsi də vəziyyətin yaxşılaşmasına əsas verirdi.

90. Müəssisənin öz faktiki imkanlarından aşağı səviyyədə lazımi qaydada fəaliyyət göstərməsinə baxmayaraq, bir çox kameralarda vəziyyət acınacağlı idi (məsələn, sahəsi 16 kv/m olan kamerada 7 dustaq, 8 kv/m olan kamerada 3 dustaq). Bundan əlavə, kameralarda mövcud olan çarpayıların sayı guman etməyə əsas verirdi ki, onlar öz maksimal imkanı daxilində istifadə edilsələr çox sıxlıq yaranacaqdır (məsələn, sahəsi 17 kv/m olan kamerada on çarpayı, 8 kv/m olan kamerada dörd çarpayı).

91. Kameraların əksəriyyətində təbii işığa çıxış, süni işıqlandırma və havalandırma zəif idi. Nümayəndə heyəti kameraların əksəriyyətində pəncərələrin şüşəsiz olduğunun, şüşələrin isə üzvi şüşə ilə əvəz edildiyinin şahidi olmuşdur. Bundan savayı, kameraların bəzisində nəmişlik var idi. Eyni zamanda mərkəzi istilik sisteminin sönmüş vəziyyətdə olması səbəbindən kameraların çoxu soyuq idi. 4-cü bölmədəki xəstə dustaqlar üçün idərə heyətinin qurduğu kiçik elektrik qızdırıcıları problemi qismən aradan qaldırırdı, ən azı ona görə ki, müəssisədə elektrik enercisində fasilələr verilirdi.

Kameradakı avadanlığa bir birinə çox yaxın qoyulmuş iki mərtəbəli çarpayı və bir neçə masa, skamya və rəflər daxil idi. Kameralarda yarım-örtülü sanitar qovşağı (soyuq su ilə təchiz edilən yer təni tualet və duş kabinəsi) quraşdırılmış, çoxu yararsız vəziyyətdə və natəmiz idi. Yataq ləvazimatları da çox dəfə yarasız vəziyyətdə idi; zərif, çirkli döşəklər, cırıq ədyallar və döşəküzülər.

92. İcbari işə məhkum edilmiş dustaqların saxlanıldığı kameralardakı vəziyyət istintaq altında olan dustaqların saxlandığı kameralardakı vəziyyətdən yaxşı idi. Həmin dustaqlar geniş zəngin yerdən istifadə edirdilər (məsələn, sahəsi 50 kv/m olan kamerada dörd dustaq) və onların yenicə təmirdən çıxmış kameraları işıqlı və yaxşı havalandırılır, qızdırılır və təmiz saxlanırdı.

93. Əksinə, 3-cü Bölmədəki yenicə gələnlər üçün (prinsip etibarə ilə bir neçə saatdan artıq olmayan müddət üçün) istifadə edilən üç "qəbul kamerasında" aşkar edilmiş vəziyyət qeyri-qənaətbəxş idi. Kameralar qaranlıq, havalandırması zəif, soyuq və çox çirkli idi. Onlarda yalnız kiçik taxtadan düzəldilmiş platformalar və yarasız vəziyyətdə olan arası bağlı olmayan yer-təni tualetlər var idi.

94. Dustaqlara 8-10 gündə bir dəfə yuyunmağa icazə verilirdi. Mərkəzi su təchizatı avadanlığı bərbad halda (yalnız dörd duş istifadədə idi) və isti sudan istifadə hər zaman mümkün olmurdu.

Müəssisənin özünün çamaşırxanası yox idi; nəticə etibarə ilə dustaqlar öz paltarlarını və döşəküzülərini yumaq üçün müvəqqəti tədbirlərə və ya öz ailələrinə güvənməyə məcbur olurdular. Təcridxanada şəxsi gigiyena məhsulu kimi yalnız yuyunma günləri kiçik miqdarda olan sabun verilirdi. Kameraların təmizlənməsinə gəldikdə isə təmizləyici məhsullar yetərli dərəcədə verilmirdi.

95. Nümayəndə heyəti dustaqlardan müəssisə tərəfindən onlara təqdim edilən qidanın kəmiyyəti və keyfiyyətinə dair yalnız bir neçə şikayət almışdır. Bu da ondan irəli gəlirdi ki, onlar öz ailələrindən daha yaxşı qida bağlamaları almağa arxayın idi. Mətbəx köhnə bəsit və bərbad avadanlıqlarla, pis havalandırılır və natəmiz idi.

96. Özlərinin 2 aprel 2003-cü il tarixli məktubu ilə Azərbaycan rəsmiləri Gəncədəki 2 saylı İstintaq təcridxanasında nümayəndə heyətinin səfərindən bəri görülmüş konkret tədbirlər haqqında CPT-ya məlumat vermişlər: "qəbul kameraları" istifadədən çıxarılmış; şüşəsi olmayan və ya sınıq olan pəncərələr dustaqlar tərəfindən açıla bilən pəncərələrlə əvəz edilmiş; kbhnə yataq ləvazimatları dəyişdirilmiş; müəssisənin mərkəzləşdirilmiş qaydada qızdırılmasını təmin etmək üçün yeni qaz borusunun quraşdırılması üzrə işlərin başa çatmaq ərəfəsində olması bildirilmiş; dustaqların saxlandığı yerdə təmizləmə və yenidənqurma işləri aparılmışdır.

CPT bu cür müsbət irəliləyişi alqışlayır və aşağıdakıları təmin etmək Azərbaycan rəsmilərinə Gəncədəki 2 saylı İstintaq təcridxanasında müvafiq tədbirlərin görülməsini tövsiyyə edir:

- dustaqların qaldığı yerləri azaltmaq ki, hər bir dustağa ən azı 4 kv/m yaşayış sahəsi təklif olunsun;

- bütün kameraların təbii işıqla lazımi dərəcədə işıqlandırılmasını, süni işıqlandırmanı və havalandırmanı təmin etmək;

- kameralardakı sanitar qovşaqları təmiz saxlamaq;

- bütün dustaqların ən azı həftədə bir dəfə yuyuna bilməsini təmin etmək;

- dustaqları lazımi səviyyədə şəxsi gigiyenik məhsullar və təmizlik materiallarla və onların paltarlarının və döşəküzülərinin yuyulması üçün lazımi avadanlıqlarla təchiz etmək;

- mətbəx avadanlıqlarını yeniləşdirmək.

b. fəaliyyət

97. Bütün dustaqların hər gün bir saat (qadın və yeniyetmələr üçün iki saata qədər artırıla biləcək) çöl gəzintisinə çıxmaq ixtiyarı var idi. Buna baxmayaraq, hər iki müəssisədə saxlanan dustaqlar təsdiqləyirdilər ki, təcrübədə çöl gəzintisi adətən 30-40 dəqiqə sürürdü. Gəncədəki təcridxanada, mövcud gəzinti meydançalarının sayını nəzərə alsaq, hər bir dustağın hər gün bir saat çöl gəzintisində olmasını görmək çətin olar.

Hər iki təcridxanada üstündə tikanlı məftil olan uzun divarlarla əhatə edilmiş və bəzən skamyalarla təchiz edilmiş bir neçə gəzinti meydançası var idi. Onların formasına, (12 və 36 kv/m arasında) məhdud ölçüsünə və eyni vaxtda gəzintidə olan dustaqların sayına görə, bu meydançalar dustaqlara özlərinin fiziki gücünü toplamağa imkan vermirdi.

Bakıdakı təcridxanada icbari işə məhkum edilmiş dustaqların yaxşı təchiz edilmiş çöl idman zalından istifadə etmək imkanı var idi. Buna baxmayaraq, digər dustaqların heç biri bu zaldan faydalana bilmirdi.

98. Artıq göstərildiyi kimi, mühkum edilmiş dustaqların az miqdarı (Bakıda 44 kişi, 2 qadın, Gəncədə 16 kişi) hər bir təcridxanada icbari işə təyin edilmişdir. Dustaqların qalan hissəsi 23 saat, əgər çox deyilsə, həç bir məşğuliyyəti olmadan öz vaxtlarını bağlı qapı arxasında keçirirdilər. Əylənmənin yalnız bir növü var idi, ya kitab oxuma (hər müəssisənin məhdud saylı, çoxu da köhnə kitablar olan kitabxanası var), ya masa üstü oyunlar oynama, ya da radioya qulaq asmaq idi (televizora baxmağa icazə verilmirdi).

Bundan savayı, hər təcridxanada ibadət etmək üçün otaq var idi, lakin yalnız icbari işə məhkum edilmiş dustaqların onlardan istifadə etmək imkanı var idi.

99. Hər iki müəssisədə yeniyetmə dustaqlar üçün təklif olunan fəaliyyət recimi də çox zəif idi. Yalnız çöl gəzintisi kameradan kənar mütəmadi keçirilən fəaliyyətə aid idi və bu, da yuxarıda göstərildiyi kimi yarasız vəziyyətdə həyata keçirilirdi: kamera daxili faəliyyət yaşlı dustaqlarda olduğuna oxşardır. Yeniyetmə dustaqların müəssisədə ən çoxu bir il qalmasına baxmayaraq, onların tədrisi və qabiliyyət tədrisi üzrə heç bir tədbir görülmürdü.

Nümayəndə heyətinə bildirilmişdir ki, bir və ya bir neçə yaşlı dustaq yeniyetmələrə göstəriş vermək üçün xüsusi seçilir və onlara faydalı təsir göstərmək üçün onların kameralarında yerləşdirilə bilər. Bakıdakı 1 saylı İstintaq təcridxanasına səfər zamanı, müvafiq yaşlı dustaqların olmamasına görə, yeniyetmələr üçün nəzərdə tutulan bölmədə heç bir yaşlı dustaq yox idi. Buna baxmayaraq, bir neçə yaşlı dustaq Gəncədəki 2 saylı İstintaq təcridxanasındakı yeniyetmələr bölməsinə yerləşdirilmişdir. CPT bu cür təcrübədən narahatdır: yeniyetmələrin yaşlı dustaqlarla bir yerdə yerləşdirilməsi dominantlığın və istismarın mümkün olmasına gətirib çıxarır.

100. Artıq qeyd olunduğu kimi Bakıdakı 1 saylı Təcridxanada appelyasiya prosesinin nəticələrini gözləyən ömürlük azadlıqdan məhrum edilmiş beş dustaq var idi. Onlar fərdi kameralarda saxlanılırdı və çöl gəzintisini tək keçirirdilər. Bu dustaqlara tətbiq edilən recim, həbsxana işçiləri və tibb işçiləri ilə təsadüfi əlaqələri nəzərə almasaq, insanla əlaqədə olmaqdan ümumən məhrum etmə ilə səciyyələnirdi. Kamera daxili fəaliyyət istintaq altında saxlanan dustaqlar üçün nəzərdə tutulduğu kimi idi.

101. CPT, çoxlu sayda dustaq dövriyyəsinin olduğu məhkəməyə qədər müəssisələrdə mütəşəkkil fəaliyyətin təmin edilməsinin xüsusi çətinliklərə səbəb olduğunu etiraf edir. Bununla belə, dustaqların hər dəfə məşğuliyyətsiz qalması məqbul sayıla bilməz. Məqsəd, bütün dustaqların (o cümlədən istintaq altında saxlananların) öz kameralarından/yataq otaqlarından kənarda müxtəlif xassəli məqsədli fəaliyyətə qatılmalarını təmin etməkdən ibarətdir: işlə, xüsusən də peşə, ixtisaslaşma dəyəri olan işlə, tədrislə, idmanla, əyləncə ilə, ünsiyyətlə və s. İlk addım kimi, günün əksər hissəsini öz kameralarında keçirən istintaq altında olan dustaqlara öz kameralarından kənarda birgə toplaşmağa (əlbəttə, ayrı-ayrı dustaqların təhlükəli olmalarını qiymətləndirməklə və istintaqın maraqlarını nəzərə alaraq) icazə verilməlidir.

102. CPT yuxarıda qeyd olunanları nəzərə alaraq, 1 və 2 saylı İstintaq təcridxanalarındakı dustaqlar üçün fəaliyyətin inkişaf etdirilməsi məqsədilə Azərbaycan rəsmilərinə ciddi səylərin göstərilməsini tövsiyyə edir.

Yeniyetmə dustaqlara, onların yaş qrupuna uyğun olaraq xüsusi tələbatlarını nəzərə alan tədris və əyləncə məşğuliyyətinin təklif edilməsini təmin etmək üçün təxirəsalınmaz tədbirlər görülməlidir. Fiziki təlim bu proqramın əsas hissəsini təşkil etməlidir. Bundan savayı, CPT yeniyetmələr üçün nəzərdə tutulan kameralarda yaşlı dustaqların yerləşdirilməsinə son qoymağı tövsiyyə edir.

Bakıdakı 1 saylı İstintaq təcridxanasında saxlanan ömürlük azadlıqdan məhrum edilmiş dustaqlar barəsində, onların insanlarla əlaqədə olması mümkünlüyünü əhəmiyyətli dərəcədə artırmaq məqsədilə tətbiq edilən recimi inkişaf etdirmək üçün də tədbirlər görülməlidir. İlk addım kimi ömürlük azadlıqdan məhrum edilmiş dustaqlara çöl gəzintisini birgə keçirməyə icazə verilməlidir.

Bundan savayı, CPT hər iki təcridxanada çöl gəzinti yerlərini yeniləşdirmək və bütün dustaqlara hər gün ən azı bir saat çöl gəzintisinin həyata keçirilməsi imkanını təmin etmək üçün tədbirlərin görülməsini tövsiyyə edir.

4. Səhiyyə xidmətləri

a. giriş hissəsi

103. Azərbaycan penitensiar sistemində səhiyyə xidmətinin təmin edilməsi Ədliyyə nazirliyinin Tibbi İdarəsinin məsuliyyəti altına düşür. Səhiyyə naziri nümayəndə heyətinə bildirmişdir ki, dustaqların səhiyyə problemlərinin onun rəhbərlik etdiyi Nazirliyin səlahiyyəti çərçivəsindən kənarda olmasına baxmayaraq, Səhiyyə və Ədliyyə nazirlikləri arasında, xüsusən də vərəm xəstəliyinə nəzarət və müalicə sahəsində səmərəli əməkdaşlıq həyata keçirilir. Nümayəndə heyətinə həmçinin bildirilmişdir ki, penitensiar sistemdə qəbul olunan bütün əhəmiyyətli tibbi qərarlar Səhiyyə nazirliyinin nəzarəti altında qəbul olunur və həbsxana müəssisələri kompleks tədbirlərdə yardım üçün sözü gedən nazirlikdən mütəxəssislər dəvət edir.

104. Nümayəndə heyətinə məlumat verilmişdir ki, Mərkəzi İslahetmə Hospitalının rəisi həmin müəssisəyə tibbi rəis kimi rəhbərlik edir. İşlərin bu cür olması, bir tərəfdən dustaqlara səhiyyə xidməti göstərən işçilərin vəzifəsi, digər tərəfdən isə həbsxana idarəçiliyi və təhlükəsizliyinin təmin edilməsi arasında ziddiyyətlərin yaranmasına səbəb ola bilər.

Ümumiyyətlə, məlum deyil ki, milli səhiyyə rəsmiləri həbsxana səhiyyə xidməti üzrə işçilərin işinə nə dərəcədə nəzarət edir.

105. Onların professional müstəqilliyini və onların işinin keyfiyyətini təmin etmək üçün CPT həbsxana səhiyyə xidməti heyətinin, bütün cəmiyyətdəki səhiyyə xidməti sahəsindəki əsas axına mümkün qədər sıx yaxınlaşmasını əhəmiyyətli hesab edir; bundan savayı, onların işinin səmərəliyi ixtisaslı tibb rəsmiləri tərəfindən qiymətləndirilə bilər. Bu baxımdan CPT inanır ki, Səhiyyə nazirliyinin həbsxana sistemində göstərilən səhiyyə xidmətinə geniş müdaxilə etməsi, dustaqların lazımi qaydada səhiyyə xidmətindən keçməsinin, eləcə də cəmiyyətdə olduğu kimi həbsxanada da səhiyyə xidmətində bərabərlik prinsipinin tətbiq edilməsində yardım edəcəkdir. Xüsusən də Nazirliyin rolu gigiyenik nəzarət, yolxucu xəstəliklər, həbsxanalarda səhiyyə xidmətinin göstərilməsinin qiymətləndirilməsi və səhiyyə xidmətlərinin təşkili kimi məsələlərdə gücləndirilə bilər. Bu cür yanaşma aydın şəkildə "Səhiyyə xidmətinin həbsxanalarda etik və təşkilati aspektlərinə dair" Avropa Şurası Nazirlər Komitəsinin No.R(98) 7 saylı Tövsiyyəsindədə öz əksini tapmışdır.

Komitə həbsxana sistemində səhiyyə xidmətinin təmin edilməsinə, o cümlədən səhiyyə işçilərinin işə götürülməsi və onların işlərinə nəzarətə dair Səhiyyə nazirliyinə geniş səlahiyyətlərin verilməsi imkanı barədə Azərbaycan rəsmilərinin fikrini bilmək istərdi.

CPT həmçinin xüsusilə vurğulamaq istərdi ki, həbsxanalarda səhiyyə xidmətinin təmin edilməsi üzrə institusional tədbirlərin görülməsindən asılı olmayaraq, həbsxana həkimlərinin tibbi qərarlarının yalnız tibbi meyarlara əsaslanması və onların işlərinin keyfiyyətinin və səmərəliyinin ixtisaslı tibbi rəsmilər tərəfindən qiymətləndirilməsi əhəmiyyətlidir.

b. səfər edilmiş istintaq təcridxanalarında səhiyyə xidmətləri

i. işçi heyəti və avadanlıqlar

106. Bakıdakı 1 saylı İstintaq təcridxanasında nümayəndə heyətinə bildirilmişdir ki, səhiyyə xidməti işçiləri baş həkimdən, terapevtdən, dermatoloqdan, psixiatordan, laborator mütəxəssisdən və feldşerdən ibarətdir. Bundan savayı, işçi heyətinin tərkibində yarım-ştat əsaslarla, diş həkimi, pulmanoloq və rabioloq vardır. Müəssisədə həmçinin adətən gecələr növbətçi olan üç mülki feldşer/tibb bacısı fəaliyyət göstərir. Nümayəndə heyəti bütün tərkibin dolu olduğunu görərək, eyni zamanda müəyyən etmişdir ki, bəzi kiçik tibb işçilərinin iş yerləri boş qalmışdır. 24 saatlıq tibbi xidmət həkimlərin və digər tibb işçilərinin növbə ilə əvəz olunması ilə həyata keçirilirdi. Lazım gəldikdə, dustaqlara digər mütəxəssislər dəvət oluna bilər və ya onlar hospitala köçürülə bilərdi.

2-ci Blokda yerləşən tibb məntəqəsində xəstəxana (ümumi 24 yataqlı hər biri 19 kv/m olan altı kamera), bir neçə müayinə otağı, stomatoloq otağı və aptek var idi.

107. Gəncədəki 2 saylı İstintaq təcridxanasındakı səhiyyə xidməti tam-ştatla işləyən baş həkimdən, pulmanoloqdan, feldşerdən və rentgenoloqdan, eləcə də yarım-ştat işləyən radioloq və diş həkimindən ibarət idi. Eyni zamanda səfər zamanı yerləri boş olan psixiator və tibb bacısı üçün iş yeri var idi. Bakıdakı 1 saylı istintaq təcridxanasında olduğu kimi, burada da 24 saat ərzində tibbi xidmət göstərilirdi.

4-cü Bölmədə yerləşən tibb məntəqəsində xəstəxana (28 yataqlı dörd kamera), bir neçə müayinə otağı, rentgen otağı və yaxşı təchiz edilmiş aptek var idi.

108. Yekunda, lazımi tibb işçiləri ilə təchiz edilmiş hər iki istintaq təcridxanası yetərli hesab edilə bilər və lazım gəldikdə müayinə aparmaq üçün kənardan mütəxəssislər dəvət edə bilər. Buna baxmayaraq, hər iki müəssisədə ixtisaslı kiçik tibb işçilərinin çatışmazlığı müşahidə olunurdu. Bundan savayı, Gəncə təcridxanasında psixiatorun olmaması və müəssisələrin heç birində psixoloqun olmaması faktı, dustaqların müvafiq ambulator, psixiatrik və psixoloci müayinədən lazımınca faydalana bilməyəcəyinə guman etməyə əsas verirdi. Qeyd edilməlidir ki, Bakıdakı 1 saylı İstintaq təcridxanasında yarım-ştatlı stomatoloqun olması çoxlu sayda dustaqlara çətin ki, yetərincə olsun.

Yuxarıda qeyd olunanları nəzərə alaraq, CPT Azərbaycan rəsmilərinə tövsiyyə edir ki,:

- hər iki istintaq təcridxanasında kiçik tibb işçilərinin heyəti gücləndirilsin;

- Gəncədəki 2 saylı İstintaq təcridxanasında boş olan psixiator vəzifəsinə işçi götürülsün və hər iki müəssisədə psixoloqun işə götürülməsi təmin edilsin;

- Bakıdakı 1 saylı İstintaq təcridxanasında stomatoloqun xidmət göstərməsini artırmaq üçün tədbirlər görülsün.

ii. qəbul zamanı tibbi müayinə

109. Yeni daxil olmuş dustaqların tibbi müayinədən keçməsinin - xüsusilə də həbsxana sisteminin giriş nöqtəsi olan məhkəməyə qədər saxlama müəssisələrində - vacibliyini qeyd etməmək olmaz. Belə müayinələrin keçirilməsi, xüsusən də yolxucu xəstəliklərin yayalmasının, özünə sui-qəsdlərin qarşısının alınması və xəsarətlərin vaxtında qeydiyyata alınmasını təmin etmək baxımından zəruridir.

110. Səfərin edildiyi hər iki istintaq təcridxanasında yenicə daxil olan dustaqlar növbətçi həkim tərəfindən ilkin müayinədən keçirlər. Bir qayda olaraq, bu cür müayinə müassisəyə qəbul olunan zaman həyata keçirilir. Buna baxmayaraq, nümayəndə heyəti ilə görüşmüş bəzi dustaqlar qeyd edirdilər ki, onlar təcridxanaya gətiriləndən üç-dörd gün sonra müayinədən keçirilirdi. İlkin müayinə özündə bir sıra ardıcıl prosedurları əks etdirir (məsələn qan təzyiqinin və çəkinin ölçülməsi), döş qəfəsinin vərəm üzrə radioloci müayinədən keçirilməsi, təhlükə altında olması hesab edilən dustaqların sifilis və HİV üzrə qan analizi. Dustaqlar həmçinin öz tibbi tarixləri haqqında dindirilir və anamnezdən asılı olaraq, kliniki müayinədən keçirilirdilər.

111. Səfərin edildiyi müəssisədə yeni daxil olmuş dustaqların üzərindəki xəsarətlərin müayinəsinə və xəsarətlərin qeydiyyata alınmasına dair tətbiq edilən yanaşma qənaətbəxş deyildi. Nümayəndə heyətinin görüşdüyü bir neçə dustaq təsdiqləyirdi ki, onlar pis rəftar əlamətləri ilə daxil olmuş, lakin onları ilkin müayinədən keçirən tibb işçiləri onların nə bədən xəsarətlərini müayinə etmir, nə də onların xəsarətlərinin mənşəyinə dair suallar vermirdilər. Yeni daxil olmuş dustaqların üzərində xəsarətlərin olması haqqında sual verərkən, baş həkim bu cür halların son illər ərzində olmadığını qeyd etmiş; lakin onlardan biri təsdiqləyirdi ki, "polis müəssisəsində uzun müddət saxlanan dustaqlarda, biz həbsxana həkimləri üçün hər şeyi aşkar etmək mümkündür".

Dustaqlar gəbul olunan zaman aşkar edilmiş xəsarətlərin olması hallarının qeydiyyata alınması üzrə mərkəzləşdirilmiş sistem mövcud deyildi. 1 saylı İstintaq təcridxanasında bu cür hallar əslində "Yeni gətirilənlərin qəbulu" kitabçasında qeyd edilməli, lakin nümayəndə heyəti təcrübədə belə bir qeydiyyatın aparılmasının şahidi olmadı. Bəzi hallarda gətirilmə zamanı müşahidə edilmiş xəsarətlərə dair dustaqların tibbi kartotekalarında qısa qeydlər aparılırdı; buna baxmayaraq, müşahidə edilmiş xəsarətin mənşəyinə dair dustaqlar tərəfindən hər hansı bir şikayət qeydə alınmamışdır. Nümayəndə heyəti həmçinin dustaqların şəxsi dosyelərində gətirilməyə qədər yetirilmiş xəsarətlərə dair qısa qeydlər aşkar etmişdir.

112. Yuxarıda qeyd edildiyi kimi (bax bənd 26), istintaq təcridxanalarındakı səhiyyə xidməti polis tərəfindən pis rəftarın qarşısının alınması əhəmiyyətli dərəcədə öz faydasını verə bilər. CPT yeni daxil olan dustaqların tibbi müayinəsindən sonra tərtib edilməli qeydlərə dair 26-cı bənddə göstərilmiş tövsiyyəni yenidən nəzərə almağa çağırır. Həmin yanaşmaya eyni zamanda dustağın həbsxanada zorakılıq epizodundan sonra müayinəsinin keçirilməsindən asılı olmayaraq əməl etmək lazımdır.

CPT həmçinin gətirilmə zamanı müəyyən edilmiş xəsarətlərin qeydiyyata alınması üzrə mərkəzləşdirilmiş sistemin daxil edilməsini (məsələn, həbsxana səhiyyə xidməti tərəfindən aparılan xüsusi reyestr) və həbsxanın idarə heyətinin, Ədliyyə nazirliyinin və s. diqqətinə çatdırmaq məqsədilə müəyyən edilmiş xəsarətlərə dair statistik məlumatın toplanılmasını tövsiyyə edir.

iii. tibbi məlumatlar və məxfilik

113. CPT səfər edilmiş iki istintaq təcridxanasındakı tibbi sənədləşmənin keyfiyyəti barədə narahatlıq keçirirdi. Yalnız məhkum edilmiş və digər müəssisələrə köçürülməli dustaqlar şəxsi tibbi dosyelərindən faydalana bilərdi. Dustaqların qalan hissəsinə münasibətdə isə hər hansı bir şəxsi tibbi sənəd adlanan sənəd mövcud deyil idi. Tibbi məlumat alfavit qaydasında saxlanan, habelə hər bir bölməyə məsul olan tibbi mütəxəssislər və həkimlər tərəfindən aparılan müayinələrin xronoloci reyestrilərdə saxlanan səliqəsiz kağız vərəqələrdə qeyd edilirdi. Eyni zamanda 1 saylı İstintaq təcridxanasında nümayəndə heyəti bir sıra boş tibb sənədləri görmüşdü.

CPT tövsiyyə edir ki, diaqnostik məlumatı, habelə dustaqların səhəti və müalicəsi, o cümlədən onların keçdikləri xüsusi müayinələr haqqında məlumatı əks etdirən şəxsi və məxfi tibbi dosyelər hər bir dustaq üçün açıq olsun. Dustaq, əgər terapevtik baxımdan məsləhət görülürsə, öz tibbi dosyeləri ilə tanış ola bilər və onlarda əks etdirilmiş məlumatla onun ailəsinin və ya hüquq müdafiəçisin tanış olmasını tələb edə bilər.

114. Nümayəndə heyəti həmçinin tibbi qeydlərin məxfiliyinin müşahidə edilməsinə dair konkret çatışmazlıqlar aşkar etmişdir. Məsələn, 1 saylı İstintaq təcridxanasında icbari işə məhkum edilmiş dustaqların tibbi kartları, onların şəxsi dosyeləri içərisində mərkəzləşdirilmiş həbsxana reyestrində saxlanırdı. Bundan savayı, 2 saylı İstintaq təcridxanasındakı digər müəssisələrə köçürülməli olan dustaqların tibbi sənədləri açıq şəkildə onların şəxsi dosyelərinə əlavə edilmişdir.

Həbsxanalarda müşahidə olunan tibbi məxfilik, ümumiyyətlə ictimaiyyətdə olduğu kimi əhəmiyyətli sayılır. Dustaqların tibbi dosyelərinin saxlanılması vəzifəsi həkimlərin üzərinə düşməlidir. Bundan savayı, həmin dosyelər göndərildikdə, onlar qəbul edən müəssisənin həkiminə möhürlənmiş zərfdə çatdırılmalıdır. CPT Azərbaycanın penitensiar müəssisələrindəki təcrübənin bu tələblərə uyğun şəkildə həyata keçirilməsini təmin etmək üçün müvafiq tədbirlərin görülməsini tövsiyyə edir.

iv. vərəm xəstəliyi

115. Vərəm xəstəliyi Azərbaycanın penitensiar sistemində böyük səhiyyə probleminin olduğunu nümayiş etdirir. 1995-ci ildə başlayaraq, Beynəlxalq Qırmızı Xaç Komitəsi Ümumdünya Səhiyyə Təşkilatının göstərişlərinə uyğun olaraq, vərəmə yoluxmuş dustaqların erkən aşkar edilməsi və DOTS (yəni Birbaşa müşahidəli müalicə - qısa kurslar) üsullarından istifadə etməklə onların müalicəsi üzrə Proqramın həyata keçirilməsi vasitəsilə Azərbaycana vərəmlə mübarizədə yardım etməkdə mühüm rol oynamışdır.

116. Artıq göstərildiyi kimi, hər iki istintaq təcridxanasında bütün daxil olmuş dustaqlar qəbul edilən zaman döş qəfəsinin radioloci müayinəsindən keçirilir. Bakıdakı 1 saylı İstintaq təcridxanasında rəntgen nəticələri narahatlığa səbəb olan dustaqlardan mikroskopla müayinələr aparmaq üçün sputum nümunələri götürülürdi. Analizlərinin cavabı pozitiv olan dustaqlar Bakının Binə qəsəbəsində yerləşən vərəmdən əziyyət çəkən dustaqlar üçün 3 saylı Xüsusi tibb müəssisəsinə köçürülürdü. Burada nümayəndə heyətinə bildirilmişdir ki, Qırmızı Xaç Komitəsinin köməyi sayəsində vərəmə aid dərmanların təchizatında çatışmazlıqlar yox idi.

117. Bununla belə, Gəncədəki 2 saylı İstintaq təcridxanasında radioloci müayinə nəticəsində pulmonar vərəm diaqnozu ilə təyin edilmiş dustaqlardan sputum nümunələri götürülmürdü. Nümayəndə heyətinə bildirilmişdir ki, sputum nümunələrinin mikroskop altında tədqiqini yalnız Bakıda keçirmək olar, bu da diaqnostik prosesin yubanmasına səbəb olur. Səfər zamanı belə dustaqların on bir nəfəri digər dustaqlardan fərqli olaraq müəssisənin xəstəxana hissəsində saxlanırdı. Onların heç biri müalicə almırdı. Bundan savayı, onların saxlama vəziyyəti qənaətbəxş deyildi: kameralar nəmişli, zəif işıqlı və soyuq idi, yataq ləvazimatları yararsız vəziyyətdə idi.

118. Bu günləri beynəlxalq tibb aləmində geniş şəkildə məlumdur ki, vərəm xəstəliyinə duçar olması guman edilən xəstələrdə pulmonar tuberkulyozun aşkar edilməsi üsulu kimi ilkin rentgen müayinəsindən istifadə etmə özü-özlüyündə qənaətbəxş sayılmır. Bu cür hallarda, ilk növbədə ilkin tibbi müayinə zamanı xəstəliyin kliniki simptomlarını - xüsusəndə davam edən öskürək, sputum ifrazı və çəkinin itirilməsi kimi əlamətləri qiymətləndirmək, sonra isə yoluxma hallarını aşkar etmək üçün bəlğəm ifrazını pulmonar tuberkulyoz şübhələri üzrə mikroskop müayinəsindən keçirmək lazımdır. Lazım gəldikdə, həmin ilkin mərhələ digər diaqnostik test üsulu ilə davam etdirilə bilər.

CPT aşağıda göstərilənləri təmin etmək üçün Azərbaycan rəsmilərindən Gəncədəki 2 saylı İstintaq təcridxanasında təxirəsalınmaz tədbirlərin görülməsini tövsiyyə edir:

- yuxarıda qeyd olunanları nəzərə alaraq, dustaqların vərəm üzrə mütəmadi müayinədən keçirilməsini;

- BK-pozitiv diaqnozu olan dustaqların Bakının Binə qəsəbəsindəki vərəm xəstəliyindən əziyyət çəkən dustaqlar üçün 3 saylı Xüsusi tibb müəssisəsinə təxirəsalmadan köçürülməsini;

- vərəm xəstəliyi olan dustaqlar üçün nəzərdə tutulan kameralarda onların səhətinin yaxşılaşması üçün maddi vəziyyəti yaxşılaşdırmaq. Xüsusən də təbii işığın, havalandırmanın və qızdırmanın yaxşılaşmasını təmin etmək üçün təxirəsalınmaz tədbirlər görülməlidir. Müvafiq dustaqların, öz səhiyyə vəziyyətlərinə uyğun gələn şəxsi gigiyenik vasitələrdən istifadə etmək imkanını təmin etmək onlara qayğı göstərilməlidir.

c. Vərəm xəstəliyindən əziyyət çəkən dustaqlar üçün Bakının Binə qəsəbəsində yerləşən 3 saylı Xüsusi tibb müəssisəsi

119. Artıq qeyd olunduğu kimi, Vərəm xəstəliyindən əziyyət çəkən dustaqlar üçün Bakının Binə qəsəbəsində yerləşən 3 saylı Xüsusi tibb müəssisəsinə edilmiş qısa səfər məqsədli xarakter daşıyırdı. 1998-ci ildə yaradılmış müəssisə müalicə etmək məqsədilə BK-pozitiv diaqnozu ilə həm istintaq altında olan dustaqları, həm də məhkum edilmiş dustaqları qəbul edirdi. Müalicə ÜST-ün tövsiyyə etdiyi DOTS strategiyasına uyğun olaraq və Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə sıx əməkdaşlıq əsasında 9 aya qədər davam edirdi. Yoluxmamış dustaqlar ardıcıl qaydada 17 saylı Tuberkulyoz koloniyasına köçürülürdü. Səfər zamanı müəssisədə altı palataya bölünmüş 850 yer var idi; Nümayəndə heyətinin səfərinə bir gün qalmış, 14 və 88 yerlik yeni açılmış iki palata, biri qadınlar digəri isə kişilər üçün idi. Nümayəndə heyəti yeni palataların çox yüksək səviyyədə olduğunun şahidi oldular.

120. Möhkəm vərəm xəstəliyi olan dustaqlar, səfər zamanı 145 dustağın saxlandığı və rəsmi tutumu 200 yerlik olan 5-ci palatada yerləşdirilmişdir. Onların bəzisi orada 1998-ci ildən qalırdı. Nümayəndə heyətinə bildirilmişdir ki, möhkəm vərəm xəstəliyüindən əziyyət çəkən dustaqların məhkumluğu başa çatan kimi onlar Səhiyyə nazirliyinin nəznində olan xüsusi müəssisəyə göndərilirdi.

Palatadakı vəziyyət qənaətbəxş idi: yataq otaqları geniş, təmiz, işıqlı və havalandırılırdı. Hər bir dustağa 5 kv/m yaşayış sahəsinin olduğu müşahidə edilmişdir. Dustaqlar bütün günü palata daxilində və yanaşı meydançada sərbəst hərəkət edə bilirdi. Lakin onlara müəssisədə müalicə olunan şəxslərin qalanı hissəsilə əlaqə saxlamağa icazə verilmirdi. Bundan savayı, palatada tətbiq edilən recim müəssisənin qalan hissəsində tətbiq edildiyi kimi idi. Dustaqlar kitab oxuya, masa üstü oyunlar oynaya və televizora baxa bilirdilər.

Dustaqların öz yaxınları ilə görüşünə, onların məhkum edildikləri recimin növünə uyğun olaraq icazə verilirdi. Sonuncu mərhələdə olan dustaqlar məhdudiyyətsiz görüşə bilirdilər. Buna baxmayaraq, məlum olmuşdur ki, qohumların səfər etmək həvəssizliyi böyük problemə çevrilmişdir. Bu hal və onların xəstəliyinin müalicə oluna bilməməsi faktı dustaqların mənəviyyatına və davranışına öz mənfi təsirini göstərirdi.

121. Səfərin əvvəlində palatanın baş həkimi nümayəndə heyətinə bildirmişdir ki, pasientlər yalnız simptomatik müalicə alırdılar (məslən, vitaminlər). DOTS+müalicə proqramı hələ də tətbiq edilmirdi, lakin Səhiyyə nazirliyi Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti ilə əməkdaşlıq əsasında bu məsələ üzərində işləyir. Nəticədə müəyyən olunmuşdur ki, palatadakı dustaqların 30-40% onların ailə üzvlərinin gətirdiyi möhkəm vərəm hallarında istifadə olunan tuberkulostatik dərmanlar qəbul edirdi. Eyni zamanda öz ailələri ilə əlaqəni itirmiş və ya maliyyə çətinliyi olan qalan dustaqlar yalnız simptomatik dərmanlar qəbul edirdi. Bu cür bərabərsizlik vəziyyəti dustaqlar arasında münaqişə yaradırdı. Bundan savayı, müəssisədə psixoloqun olmaması səbəbindən dustaqlar öz vəziyyətlərində lazımi psixoloci yardımdan faydalana bilmirdilər.

122. Azərbaycan rəsmiləri özlərinin 2 aprel 2003-cü il tarixli məktubunda göstərirdilər ki, dustaqların DOTS+ əsasında müalicəsi, hal-hazırda Parlamentdə müzakirədə olan müvafiq qanunun qəbul edilməsi ilə bağlıdır. Həmin ərəfədə Ədliyyə Nazirliyi Səhiyyə nazirliyi və Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti ilə həmin qanunun qəbul edilməsindən sonra yarana biləcək problemlər haqqında məsləhətləşmələr keçirmişdir. Bundan savayı, möhkəm vərəm xəstəliyindən əziyyət çəkən dustaqlara psixoloci yardım göstərmək məqsədilə müəssisədə psixoloqun işə götürülməsi məsələsi araşdırılır.

CPT möhkəm vərəm xəstəliyindən əziyyət çəkən dustaqların lazımi müalicə almasını təmin etmək üçün Azərbaycan rəsmilərini müvafiq səylərin davam etdirilməsinə çağırır. Bundan savayı, CPT Vərəm xəstəliyindən əziyyət çəkən dustaqlar üçün Bakıda yerləşən 3 saylı Xüsusi tibb müəssisəsində psixoloqun işə götürülməsinə dair edilmiş inkişaf haqqında məlumat almaq istərdi.

d. Mərkəzi İslahetmə Hospitalı, Bakı (psixiatriya şöbəsi)

123. Mərkəzi İslahetmə Hospitalı Bakının sənaye rayonu hesab edilən Nizami rayonunda yerləşir. Sözü gedən hospital məhkum edilmiş dustaqlar və eyni zamanda təxirəsalınmaz və kompleks hallarda istintaq altında olan dustaqları qəbul edən yeganə hospitaldır. 1937-ci ildə açıldıqdan sonra, hospital bir neçə dəfə genişləndirilmiş və yeniləşdirilmişdir, sonuncusu 1997-ci ilə təsadüf edir. Onun həcmi doqquz palata arasında bölüşdürülmüş 550 çarpayılıq idi. CPT öz diqqətini, ümumi həcmi 50 xəstəlik yeri olan, səfər zamanı isə 33 xəstənin yerləşdirildiyi psixiatriya şöbəsinə yönəltmişdir. Xəstələrin qalma müddəti iki ay ən çoxu isə bir ilə qədər idi.

124. Xəstələrin yaşayış şəraitinə münasibətdə isə psixiatriya şöbəsi dağılmanın ən son həddinə çatmışdı. Buna baxmayaraq, bəzi xəstələrin otaqları çox təmiz saxlanılırdı. Yaşayış sahəsi lazımi səviyyədə idi. Xəstələr sahəsi 11 və 42 kv/m və hər birində 3-10 çarpayısı olan otaqlarda yerləşdirilmişdir. Bütün otaqlar təbii işıqdan, lazımi süni işıqlandırmadan və havalandırmadan faydalana bilirdi. Bununla belə, bir çox pəncərələrin şüşələri sınıq və ya heç yox idi, mərkəzi istilik sistemi isə işə salınmamışdı. Bunun nəticəsində də otaqlar çox soyuq (məsələn 30 noyabr 2002-ci il tarixdə günortaya qədər 14 C) idi. Avadanlıq - çarpayılar, yataq ləvazimatları (çox dəfə pis vəziyyətdə və natəmiz), bir neçə kilidli şkaf və bəzən stoldan ibarət idi.

Nümayəndə heyəti ümumi tualetdən istifadə etməkyə dair xəstələrdən hər hansı bir şikayət eşitmədi; lakin həmin tualet yarımsbkülü və çox çirkli idi. Xəstələr həftədə bir və ya iki dəfə duş qəbul edə bilirdi. Yuyunma otaqları çox əldən düşmüş vəziyyətdə idi və orada isti sudan istifadə etmək həmişə mümkün olmurdu. Gigiyenik vasitələr kimi yalnız az miqdarda sabun və yuyucu toz təqdim edilirdi. Döşəküzülərinə münasibətdə isə onlar həftədə bir dəfə mərkəzi çamaşırxanada yuyulurdu; həmin çamaşırxana yararsız vəziyyətdə və orada yalnız bir yuyucu maşın işlək vəziyyətdə idi.

125. Xəstələr qida məsələsinə dair şikayət etmirdi, lakin onların çoxu görünürdü ki, ailələrininin onlar üçün gətirdikləri qida bağlamalarına güvənir. Höspitalın mərkəzi mətbəxi təmiz idi. Buna baxmayaraq, psixiatriya şöbəsinin yeməkxanası masa və oturacaqla yetərli dərəcədə təchiz edilməmişdir; və bu səbəbdən də xəstələrin çoxu öz yeməklərini yerdə oturaraq yeməyə məcbur olurdular.

126. Azərbaycanı tərk edənə qədər Ədliyyə naziri nümayəndə heyyətinin müəssisəyə səfərindən sonra onun iradlarından sonra görülmüş tədbirlərin şahidi olmaq üçün nümayəndə heyyətini müəssisəyə yenidən səfər etməyə dəvət etmişdir. Nümayəndə heyəti oradakı mərkəzi istilik sisteminin işə salınmasından, şüşəsiz pəncərələrin əvəz edilməsindən, tualet və yuyunma kabinələrin təmiz olmasından və yenidən qurulmasından və yeməkxananın lazımi qədər ması və oturacaqlarla təchiz edilməsindən məmnun olmuşdur.

CPT bu cür təcili tədbirlərin görülməsini alqışlayır. Bununla belə, Bakıda yerləşən Mərkəzi İslahetmə Hospitalında ruhi xəstələrin yaşayış vəziyyətini yaxşılaşdırmaq məqsədilə bundan da savayı səylər göstərilməlidir. CPT aşağıda göstərilənləri təmin etmək üçün tədbirlərin görülməsini tövsiyyə edir:

- xəstələrin lazımi səviyyədə yataq ləvazimatları ilə təchiz edilməsini və onların mütəmadi yuyulmasını təmin etmək (bura mərkəzi çamaşırxananın yenidən qurulması da aid edilə bilər);

- xəstələri mühüm şəxsi gigiyena vasitələrilə təmin etmək və bütün xəstələrin ən azı həftədə bir dəfə yuyunmasını mümkün etmək üçün şərait yaratmaq;

- xəstələr üçün daha münasib və gözə gəlimli şərait yaratmaq (məsələn, xəstələrə vizual stimul vermək üçün dekorasiyanı yaxşılaşdırmaq).

127. Səhiyyə-tibb işçilərinə münasibətdə isə psixiatriya şöbəsində iki tam ştatlı psixiator fəaliyyət göstərir. Bundan savayı, palataya müqavilə əsasında mütəmadi olaraq kənar məsləhətçi psixiatorlar da baş çəkir. Xəstələrin həmçinin hospitalda çalışan digər mütəxəssislərdən yardım almaq imkanı vardır.

Əksinə, kiçik tibb işçi heyətinə münasibətdə isə vəziyyət qeyri-qənaətbəxşdir. Dörd kiçik tibb işçisi yerinin yalnız ikisi doludur. Kiçik tibb işçilərinə əsas iş təlimi keçmiş və tibbi xarakterli məcburi işlərə məhkum edilmiş iki buyuruqçu (xəstələrə yuynmağa, tualetə getməyə, yemək yeməyə, təmizlənməyə kömək etmə kimi işlərdə yardımçı olan) kömək edir (bax həmçinin bənd 130).

İş günləri saat 16.00-dan sonra, habelə bütün bazar günləri palatada heç bir səhiyyə-tibb işçisi olmur. Yuxarıda göstərilən tibbi preparatların təqdim edilməsi və fövqəladə hallara cavab tədbirləri üzrə məsuliyyət bütün höspital üzrə növbətçi olan həkimin üzərinə düşür.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq, CPT aşağıda göstərilənləri təmin etmək üçün Azərbaycan rəsmilərindən Mərkəzi İslahetmə Hospitalına münasibətdə tədbirlərin görülməsini tövsiyyə edir:

- kiçik tibb işçiləri üçün yeri boş olan vəzifələri tutmaq və əgər mümkündürsə, palatanın kiçik tibb işçilərinin resurslarını gücləndirmək;

- kiçik tibb işçisinin palatada həmişə, o cümlədən gecələr və bazar günləri olmasını təmin etmək.

CPT Azərbaycan rəsmilərini dustaqları buyuruqçu kimi işə götürmək təcrübəsini yenidən nəzərdən keçirməyə çağırır; bu cür tədbirə son vasitə kimi əl atılmalıdır.

Bundan savayı, Komitə Bakıdakı Mərkəzi İslahetmə Hospitalının və ümumilikdə bütün Azərbaycanda kiçik tibb işçi heyətinin xüsusi psixiatrik təlim keçməsi haqqında məlumat almaq istərdi.

128. Xəstələrə göstərilən müalicəyə eyni zamanda müstəsna olaraq farmakoterapiya da aid edilir. Səfər zamanı psixiatrik tibbi preparatların təchizatı yetərincə görünürdü. Lakin psixo-sosial fəaliyyətin təklif edilməsi, bu cür fəaliyyəti həyata keçirmək imkanı olan ixtisaslı heyətin olmaması səbəbindən son dərəcə məhdud idi. Buna psixiatorların təşkil etdiyi və yalnız bir neçə xəstəyə faydalı olan fərdi psixoterapiya sessiyaları aid idi.

Xəstələr hər gün 10.00 və 16.00 arası geniş (skamya və yaşıllıqla bəzədilmiş) çöl gəzinti meydançasından istifadə edə bilirdilər. Onlar həmçinin televizora baxa bilir, masa üstü oyunlar oynaya və müəssisənin kitabxanasında kitib oxuya bilirdilər.

CPT-ya məlumdur ki, hospitalda təklif olunan terapevtik və digər fəaliyyətlər çərçivəsini əhəmiyyətli dərəcədə yaxşılaşması daha əlverişli iqtisadi vəziyyəti gözləməli olacaq. Bununla belə, Komitə Azərbaycan rəsmilərini Bakıdakı Mərkəzi İslahetmə Hospitalının psixiatriya şöbəsində terapevtik və psixo-sosial reabilitasiya fəaliyyətlərini inkişaf etdirməyə çalışmağa çağırır.

129. Xəstələrin tibb dosyeləri və digər tibbi xarakterli qeydlər təkrarlanan qeydlər əks etdirir və ümumilikdə yaxşı saxlanırdı. Buna baxmayaraq, tibbi məlumatın məxviliyi görünürdü ki, lazımi səviyyədə qorunmur. Azərbaycan rəsmiləri özlərinin 2 aprel 2003-cü il tarixli məktubu ilə CPT-ya bildirmişdilər ki, tibbi sənədlərin, onların məxviliyini qoruyan qaydada saxlanılmasına dair əmr çıxarılmış və bütün aidiyyatı müəssisələrə göndərilmişdir. CPT bu cür irəliləyişi alqışlayır və sözü gedən əmrin surətini almaq istərdi.

130. Hər bir psixiatriya müəssisəsində təşviş oyadan və/və ya sakit olmayan xəstələrin hərəkətlərinin məhdudlaşdırılması (sakitləşdirilməsi) vəziyyətdən asılı olraqa zəruri ola bilər. Sui-istifadə və pis rəftarı mümkün edə biləcək bu məsələ CPT-də xüsusi maraq doğurur.

Fiziki məhdudlaşdırmalar (xəstənin mələfə vasitəsilə çarpayının çərçivəsinə bağlamaq da daxil olmaqla) şöbədə təsadüfi hallarda istifadə edilirdi. Məhdudiyyətlər müalicə edən psixiatorun (və ya o, olmadıqda növbətçi həkimin) göstərişi və ya onun razılığı ilə həyata keçirilir və bir qayda olaraq kimyavi məhdudlaşdırmalarin (yəni sakitləşdirici dərmanların) təsiri başlayana qədər tətbiq edilirdi. Fiziki məhdudlaşdırmanın istifadə edilməsi haqqında qeyd xəstənin dosyesində qeyd edilirdi; buna baxmayaraq, bu cür halların sistematik şəkildə qeydə alınması üçün heç bir reyestr yox idi. Nümayəndə heyətinə bildirilmişdir ki, xüsusilə qızğın, sakit olmayan xəstələrə münasibətdə xəstənin sakitləşdirilməsi üçün dustaq-buyuruqçularından və həbsxana işçilərindən yardım etmək xahiş olunur. Tibb işçiləri nümayəndə heyəti əmin etdilər ki, bu cür hallarda buyuruqçular və həbsxana işçiləri həmişə onların göstərişlərinə əsasən hərəkət edirlər.

131. Nümayəndə heyətində belə bir təəssurat yarandı ki, hospitaldakı bütün xəstələrə qarşı təcrübədə istifadə olunan təcridetmədən çox təsadüfi hallarda istifadə edilirdi. Onun tətbiqi, özündə həm tibbi, həm də intizam aspektlərini cəmləşdirən üç müxtəlif prosedurla həyata keçirilirdi. Birincisi, hospitalın direktoru olmayan hallarda, növbətçi işçi, direktorun tədbirin uzadılması və ya dayandırılması haqqında qərər qəbul etməsini gözləyənə qədər, sakit olmayan xəstəni ən çoxu 24 saatlıq müddətə qədər təcrid bölməsinə yerləşdirə bilər.6 İkincisi, müalicə edən həkimlə məsləhətləşdikdən sonra, direktor xəstəni 15 günlük müddətə qədər intizam təcridxanasına yerləşdirə bilər.7 Son olaraq, direktor xəstəni tibbi səbəblərdən müalicə edən həkimin təklifinə əsasən təcrid bölməsinə yerləşdirə bilər.8 Açıq-aydın görünürdü ki, bu cür yerləşdirmə üçün vaxt məhdudiyyəti qoyulmurdu və belə yerləşdirmənin çoxunun müddətinin bir, iki gün davam etməsinə baxmayaraq, nümayəndə heyəti 30 günə qədər davam edən qalma halları aşkar etmişdir. Təcrübədə ikinci və üçüncü prosedurlar oxşar səbəblərdən (sakitsizlik, işçi heyətini və ya digər xəstələri narahat etmə halları baş verdikdə) tətbiq edilir. Nizam-intizam səbəblərindən yerləşdirilmiş xəstələr gün ərzində yataq ləvazimatı ilə təmin edilmir və onlara görüşlər keçirmək icazə verilmirdi.

CPT tövsiyyə edir ki, Azərbaycan rəsmiləri təcridetməyə dair tətbiq edilən müxtəlif prosedurlar arasında aydın fərqlənmə yaratsınlar. Həmin qaydalar haqqında bütün xəstələrə və hospitalın bütün işçi heyətinə bildirilməlidir.

132. Xüsusilə psixiatriya bölməsindəki xəstələrə münasibətdə, CPT məhdudlaşdırıcı vasitələrin istifadə edilməsi (o cümlədən tibbi səbəblərdən təcridetmə) haqqında təfərruatlı təlimatların hazırlanmasını tövsiyyə edir. Bu cür təlimatlar, aqressiv davranışı məhdudlaşdırmaq üçün ilkin cəhdlərin mümkün qədər qeyri-fiziki olmasını (məsələn şifahi göstəriş) və fiziki məhdudlaşdırmanın zəruri olduğu hallarda, onun prinsip etibarı ilə manual nəzarətlə məhdudlaşdırılmasını aydın şəkildə əks etdirməlidir. Fiziki məhdudlaşdırma vasitələrinə zərurət olduqda son vasitə kimi əl atılmalı və mümkün qədər tez bir zamanda aradan qaldırılmalı/başa çatdırılmalıdır; onlar heç zaman tətbiq edilməməli və ya onların cəza kimi tətbiq heç zaman uzadılmamalıdır. Təcridetmənin istifadəsinə münasibətdə isə təlimatlar özündə xüsusilə: onların istifadə ediləcəyi halların növlərini; məqsədləri; onun müddətini və mütəmadi baxışlar üçün ehtiyacı; müvafiq insan əlaqəsinin mövcudluğunu; cüsusilə diqqətli olmalı işçi heyətin ehtiyaclarını əks etdirməlidir.

Bundan savayı, Komitə təşviş oyadan və/və ya sakitliyi pozan xəstələrin məhdudlaşdırılmasına görə əsas məsuliyyətin səhiyyə-tibb işçilərinin üzərinə düşməsini xüsusi vurğulamaq istərdi. Belə hallarda həbsxana heyətinin hər hansı bir yardımı yalnız səhiyyə-tibb işçilərinin xahişi ilə həyata keçirilməli və onlar tərəfindən verilən göstərişlərə uyğun olmalıdır. CPT məhdudlaşdırma vasitələrinin tətbiqində dustaq-buyuruqçuların köməyindən istifadə etməyi təxirə salınmadan dayandırılmasını tövsiyyə edir.

CPT həmçinin tövsiyyə edir ki, xəstə barəsində hər bir fiziki məhdudlaşdırma halı (o cümlədən təcridetmə) xəstənin dosyesinə əlavə olaraq, bu məqsədlə yaradılmış xüsusi reyestrdə qeyd edilməlidir. Qəydlər, tədbirin başlandığı və başa çatdığı vaxtı, işin hallarını, tədbirə əl atmağın səbəblərini, buna göstəriş və ya razılıq vermiş həkimin adını və xəstələrə və ya işçilərə yetirilmiş xəsarətlərin sayını və xassələrini əks etdirməlidir.

133. Hospitalın təcridetmə bölmələrindəki vəziyyət ümumi götürəndə qeyri-qənaətbəxş idi. Sahələri 5-11 kv/m olan doqquz kamera zəif işıqlandırılmış, yarımsökülü, çirkli, soyuq və pəncərələrində şüşələr yox idi. Onların avadanlığına paslı çarpayılar, çirkli və cırıq döşəklər və döşəküzülər, polkalar və yer təni tualetlər daxil idi. Xəstələr öu kameraları gündəlik çöl gəzintisinə çaxmaq üçün bir saatlıq tərk edirdi. İşçi heyətin dediyinə görə, onlara həmçinin həftədə bir dəfə yuyunmağa imkan verirdilər; lakin, əldən düşmüş yuyunma vasitələri nümayəndə heyətinə istifadə edilməmiş görünürdü. Azərbaycanı tərk etməmişdən əvvəl nümayəndə heyətini təcridetmə bölməsində aparılmış dəyişikləri görməyə dəvət etmişlər. Məlum olmuşdur ki, həmin bölmə istifadədən çıxarılmış və yenidənqurma işləri başlamışdır. CPT bu cür irəliləyişi alqışlayır və tövsiyyə edir ki, davam edən yenidənqurma işləri baxımından Bakıdakı Mərkəzi İslahetmə Hospitalındakı bütün təcridetmə otaqları qızğın vəziyyətdə olan xəstələrin təhlükəsizliyini təmin edən qaydada (xüsusilə iti bucaqların və ya digər iti obyektlərin olmaması ilə) təchiz edilsin.

5. CPT-nin vəzifəsinə aid digər aidiyyatı məsələlər

134. İnsan həbsxana sisteminin təməl daşı, dustaqlarla öz münasibətlərini lazımi qaydada qurmağı bacaran həbsxana heyətinin lazımi qaydada işə götürülməsi və təlimatlandırılması ilə qoyulmalıdır. Nəticə etibarı ilə xüsusi diqqət həbsxana heyətinin tələblərinə cavab verən şəkildə işə götürməyə və təlimatlandırmaya yetirilməlidir.

Nümayəndə heyətinin topladığı məlumat ona guman etməyə əsas verir ki, Azərbaycanın Ədliyyə nazirliyi həbsxana heyətinin təliminin yaxşılaşdırılmasında məsuliyyətlidir. Beynəlxalq insan hüquqları standartlarının və şəxslərarası münasibətlərin qurulması bacarığınin tədrisi Nazirliyin Tədris mərkəzinin yeni tədris planında mühüm yer tutur oynayır. Buna baxmayaraq, görünür ki, həbsxana işçilərinin əksər hissəsi, xüsusəndə kiçik rütbəli olan işçiləri yeni tədris planına uyğun olaraq təlim kurslarında iştirak etmək imkanı hələ də yoxdur. CPT Azərbaycan rəsmilərini həbsxana heyət üzvlərinin həm ilkin, həm də davam edən təlimi sahəsində öz səylərini daha da gücləndirməyə çağırır.

135. Artıq qeyd olunduğu kimi (bax bənd 74), Gəncədəki 2 saylı İstintaq təcridxanası istisna olmaqla, səfərin edildiyi penitensiar müəssisələrdə dustaqlar və həbsxana işçiləri arasındakı münasibət mülayimdir. Buna baxmayaraq, nümayəndə heyətilə görüşmüş dustaqların bəzisi bəyan edirdi ki, həbsxananın müəyyən heyət üzvləri onlara öz hüquqlarını həyata keçirməyin və ya hər hansı bir imtiyazın verilməsinin əvəzinə onlardan pul almaq istəyirdilər və ya tələb edirdilər.

Bu baxımdan, CPT dövlət orqanları tərəfindən azadlıqdan məhrum edilmiş şəxsləri istismar edən və ya istismar etməyə vadar edən münasibətlərə açıq şəkildə yol verilməzliyini xüsusi vurğulamaq istərdi. Xüsusilədə dustaqların hüquqlarının həyata keçirilməsi və onların imtiyazlardan istifadə etməsi işçi heyətinə ödənilən pul ödəmələrindən və ya onların göstərdiyi nalayiq xidmətlərdən asılı ola bilməz. Bu cür hallar vəzifədən sui-istifadə kimi baxılmalı və ciddi tədbirlərin görülməsinə səbəb olmalıdır. CPT tövsiyyə edir ki, Azərbaycan rəsmiləri, həm idarə heyətinə, həm də əsas heyətə dustaqlardan qeyri-qanuni mənfəətin alınmasının və ya istənilməsinin yol verilməzliyi və bu halların ciddi sanksiyaların tətbiqinə səbəb olması haqqında açıq ismarıc göndərməlidir; və həmin ismarıc müvafiq şəkildə münasib intervalla dəfələrlə təkrarlanmalıdır.

b. çöl dünya ilə əlaqə saxlamaq

136. Dustaqların çöl dünya ilə müvafiq qaydada əlaqə saxlaması çox əhəmiyyətlidir. Əsasən də dustaqların öz ailələri və yaxın dostları ilə münasibətlərini qoruyub saxlamaq üçün vasitələr verilməlidir. Bu cür münasibətdərin davam etməsi bütün aidiyyatı olanlar üçün xüsusəndə dustaqların sosial reabilitasiyası baxımından əhəmiyyətli hesab edilir. Çöl dünya ilə əlaqəni təşviq etmək üçün rəhbər prinsiplər olmalıdır. Bu cür əlaqələrə hər hansı məhdudiyyətlər müstəsna hal kimi mövcud resurslarla əlaqəsi olan nəzəri cəlb edən amillərin təhlükəsizliyinə əsaslana bilər. Bu, 1987-ci il tarixli Avropa Həbsxana Qaydalarındakı bir neçə tövsiyyənin məğzindən irəli gəlir, xüsusilə də 43 saylı Qayda (bənd 1) və 65 saylı Qayda (yarımbənd c).

137. İstintaq altında olan dustaqların öz qohumları ilə görüşü səlahiyyətli müstəntiq və ya iş üzrə yurisdiksiyası olan məhkəmənin ilkin icazəsi ilə həyata keçirilə bilər. Nümayəndə heyətinə məlum olmuşdur ki, təcrübədə bu cür icazələrə çox təsadüfi hallarda rast gəlmək olar. İstintaq altında olan dustaqlara bir qayda olaraq görüşlər keçirməyə icazə verilmir. Bu cür məhdud yanaşma eyni dərəcədə həm kişilərə, həm yeniyetmələrə, həm də qadınlara tətbiq edilir. Bundan savayı, məhkum edilmiş, lakin öz məhkum olunmalarına appelyasiya qaydasında şikayət vermiş dustaqlarda görüşlər keçirməyə çox təsadüf hallarda icazə alırlar.

CPT etiraf edir ki, bəzi hallarda istintaq altında olan dustaqlar barəsində konkret məhdudiyyətlər qoymaq istintaq maraqları naminə zəruridir. Buna baxmayaraq, bu məhdudiyyətlər işin tələbləri ilə ciddi məhdudlaşdırılmalı və mümkün qədər qısa müddət ərzində tətbiq edilməlidir. İstintaq altında olan dustaq və onun ailəsi arasında baş verən görüşlər heç bir halda uzun müddət ərzində qadağan edilə bilməz. Əgər gizli sözləşmə təhlükəsinin olmasına ehtimal varsa, görüşə icazə verilməlidir, bu şərtlə ki, ona ciddi nəzarət edilsin. CPT istintaq altında olan dustaqların prinsip etibarı ilə görüşlər keçirmək hüququnun olmasını təmin etmək üçün müvafiq normativ aktlara düzəlişlərin edilməsini tövsiyyə edir. Müstəntiqin bu cür görüşlərə icazə verməsinə rədd cavabı istintaqın tələbatları ilə xüsusi əsaslandırılmalı, işlə əlaqəsi olmayan orqanın razılığını tələb etməli və müəyyən edilmiş müddət ərzində tətbiq edilməlidir.

İstintaq altında olan yeniyetmə dustaqlara münasibətdə, onların əksər hissəsinin əmosional məhdudiyyətlə və ya sosial vərdişlərin çatışmazlığı ilə əlaqəsi olan davranış problemi ola bilər; onların çöl dünya ilə əlaqəsi fəal şəkildə təşviq edilməlidir.

138. Hər bir istintaq təcridxanasında qohumlarla görüş üçün bir otaq mövcud idi. otaqlar çox kiçik, Bakıda 4 yer, Gəncədə isə yalnız 1 görüş yeri var idi. Bu isə müəssisədə saxlanan dustaqların sayına görə, çox azdır. Bundan savayı, dustaqlar və görüşə gələnlər fiziki bir-birindən aralı düşürdü.

CPT Bakıdakı 1 saylı və Gəncədəki 2 saylı İstintaq təcridxanalarında olan görüş yerlərinin genişləndirilməsini və yaxşılaşdırılmasını tövsiyyə edir. Məqsəd bütün dustaqlara, o cümlədən istintaq altında olan dustaqlara açıq şəraitdə görüşlər keçirmək imkanının yaradılmasından ibarətdir.

139. Yazışmaya münasibətdə nümayəndə heyətinə bildirilmişdir ki, tətbiq ediləcək qaydalar, görüşlərə tətbiq edilən qaydalarla analocidir, yəni istintaq altında olan dustaqlar məktub almaq və ya göndərmək üçün müstəntiq və ya məhkəmədən icazə almalıdır. Bütün məktublar rəhbərlik tərəfindən oxunulur və onların əsas mahiyyəti xüsusi reyestrdə qeyd edilirdi.

CPT-nin fikrincə istintaq altında olan dustaqlara, konkret müəyyən edilmiş müddət ərzində və işin tələbləri ilə lazımi qaydada əsaslandırılmış hallarda səlahiyyətli müstəntiq və ya məhkəmə tərəfindən xüsusi olaraq qadağan edilmiş hallar istisna olmaqla, məhdudiyyət qoyulmadan məktublar almağa və göndərməyə icazə verilməlidir. Təkzib edilməz bir faktdır ki, istintaq altında olan dustaqlara öz hüquq müdafiəçiləri və həbsxana yerlərinə nəzarət etmək səlahiyyəti olan rəsmilərlə (məsələn İnsan Hüquqları üzrə Müvəkkil) məxfi yazışmağa icazə verilməlidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, CPT istintaq altında olan dustaqların yazışmasına aid olan müvafiq qayda və normativ aktlarda düzəlişlərin edilməsini tövsiyyə edir.

140. Məhkum edilmiş dustaqlar öz ailələri və dostları ilə əlaqə saxlamaq imkanına daha çox malikdirlər. Onların həbs reciminə uyğun olaraq, onlar ayda dörd qısa müddətli görüş (2 saatlıq) və ildə dörd dəfə bir uzun müddətli görüşlər (72 saatlıq) keçirə bilərlər. Buna baxmayaraq, istintaq təcridxanalarında uzun müddətli görüş üçün yerlər nəzərdə tutulmamışdür və bunun nəticəsində icbiri işə məhkum edilmiş dustaqlar bu cür görüşə dair öz hüquqlarını həyata keçirə bilmirdilər. Əksinə, Mərkəzi İslahetmə Hospitalında yaxşı səviyyədə təşkil edilmiş və eyni zamanda bir neçə ailənin dustaqlarla görüşlər keçirməyə imkan verən uzun müddətli görüş yerləri var idi. CPT Azərbaycan rəsmilərini Bakıdakı 1 saylı və Gəncədəki 2 saylı İstintaq təcridxanalarında uzun müddətli görüşlər keçirmək üçün yerlərin ayrılması məqsədilə tədbirlər görmək tövsiyyə edir.

c. nizam-intizam

141. İstintaq təcridxanalarında nizam-intizamın pozulmasına görə, xəbərdarlıq, yazılı töhmət, görüşlər keçirməyə və ya bağlamalar almağa məhdudiyyətlər və intizam kamerasına yerləşdirmə kimi cəza nbvləri var idi. Nümayəndə heyətinə təqdim edilmiş məlumata əsasən intizam kamerasına "karserə" yerləşdirmə müddəti istintaq altında olan qadın və yeniyetmə dustaqlar üçün 5 günə qədər, istintaq altında olan yaşlı kişi dustaqlar üçün 10 günə qədər və icbari işlərə məhkum edilmiş dustaqlar üçün 15 günə qədər davam edə bilər.

142. İnzibati cəzalar, həbsxana işçi heyətinin hazırladığı və aidiyyatı olan dustağın yazalı izahatını əks etdirən sənəd əsasında müəssisənin rəisi tərəfindən təyin edilir. Bakıdakı 1 saylı İstintaq təcridxanasında nümayəndə heyətinə bildirilmişdir ki, barəsində intizam tədbiri seçilmiş dustaqlar rəis və ya onun müavini tərəfindən şəxsən dindirilirdi. Bu cür təcrübə Gəncə təcridxanasında mövcud deyil idi.

CPT, barəsində intizam tədbirləri seçilmiş bütün dustaqların, onların hüquqpozma törətməkdə şübhəli bilinmələri haqqında qərar qəbul etmiş orqan (şəxs) tərəfindən şəxsən dindirilmələrini təmin etmək üçün tədbirlərin görülməsini tövsiyyə edir.

143. Artıq göstərildiyi kimi (bax bənd 11), Bakıdakı 1 saylı İstintaq təcridxanasındakı "karser" kameralar Konvensiyanın 8(5) maddəsinə əsasən bilavasitə müşahidələrdən keçmişdir. Kişi dustaqlar üçün nəzərdə tutulan dörd karserin sahəsi çox kiçik (3,6-4,4 kv/m), qaranlıq, zəif havalandırılan və yalnız yer-təni tualet və bəsit istirahət vasitələri ilə təchiz edilmişdir. Qadın bölməsindəki karserlərin sahəsi normal (10 kv/m), lakin digər cəhətdən oxşar çatışmazlıqları var idi.


Gəncədəki 2 saylı İstintaq təcridxanasındakı karserlərin sahəsi 8 km/m və yataq platforması, masa, yuyunma kabinəsi və yer-təni tualet. Kameralar son dərəcə soyuq (2002-ci il 2 dekabr tarixdə günorta 9 C) idi. Səfərin sonunda nümayəndə heyəti Azərbaycan rəsmilərindən həmin kamerada pəncərənin qurulması haqqında üç ay ərzində məlumatın verilməsini xahiş etmişdir. Əlavə olaraq həmin məlumatda sahələri 3,5 kv/m olan və səfər zamanı istifadədə olunmadığı deyilən digər iki karserin istifadədən çıxarılması nəzərdə tutulmalıdır.

144. Azərbaycan rəsmiləri özlərinin 2 aprel 2003-cü il tarixli məktubu ilə CPT-ya bildirmişlər ki, Bakıdakı 1 saylı İstintaq təcridxanasındakı intizam kameraları tamamilə yeniləşdirilmiş, taxta döşəmə vurulmuş, onlardakı pəncərələr böyüdülmüş və beləliklə də təbii işığın və havalandırmanın daxil olması asanlaşmışdır. Eynilə, Gəncədəki 2 saylı İstintaq təcridxanasındakı karser başa çatdırılmış və digər iki karser istifadədən çıxarılmışdır.

CPT bu tədbirləri alqışlayır. Bununla belə CPT Bakıdakı 1 saylı İstintaq təcridxanasında aparılmış yenidənqurma işlərinə intizam kameralarının genişləndirilməsinin daxil olub olmadığı barədə məlumat almaq istərdi.

CPT həmçinin intizam kameralarındakı dustaqların gecə döşək və ədyallarla təmin edilməsi haqqında məlumat almaq istərdi.

145. İntizam cəzası çəkən dustaqlara çöl gəzintisinə icazə verilmir. Buna yol verilə bilməz: hər gün bir dəfə çöldə 1 saatlıq gəzinti bütün dustaqlar üçün əsas şərtlərdən biridir. CPT tövsiyyə edir ki, Azərbaycan rəsmiləri ölkə daxilində intizam kameralarına yerləşdirilmiş butun dustaqlara hər gün ən azı bir saat çöl gəzintisinin təklif edilməsini təmin etmək üçün tədbirlər görsünlər.

d. şikayət və təftiş prosedurları

146. Səmərəli şikayət və təftiş prosedurları həbsxanalarda pis rəftara və digər növ vəzifədən sui-istifadələrə qarşı əsas təminatlar kimi hesab edilir. Dustaqların həm həbsxana sistemi çərçivəsində, həm də onun hüdudlarından kənarda şikayət etmək imkanı olmalı və müvafiq orqana məxfi müraciət etmək hüququ olmalıdır.

CPT bütün həbsxana müəssisələrinə müstəqil qurumlar tərəfindən (məsələn, təftiş komissiyası və ya təftiş keçirməyə səlahiyyəti olan hakim tərəfindən) dustaqların şikayətlərini almaq və - lazım gəldikdə - tədbirlər görmək səlahiyyəti ilə mütəmadi səfərlərin edilməsinə xüsusi əhəmiyyət verir. Bu cür səfərlər zamanı müvafiq şəxslər özlərini həm həbsxana rəsmilərinə, həm oranın işçilərinə, həm də dustaqlara "açıq" göstərməlidirlər. Onlar öz fəaliyyətini görüşlər keçirmək istəyən dustaqları görməklə məhdudlaşdırmamalıdırlar, eyni zamanda müəssisələrdə saxlama yerlərinə baş çəkməklə və dustaqlarla əlaqəyə girməklə təşəbbüs göstərməlidirlər.

147. CPT nümayəndə heyətinə bildirilmişdir ki, dustaqların müəssisənin rəisinə və digər müvafiq orqanlara (məhkəmə, prokurorluq və s.) şikayət etmək hüququ vardır. Buna baxmayaraq, dustaqların yazılı şəkildə kənar rəsmilərə ünvanladıqları bütün şikayətlər həbsxana işçi heyəti tərəfindən oxunur və qeydiyyata alınır və bundan sonra öz ünvanına göndərilir. Gəncədəki 2 saylı İstintaq təcridxanasında nümayəndə heyətinə bildirmişlər ki, dustaqlar özlərinin prokurora ünvanladığları şikayətlərin möhürlü zərfdə göndərilməsini tələb edə bilirdilər; lakin görünürdü ki, bu çox təsadüfi hallarda baş verir. Bundan savayı, nümayəndə heyəti ilə görüşmüş dustaqların bəzisi bəyan edirdi ki, onlar bu imkandan istifadə edə bilmirdilər, çünki həbsxana müdiriyyəti onları cavab tədbirlərinin tətbiq edilməsi ilə hədələyirdi.

CPT-nin fikrincə, kənar rəsmilərə şikayətin verilməsini nəzərdə tutan və sistematik şəkildə müvafiq dustağın saxlanıldığı müəssisənin müdiriyyətinin diqqətinə açıqlanmanı nəzərdə tutan - mövcud təcrübə sübhəsiz dustaqların şikayət prosedurlarında inamın artırılmasına həmişə zəmin yaratmır. Ölkədəki bütün müəssisələrdə məxfi şikayət qutularının quraşdırılmasını və yalnız onun rəhbərlik etdiyi idarənin onu açmağa səlahiyyəti olmasını təklif edən İnsan Hüquqları Müvəkkili də bu fikirlə razılaşdı.

CPT, bütün dustaqların, istər həbsxana sistemi çərçivəsində, istərsə də onun hüdudlarından kənarda yerləşən müvafiq rəsmilərə (o cümlədən İnsan hüquqları üzrə Avropa Məhkəməsinə və CPT-nin Prezidentinə) tam məxfi əsaslarla şikayət etmələrini təmin etmək üçün Azərbaycan rəsmilərinə tədbirlərin görülməsini tövsiyyə edir. Lazım gəldikdə, müvafiq qaydalarda və normativ aktlarda diyişikliklər edilə bilər.

148. Təftiş prosedurlarına münasibətdə isə Ədliyyə nazirliyinin Daxili Müfəttişliyi (belə təftişlər göründüyü kimi ildə bir dəfə keçirilir), yenicə yaradılmış İnsan Hüquqları Müvəkkilliyi və Ədliyyə nazirliyindən müvafiq qaydada icazə almış qeyri-hökümət təşkilatlarının nümayəndələri penitensiar müəssisələrə səfər edə bilərlər.

CPT Azərbaycandakı penitensiar müəssisələrin ardıcıl qaydada daxili və xarici nəzarət sisteminin mövcud olmasını alqışlayır. Sistem həbsxanadakı vəziyyətin və dustaqlarla edilən rəftarın yaxşılaşmasına öz faydasını verməyi mümkün edir və şübhəsiz ki, həbsxana xidmətində ictimai müzakirələrin aparılmasını stimullaşdıracaq. CPT, Ədliyyə nazirliyinin Daxili Müfəttişliyinin fəaliyyətinin həyata keçirilməsində Müfəttişliyin İnsan Hüquqları Müvəkkilliyi ilə əməkdaşlıq etməsini nəzərdə tutan Əsasnaməni xüsusi qeyd etmişdir.

CPT, həm Ədliyyə nazirliyinin Daxili Müfəttişliyi, həm də İnsan Hüquqları Müvəkkiliyinin penitensiar müəssisələrdə həyata keçirdikləri təftişin modallığı haqqında məlumat almaq istərdi.

c. Daxili İşlər Nazirliyinin əməliyyat heyəti

149. Nümayəndə heyətinə məlum olmuşdur ki, Daxili İşlər Nazirliyinin əməliyyat heyəti səfərin edildiyi iki istintaq təcridxanasında fəaliyyət göstərir. Bu heyətin zabitlərinin müxtəlif növ vəzifələri vardır: dustaqlar tərəfindən, onlar həbs edilənə qədər törədilmiş cinayətlərin istintaqı; müəssisənin daxili təhlükəsizliyinə aid olan məlumatın toplanması; yeni daxil olmuş dustaqları öz hüquqları haqqında məlumatlandırma; dustaqları kameralara yerləşdirmə; "tədris-tərbiyyə" işini həyata keçirmə; şikayətlər qəbul etmə və s. Həmin heyət zabitləri göründüyü kimi həbsxana müdiriyyətinə tabe deyil və onlar polis müstəntiqlərinin və prokurorların göstərişləri əsasında fəaliyyət göstərirlər.

150. Daxili İşlər Nazirliyi heyətinin istintaq təcridxanalarında aramsız olması, istintaq altında olan dustaqların hüquqlarının təmin edilməsinə zərər gətirə bilər və bu cür müəssisələrin Ədliyyə nazirliyinin səlahiyyəti altına keçməsinə xələl gətirə bilər. Bu, həmçinin, həbsxana idarəçiliyinin bütün institutlarının hər zaman direktorun, direktor müavininin və ya digər səlahiyyətli şəxsin səlahiyyəti altında olmasını nəzərdə tutan Avropa Həbsxana Qaydalarının 58.1 Qaydasına ziddir.

CPT tövsiyyə edir ki, Azərbaycan rəsmiləri Daxili İşlər Nazirliyinin heyətinin istintaq təcridxanalarında olmasını yenidən nəzərdən keçirmək üçün tədbirlər görsün. Daxili təhlükəsizlik və həbsxana vəzifələri, o cümlədən dustaqların kameralara yerləşdirilməsi, müstəsna olaraq, həbsxana müdiriyyətinin və heyətinin səlahiyyətinə aiddir.

f. dustaqların köçürülməsi

151. Dustaqların köçürülməsi Ədliyyə Nazirliyinin Konvoy Batalyonunun vəzifəsidir. Köçürmələr (200 km artıq olmayan məsafədə) avtomobil yolu, (12 saatdan yuxarı səfər üçün) qatarla və ya (Naxçıvan Müxtar Respublikasına cediş/gəliş üçün) təyyarə ilə həyata keçirilir. Konvoy Batalyonu furqonlu nəqliyyat vasitələri, yük maşınları parkından və iki ədəd (səfər zamanı heyət çatışmazlığına görə, yalnız biri işlək vəziyyətdə olan) xüsusi təchiz edilmiş qatar daşımalarından istifadə edir.

152. Nəqliyyat vasitələrindəki vəziyyət müxtəlif idi. Məsələn, 6 dustağın daşınması üçün nəzərdə tutulan və sahəsi 2,6 kv/m olan kiçik furqonlu maşında (UAZ 452) vəziyyət qənaətbəxş (yaxşı işıqlı, havalandırma və qızdırma sistemi yaxşı vəziyyətdə, iki skamya təchiz edilmişdir) idi. Buna baxmayaraq, 24 nəfərlik (QAZ 53 və ZİL 130 markalı) yük maşınlarındakı vəziyyət qeyri-qənaətbəxş edi. Onlardakı kabinlər hər birinin sahəsi 3 kv/m olan iki balaca hissəyə bölünmüş və ensiz skamyalarla təchiz edilmişdir, təbii işığa və istiliyə çıxışı yox idi, havalandırması və süni işıqlandırılması zəif idi. Qadın dustaqların və ya ömürlük azadlıqdan məhrum edilmiş dustaqların daşınması üçün istifadə edilən QAZ markalı avtomaşında 0,4 kv/m və ZİL markalı avtomaşında 0,8 kv/m ölçüdə çox kiçik əlavə sahə var idi. Sahənin bu dərəcədə məhdud olması, müddətin nəqədərr qısa olmasından asılı olmayaraq, daşınma üçün yararsızdır.

153. CPT tövsiyyə edir ki, dustaqların daşınmasında istifadə olunan nəqliyyat vasitələrindəki vəziyyət, 152-ci bənddəki qeydlərə nəzər salaraq, yenidən nəzərdən keçirilsin. Nəzərdən keçirmə, dustaqların daşınması zamanı təqdim olunan vəziyyətə (məsələn, hər bir dustaq üçün sahəyə, işıqlandırmaya, havalandırmaya, sanitar vasitələrindən istifadəyə) və təhlükəsizlik tələblərinə istiqamətləndirilməlidir. Xüsusən də CPT aşağıdakıları tövsiyyə edir:

- QAZ 53 və ZİL 130 markalı avtomaşınlarda daşınan maksimum icazə verilmiş dustaqların sayı əhəmiyyətli dərəcədə azaldılsın;

- QAZ 53 və ZİL 130 markalı avtomaşınlarda çox kiçik əlavə sahə dustaqların daşınması üçün artıq istifadə edilməsin.

154. Dəmiryolu daşınmalardakı vəziyyət ümumi götürəndə qənaətbəxş idi. Üç və ya yeddi dustaq üçün kupe kimi təchiz edilmiş qatar bir dəfəyə 80 nəfər götürə bilir. Kupelər taxtadan üç pilləli platforma ilə təchiz edilmiş, dəhlizə tərəf çıxışda barmaqlıqlar və açılan pəncərələri var idi. Nümayəndə heyətinə bildirilmişdir ki, dustaqlar səfər zamanı döşək və yataq ləvazimatı ilə təmin edilir. Həmçinin qatarda tualet var idi.

ƏLAVƏ I

CPT-NİN TÖVSİYYƏLƏRİNİN, QEYDLƏRİNİN VƏ MƏLUMAT SORĞULARININ SİYAHISI

I. Giriş hissəsi

məlumat sorğusu

- cinayət mühakimə sistemində və azadlıqdan məhrum etmə yerlərində rüşvətxorluq problemini aradan qaldırmaq üçün görülmüş tədbirlər (bənd 9).

C. Ədliyyə Nazirliyinin nəznində olan müəssisələr

1. İlkin qeydlər

tövsiyyələr

- həm məhkum edilmiş şəxsləri, həm də ibtidai istintaq zamanı tutulmuş şəxslərin işlə təmin edilməsini təmin etmək məqsədilə xüsusi tədbirlər daxil edilməlidir (bənd 73).

qeydlər

- CPT inanır ki,Azərbaycan rəsmiləri həbsxanaların həddən artıq dolmasının qarşısını almaq üçün yaradılmış geniş tədbirlərin, o cümlədən həbsxanalara göndərilən dustaqların sayını məhdudlaşdırmaq və ya modullaşdırmaq üçün nəzərdə tutulan siyasətin tətbiqini davam etdirəcək. Bu baxımdan Azərbaycan rəsmiləri, Avropa Şurası Nazirlər Komitəsinin həbsxanaların həddən artıq dolmasına və həbsxanada saxlanılan şəxslərin sayının artmasına dair R(99) 22 saylı Tövsiyyəsində təsbit edilmiş prinsip və tədbirləri nəzərə almalıdır (bənd 72).

2. Pis rəftar

tövsiyyələr

- Gəncədəki 2 saylı İstintaq təcridxanasının idarə olunması sayıq həyata keçirilməli və işçi heyətinə dustaqlarla pis rəftarın yol verilməzliyi barədə açıq ismarıc çatdırılmalıdır (bənd 75).

məlumat sorğusu

- Gəncədəki 2 saylı İstintaq təcridxanasında işçilər tərəfindən döyənəklərin götürülməsinin qadağan edilməsinə dair qəbul edilmiş yanaşmanın bütün penitensiar sistem çərçivəsində tətbiq edilib-edilməməsi haqqında məlumat (bənd 75);

- 2001 və 2002-ci illər üzrə aşağıdakı məlumat:

- həbsxana işçiləri tərəfindən pis rəftara dair verilmiş şikayətlərin sayı və bu şikayətlərin nəticəsində başlanmış inzibati və/və ya cinayət araşdırmalarının sayı;

- yuxarıda göstərilən araşdırmaların nəticələri (verdikt, hökm/tətbiq edilmiş sanksiyalar) barədə hesabat (bənd 76).

3. Həbsxananın vəziyyəti

tövsiyyələr

- Azərbaycan rəsmiləri Bakıdakı 1 saylı İstintaq təcridxanasında aşağıdakı tədbirlər görməlidir:

" müəssisənin kameraların dustaqla sıxlığını azaldmaq üçün güclü səylər göstərilməli; hər bir dustağa ən azı 4 kv/m sahə təklif edilməli;

" 79-cu bənddə göstərilən pəncərəsiz kameralar dustaqların saxlanılması üçün istifadədən çıxarılmalı;

" "karantin kameraları" yenidən bərpa və təmir edilməli;

" bütün kameraların lazımi səviyyədə qızdırılmasını təmin etmək üçün tədbirlər görülməli;

" 5-ci blokdakı kameralar hərtərəfli bərpa edilməli (o cümlədən sınıq pəncərələr dəyişdirilməli); bundan savayı, sahəsi 6 kv/m az olan kameralar istifadədən çıxarılmalı;

" körpə ilə və ya azyaşlı uşaqla müşaiyət olunan qadın dustaqları üçün müvafiq tədbirlər görülməli;

" 83-cü bənddə göstərilən çatışmazlıqları aradan qaldırmaq məqsədilə yeniyetmələr üçün nəzərdə tutulan bölədəki vəziyyət təxirə salınmadan nəzərdən keçirilməli;

" dustaqlara lazımi keyfiyyətdə olan əhəmiyyətli gigiyenik məhsullardan (o cümlədən qadınların aylıq tələbatları üçün sanitar dəsmallar) və kameraların təmizlənməsi üçün təmizləyici məhsullardan istifadə etmək imkanı yaradılmalı;

" dustaqların paltarlarını və döşəküzülərini yumaq üçün çamaşır avadanlıqları nəzərdən keçirilməli;

" dustaqların keyfiyyətli qida ilə təmin edilməsini yaxşılaşdırmaq və müəssisənin mətbəxini genişləndirmək və yeni avadanlıqla təchiz etmək üçün sonradan səylər göstərilməlidir (bənd 87).

- Azərbaycan rəsmiləri Gəncədəki 2 saylı İstintaq təcridxanasında müvafiq tədbirlər görməlidir ki,:

" dustaqların qaldığı yerləri azaltmaq ki, hər bir dustağa ən azı 4 kv/m yaşayış sahəsi təklif olunsun;

" bütün kameraların təbii işıqla lazımi dərəcədə işıqlandırılmasını, süni işıqlandırmanı və havalandırmanı təmin etmək;

" kameralardakı sanitar qovşaqları təmiz saxlamaq;

" bütün dustaqların ən azı həftədə bir dəfə yuyuna bilməsini təmin etmək;

" dustaqları lazımi səviyyədə şəxsi gigiyenik məhsullar və təmizlik materiallar və onların paltarlarının və döşəküzülərinin yuyulması üçün lazımi avadanlıqlarla təchiz etmək;

" mətbəx avadanlıqlarını yeniləşdirmək (bənd 96).

- 1 və 2 saylı İstintaq təcridxanalarındakı dustaqlar üçün fəaliyyəti inkişaf etdirmək məqsədilə Azərbaycan rəsmiləri ciddi səylər göstərməlidir (bənd 102);

- yeniyetmə dustaqlara, onların yaş qrupuna uyğun olaraq xüsusi tələbatlarını nəzərə alan tədris və əyləncə məşğuliyyətinin təklif edilməsini təmin etmək üçün təxirəsalınmaz tədbirlər görülməlidir (bənd 102);

- yeniyetmələr üçün nəzərdə tutulan kameralarda yaşlı dustaqların yerləşdirilməsi təcrübəsinə son qoyulmalıdır (bənd 102);

- Bakıdakı 1 saylı İstintaq təcridxanasında saxlanılan ömürlük azadlıqdan məhrum edilmiş dustaqlar barəsində, onların insanlarla əlaqədə olması mümkünlüyünü əhəmiyyətli dərəcədə artırmaq məqsədilə tətbiq edilən recimi inkişaf etdirmək üçün də tədbirlər görülməlidir. İlk addım kimi ömürlük azadlıqdan məhrum edilmiş dustaqlara çöl gəzintisini birgə keçirməyə icazə verilməlidir (bənd 102);

- hər iki təcridxanada çöl gəzinti yerlərini yeniləşdirmək və bütün dustaqlara hər gün ən azı bir saat çöl gəzintisinin həyata keçirilməsi imkanını təmin etmək üçün tədbirlər görülməlidir (bənd 102).

məlumat sorğusu

- qadın dustaqlarının Bakıdakı 1 saylı istintaq təcridxanasına köçürülməsi haqqında ətraflı məlumat (bənd 87).

4. Səhiyyə xidmətləri

tövsiyyələr

- Azərbaycan rəsmiləri:

" hər iki istintaq təcridxanasında aşağı tibb işçilərinin heyətini gücləndirməli;

" Gəncədəki 2 saylı İstintaq təcridxanasında boş olan psixiator vəzifəsinə işçinin götürülməsini və hər iki müəssisədə psixoloqun işə götürülməsini təmin etməlidir;

" Bakıdakı 1 saylı İstintaq təcridxanasında stomatoloqun xidmət göstərməsini artırmaq üçün tədbirlər görməlidir (bənd 108).

- yeni daxil olan dustaqların tibbi müayinəsindən sonra tərtib edilməli qeydlərə dair 26-cı bənddə göstərilmiş tövsiyyə yenidən nəzərə alınmalıdır. Həmin yanaşmaya eyni zamanda dustağın həbsxanada zorakılıq epizodundan sonra müayinəsinin keçirilib keçirilməməsindən də asılı olmayaraq əməl etmək lazımdır (bənd 112);

- gətirilmə zamanı müəyyən edilmiş xəsarətlərin qeydiyyata alınması üzrə mərkəzləşdirilmiş sistem daxil edilməli (məsələn, həbsxana səhiyyə xidməti tərəfindən aparılan xüsusi reyestr) və həbsxanın idarə heyətinin, Ədliyyə nazirliyinin və s. diqqətinə çatdırmaq məqsədilə müəyyən edilmiş xəsarətlərə dair statistik məlumat toplanılmalıdır (bənd 112);

- diaqnostik məlumatı, habelə dustaqların səhəti və müalicəsi, o cümlədən onların keçdikləri xüsusi müayinələr haqqında məlumatı əks etdirən şəxsi və məxfi tibbi sənədlər hər bir dustaq üçün asçıq olmalıdır. Dustaq, əgər terapevtik baxımdan məsləhət görülürsə, öz tibbi dosyei ilə tanış ola bilər və onlarda əks etdirilmiş məlumatla onun ailəsinin və ya hüquq müdafiəçisin tanış olmasını tələb edə bilər (bənd 113);

- Azərbaycanın penitensiar müəssisələrindəki təcrübənin bu tələblərə uyğun şəkildə həyata keçirilməsini təmin etmək üçün müvafiq tədbirlər görülməlidir (bənd 114);

- Azərbaycan rəsmiləri aşağıdakıları təmin etmək üçün Gəncədəki 2 saylı İstintaq təcridxanasında təxirəsalınmaz tədbirlər görməlidir:

" yuxarıda qeyd olunanları nəzərə alaraq, dustaqların vərəm üzrə mütəmadi müayinədən keçirilməsini;

" BK-pozitiv diaqnozu olan dustaqların Bakının Binə qəsəbəsindəki vərəm xəstəliyindən əziyyət çəkən dustaqlar üçün 3 saylı Xüsusi tibb müəssisəsinə təxirəsalmadan köçürülməsini;

" vərəm xəstəliyi olan dustaqlar üçün nəzərdə tutulan kameralarda onların səhətinin yaxşılaşması üçün maddi vəziyyəti yaxşılaşdırmaq. Xüsusən də təbii işığın, havalandırmanın və qızdırmanın yaxşılaşmasını təmin etmək üçün təxirəsalınmaz tədbirlər görülməlidir. Müvafiq dustaqların, öz səhiyyə vəziyyətlərinə uyğun gələn şəxsi gigiyenik vasitələrdən istifadə etmək imkanını təmin etmək onlara qayğı göstərilməlidir (bənd 118).

- aşağıda göstərilənləri təmin etmək üçün Bakının Mərkəzi İslahetmə Hospitalında tədbirlər görülməlidir:

" xəstələrin lazımi səviyyədə yataq ləvazimatları ilə təchiz edilməsini və onların mütəmadi yuyulmasını təmin etmək (bura mərkəzi çamaşırxananın yenidən qurulması da aid edilə bilər);

" xəstələri mühüm şəxsi gigiyena vasitələrilə təmin etmək və bütün xəstələrin ən azı həftədə bir dəfə yuyunmasını mümkün etmək üçün şərait yaratmaq;

" xəstələr üçün daha münasib və gözə gəlimli şərait yaratmaq (məsələn, xəstələrə vizual stimul vermək üçün dekorasiyanı yaxşılaşdırmaq) (bənd 126).

- aşağıda göstərilənləri təmin etmək üçün Azərbaycan rəsmiləri Mərkəzi İslahetmə Hospitalına münasibətdə tədbirlər görməlidir:

" kiçik tibb işçiləri üçün yeri boş olan vəzifələri tutmaq və Əgər mümkündürsə, palatanın kiçik tibb işçilərinin resurslarını gücləndirməli;

" kiçik tibb işçisinin palatada həmişə, o cümlədən gecələr və bazar günləri olmasını təmin etməlidir (bənd 127);

- Azərbaycan rəsmiləri təcridetməyə dair tətbiq edilən müxtəlif prosedurlar arasında aydın fərqlənmə yaratmalıdır. Həmin qaydalar haqqında bütün xəstələrə və hospitalın bütün işçi heyətinə bildirilməlidir (bənd 131);

- psixiatriya bölməsindəki xəstələrə münasibətdə, CPT məhdudlaşdırıcı vasitələrin istifadə edilməsi (o cümlədən tibbi səbəblərdən təcridetmə) haqqında təfərruatlı təlimatlar hazırlanmalıdır. Bu cür təlimatlar, aqressiv davranışı məhdudlaşdırmaq üçün ilkin cəhdlərin mümkün qədər qeyri-fiziki olmasını (məsələn şifahi göstəriş) və fiziki məhdudlaşdırmanın zəruri olduğu hallarda, onun prinsip etibarı ilə manual nəzarətlə məhdudlaşdırılmasını aydın şəkildə əks etdirməlidir. Fiziki məhdudlaşdırma vasitələrinə zərurət olduqda son vasitə kimi əl atılmalı və mümkün qədər tez bir zamanda aradan qaldırılmalı/başa çatdırılmalıdır; onlar heç zaman tətbiq edilməməli və ya onların cəza kimi tətbiq heç zaman uzadılmamalıdır. Təcridetmənin istifadəsinə münasibətdə isə təlimatlar özündə xüsusilə: onların istifadə ediləcəyi halların növlərini; məqsədləri; onun müddətini və mütəmadi baxışlar üçün ehtiyacı; müvafiq insan əlaqəsinin mövcudluğunu; xüsusilə diqqətli olmalı işçi heyətin ehtiyaclarını əks etdirməlidir (bənd 132);

- məhdudlaşdırma vasitələrinin tətbiqində dustaq-buyuruqçuların köməyindən istifadə etmə təxirə salınmadan dayandırılmalıdır (bənd 132);

- xəstə barəsində hər bir fiziki məhdudlaşdırma halı (o cümlədən təcridetmə) xəstənin dosyesinə əlavə olaraq, bu məqsədlə yaradılmış xüsusi reyestrdə qeyd edilməlidir. Qəydlər, tədbirin başlandığı və başa çatdığı vaxtı, işin hallarını, tədbirə əl atmağın səbəblərini, buna göstəriş və ya razılıq vermiş həkimin adını və xəstələrə və ya işçilərə yetirilmiş xəsarətlərin sayını və xassələrini əks etdirməlidir (bənd 132);

- davam edən yenidənqurma işləri baxımından Bakıdakı Mərkəzi İslahetmə Hospitalındakı bütün təcridetmə otaqları qızğın vəziyyətdə olan xəstələrin təhlükəsizliyini təmin edən qaydada (xüsusilə iti bucaqların və ya digər iti obyektlərin olmaması ilə) təchiz edilməlidir (bənd 133).

qeydlər

- həbsxanalarda səhiyyə xidmətinin təmin edilməsi üzrə institusional tədbirlərin görülməsindən asılı olmayaraq, həbsxana həkimlərinin tibbi qərarlarının yalnız tibbi meyarlara əsaslanması və onların işlərinin keyfiyyətinin və səmərəliyinin ixtisaslı tibbi rəsmilər tərəfindən qiymətləndirlməsi əhəmiyyətlidir (bənd 105);

- CPT möhkəm vərəm xəstəliyindən əziyyət çəkən dustaqların lazımi müalicə almasını təmin etmək üçün Azərbaycan rəsmilərini müvafiq səylərin davam etdirilməsində onları dəstəkləyir (bənd 122);

- Azərbaycan rəsmiləri, Mərkəzi İslahetmə Hospitalındakı dustaqları buyuruqçu kimi işə götürmək təcrübəsini yenidən nəzərdən keçirməyə çağırılır; bu cür tədbirə son vasitə kimi əl atılmalıdır (bənd 127);

- Azərbaycan rəsmiləri, Bakıdakı Mərkəzi İslahetmə Hospitalının psixiatriya şöbəsində terapevtik və psixo-sosial reabilitasiya məşğuliyyətinin inkişaf etdirməyi çalışmağa çağırılır (bənd 128).

məlumat sorğusu

- həbsxana sistemində səhiyyə xidmətinin təmin edilməsinə, o cümlədən səhiyyə işçilərinin işə götürülməsi və onların işlərinə nəzarətə dair Səhiyyə nazirliyinə geniş səlahiyyətlərin verilməsi imkanı barədə Azərbaycan rəsmilərinin fikirlərini əks etdirən məlumat (bənd 105);

- Vərəm xəstəliyindən əziyyət çəkən dustaqlar üçün Bakıda yerləşən 3 saylı Xüsusi tibb müəssisəsində psixoloqun işə götürülməsinə dair edilmiş inkişaf haqqında məlumat (bənd 122);

- Bakıdakı Mərkəzi İslahetmə Hospitalının və ümumilikdə bütün Azərbaycanda kiçik tibb işçi heyətinin xüsusi psixiatrik təlim keçməsi haqqında məlumat (bənd 127);

- xəstələrin tibbi sənədlərinin, onların məxviliyini qoruyan qaydada saxlanılmasına dair əmrin surəti (bənd 129).

5. CPT-nin vəzifəsinə aid digər aidiyyatı məsələlər

tövsiyyələr

- Azərbaycan rəsmiləri, həm idarə heyətinə, həm də əsas heyətə dustaqlardan qeyri-qanuni mənfəətin alınmasının və ya istənilməsinin yol verilməzliyi və bu halların ciddi sanksiyaların tətbiqinə səbəb olması haqqında açıq ismarıc göndərməlidir; və həmin ismarıc müvafiq şəkildə münasib intervalla dəfələrlə təkrarlanmalıdır (bənd 135);

- istintaq altında olan dustaqların prinsip etibarı ilə görüşlər keçirmək hüququnun olmasını təmin etmək üçün müvafiq normativ aktlara düzəlişlər edilməlidir. Müstəntiqin bu cür görüşlərə icazə verməsinə rədd cavabı istintaqın tələbatları ilə xüsusi əsaslandırılmalı, işlə əlaqəsi olmayan orqanın razılığını tələb etməli və müəyyən edilmiş müddət ərzində tətbiq edilməlidir (bənd 137);

- Bakıdakı 1 saylı və Gəncədəki 2 saylı İstintaq təcridxanalarında olan görüş yerləri genişləndirilməli və yaxşılaşdırılmalıdır. Məqsəd bütün dustaqlara, o cümlədən istintaq altında olan dustaqlara açıq şəraitdə görüşlər keçirmək imkanının yaradılmasından ibarətdir (bənd 138);

- 139-cü bənddə qeyd olunanları nəzərə alaraq, istintaq altında olan dustaqların yazışmasına aid olan müvafiq qayda və normativ aktlarda düzəlişlər edilməlidir (bənd 139);

- barəsində intizam tədbirləri seçilmiş bütün dustaqların, onların hüquqpozma törətməkdə şübhəli bilinmələri haqqında qərar qəbul etmiş orqan (şəxs) tərəfindən şəxsən dindirilmələrini təmin etmək üçün tədbirlərin görülməlidir (bənd 142);

- Azərbaycan rəsmiləri ölkə daxilində intizam kameralarına yerləşdirilmiş butun dustaqlara hər gün ən azı bir saat çöl gəzintisinin təklif edilməsini təmin etmək üçün tədbirlər görməlidir (bənd 145);

- bütün dustaqların, istər həbsxana sistemi çərçivəsində, istərsə də onun hüdudlarından kənarda yerləşən müvafiq rəsmilərə (o cümlədən İnsan hüquqları üzrə Avropa Məhkəməsinə və CPT-nin Prezidentinə) tam məxfi əsaslarla şikayət etmələrini təmin etmək üçün Azərbaycan rəsmiləri tədbirlər görməlidir. Lazım gəldikdə, müvafiq qaydalarda və normativ aktlarda diyişikliklər edilə bilər (bənd 147);

- Azərbaycan rəsmiləri Daxili İşlər Nazirliyinin heyətinin istintaq təcridxanalarında olmasını yenidən nəzərdən keçirmək üçün tədbirlər görməlidir. Daxili təhlükəsizlik və həbsxana vəzifələri, o cümlədən dustaqların kameralara yerləşdirilməsi, müstəsna olaraq, həbsxana müdiriyyətinin və heyətinin səlahiyyətinə aiddir (bənd 150);

- dustaqların daşınmasında istifadə olunan nəqliyyat vasitələrindəki vəziyyət, 152-ci bənddəki qeydlərə nəzər salaraq, yenidən nəzərdən keçirilməlidir. Nəzərdən keçirmə, dustaqların daşınması zamanı təqdim olunan vəziyyətə (məsələn, hər bir dustaq üçün sahəyə, işıqlandırmaya, havalandırmaya, sanitar vasitələrindən istifadəyə) və təhlükəsizlik tələblərinə ünvanlandırılmalıdır. Xüsusən də:

" QAZ 53 və ZİL 130 markalı avtomaşınlarda daşınan maksimum icazə verilmiş dustaqların sayı əhəmiyyətli dərəcədə azaldılmalı;

" QAZ 53 və ZİL 130 markalı avtomaşınlarda çox kiçik əlavə sahə dustaqların daşınması üçün artıq istifadə edilməlidir (bənd 153).

qeydlər

- Azərbaycan rəsmiləri həbsxana heyət üzvlərinin həm ilkin, həm də davam edən təlimi sahəsində öz səylərini daha da gücləndirməlidir (bənd 134);

- Azərbaycan rəsmiləri Bakıdakı 1 saylı və Gəncədəki 2 saylı İstintaq təcridxanalarında uzun müddətli görüşlər keçirmək üçün yerlərin ayrılması məqsədilə tədbirlər görməlidir (bənd 140);

məlumat sorğusu

- dustaqların, onlar barəsində təyin edilən hər hansı sanksiyadan yuxarı duran orqana şikayət etmək hüquqnun olmasını əks etdirən məlumat (bənd 142);

- Bakıdakı 1 saylı İstintaq təcridxanasında aparılmış yenidənqurma işlərinə intizam kameralarının genişləndirilməsinin daxil olub olmaması barədə məlumat (bənd 144);

- intizam kameralarındakı dustaqların gecə döşək və ədyallarla təmin edilməsi haqqında məlumat (bənd 144);

- həm Ədliyyə nazirliyinin Daxili Müfəttişliyi, həm də İnsan Hüquqları Müvəkkiliyinin penitensiar müəssisələrdə həyata keçirdikləri təftişin modallığı haqqında məlumat (bənd 148).

Keçidlər