X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev
Bölmələr

“Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulan aidiyyəti tədbirlərin icrası ilə bağlı



Ölkə iqtisadiyyatının rəqabət qabiliyyətliliyini və insan kapitalından istifadənin səmərəliliyi artırmaq, idxaldan asılılığı azaltmaq, gələcək iqtisadi inkişafı təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 16 mart 2016-cı il tarixli Sərəncamı ilə “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri” təsdiq edilmişdir. Bu sərəncama uyğun olaraq dövlət başçısının 06 dekabr 2016-cı il tarixli Fərmanı ilə müxtəlif istiqamət üzrə 12 Strateji Yol Xəritəsi təsdiq olunmuş, cari, orta və uzun müddətli dövr üçün milli iqtisadiyyatın inkişaf hədəfləri və istiqamətləri müəyyən edilmişdir.

Həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nin Tədbirlər Planınının “Ətraf mühitin qorunması, təbii resurslardan dayanıqlı istifadə və təbii amillərin kənd təsərrüfatına təsirlərinin idarə olunması” ilə bağlı 7-ci və “Kənd yerlərində məşğulluğun artırılması və əhalinin rifahının yüksəldilməsi” ilə bağlı 9-cu hədəfində bələdiyyələr üçün aşağıdakı tövsiyələr nəzərdə tutulmuşdur:

torpaqdan səmərəli istifadənin təmini və torpaqların rekultivasiyası üzrə tədbirlərin həyata keçirilməsi (7.3.2-ci bənd),
ekoloji təmiz məhsulların istehsalının təşviqi (7.4.2-ci bənd),
ekoloji təmiz məhsul istehsal edən fermerlərin formalaşdırılması (7.4.3-cü bənd),
ekoloji təmiz kənd təsərrüfatı məhsulları bazarının inkişaf etdirilməsi (7.4.4-cü bənd),
kənd yerlərinin kompleks inkişafı üzrə pilot layihələrin hazırlanması və icrası (9.1.1-ci bənd),
kənd turizminin və ekoturizmin inkişaf etdirilməsi (9.2.1-ci bənd),
qeyri-kənd təsərrüfatı istehsal sahələrinin inkişaf etdirilməsi (9.2.2-ci bənd),
kənd yerlərində xidmət sahələrinin inkişaf etdirilməsi (9.2.3-cü bənd),
kənd yerlərində qadınların və gənclərin məşğulluğunun artırılması (9.2.4-cü bənd),
yeni ailə qurmuş gənclərin mənzillə təminatının yaxşılaşdırılması (9.2.5-ci bənd),
kənd yerlərində icma səviyyəli gəlir gətirən sektorların təşviqi və dəstəklənməsi (9.3.2-ci bənd),
kəndin sosial-ictimai həyatında qadınların və gənclərin fəal iştirakının təmin edilməsi (9.3.3-cü bənd)

Azərbaycan Respublikasının Konstitusiyasına əsasən bələdiyyə iclaslarında yerli sosial müdafiə və sosial inkişaf, yerli iqtisadi inkişaf və ekoloji proqramlar və onların icrası ilə bağlı qərarlar qəbul edilir. Qeyd edilən proqramların əsas məqsədi dövlət tərəfindən həyata keçirilən proqramlarda nəzərdə tutulmayan və ya onlara əlavə olaraq yerli əhəmiyyətli sosial müdafiə və sosial inkişaf, iqtisadi inkişaf və ekoloji məsələlərin həll edilməsidir.

Yuxarıda qeyd edilənlərə əsasən bələdiyyələr “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq yerli sosial müdafiə və sosial inkişaf, o cümlədən əmək, məşğulluq, sosial təminat və digər yerli sosial məsələlər, həmçinin yerli iqtisadi inkişaf proqramlarının qəbulu və onların icrasını təmin etməlidirlər. Bu zaman “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə göstərilən aidiyyəti məsələlərin nəzərə alınması, o cümlədən qarşıya çıxan problemlərin həllinə kömək məqsədi ilə Bələdiyyələrlə iş mərkəzinə müraciət edilməsi tövsiyə olunur.

Keçidlər