X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün dövlət rüsumunun dərəcələri

Dövlət rüsumu tutulmalı olan hərəkətlər Dövlət rüsumunun məbləği
12.1. Nikahın qeydə alınması üçün: 5 manat
12.2. Nikahın pozulmasının qeydə alınması üçün:
12.2.1. yetkinlik yaşına çatmamış ümumi uşaqları olmayan ər-arvadın qarşılıqlı razılığı əsasında; 15 manat
12.2.2. məhkəmə qətnaməsi əsasında (qətnamədə dövlət rüsumunun tərəflərdən hansının ödəməli olduğu göstərilmədikdə, qeydiyyat üçün birinci müraciət etmiş tərəfdən); 15 manat
12.2.3. digər tərəf müəyyən edilmiş qaydada xəbərsiz itkin düşmüş, yaxud fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişsə, yaxud ən azı üç il müddətində azadlıqdan məhrum edilmiş şəxsdirsə. 2 manat
12.3. Soyadın, adın və ata adının dəyişdirilməsinin qeydə alınması üçün. 10 manat
12.4. Vətəndaşlıq vəziyyəti aktlarının qeydlərində dəyişikliklərin, düzəlişlərin və əlavələrin edilməsi və onların bərpası ilə əlaqədar şəhadətnamələrin verilməsi üçün.. 2 manat
12.5. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması barədə təkrar şəhadətnamələrin verilməsi üçün. 2 manat

Maddə 13. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması üçün dövlət rüsumunun ödənilməsindən azadolmalar

Doğumun, ölümün, övladlığa götürülmənin və atalığın (analığın) müəyyən edilməsinin qeydə alınması və bu barədə ilkin şəhadətnamələrin verilməsi üçün dövlət rüsumu ödənilmir.

Keçidlər