X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidməti

Qanunvericiliyə müvafiq olaraq vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitabları iki nüsxədə aparılır, birinci nüsxə rayon (şəhər) qeydiyyat şöbələrində saxlanılır. Onların məhv olma ehtimalı nəzərə alınaraq gələcəkdə zəruri məlumatların əldə olunmasını təmin etmək məqsədilə bu akt qeydlərinin ikinci nüsxələri 75 il saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinə təhvil verilir.

Hazırda Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətində 20 milyona yaxın vətəndaşlıq vəziyyəti akt qeydlərinin ikinci nüsxələri saxlanılır.

Respublika Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin vəzifələri:

  • ərizə ilə müraciət etmiş şəxslərə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında təkrar şəhadətnamələr və müvafiq arayışlar verir;
  • 75 illik saxlanma müddəti bitdikdən sonra akt qeydlərinin ikinci nüsxələrini Baş Arxiv İdarəsinə təhvil verir;
  • Rayon (şəhər) qeydiyyat şöbələrində vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinin birinci nüsxələrində edilmiş dəyişiklik və düzəlişlərlə əlaqədar bu orqanlardan daxil olmuş bildirişlər əsasında akt qeydlərinin arxivdə saxlanılan ikinci nüsxələrinə düzəlişlər aparır;
  • Rayon(şəhər) qeydiyyat şöbələrinin statistik hesabatlarını qəbul edir və onları ümumiləşdirir;
  • Adın, soyadın və ata adının dəyişdirilməsi barədə vətəndaşların vəsatətlərinə baxır;
  • Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədilə müxtəlif dövlətlərin səlahiyyətli orqanlarından və Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəliklərindən təkrar şəhadətnamələrin istənilməsi barədə daxil olan sorğular əsasında araşdırmalar aparır, rayon (şəhər) qeydiyyat şöbələrindən zəruri məlumatlar, arayışlar, digər sənədlər tələb edir və onların aidiyyəti üzrə göndərilməsini təmin edir;
  • Respublikanın rayon (şəhər) qeydiyyat şöbələrini və onların vasitəsilə icra hakimiyyətinin nümayəndəliklərini, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi vasitəsilə isə Konsulluq idarələrini vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında şəhadətnamələrlə təmin edir, həmin şəhadətnamələrin uçotunu aparır;
  • Rayon (şəhər) qeydiyyat şöbələrində vətəndaşlıq vəziyyəti akt qeydlərinin nüsxələrinin saxlanılması vəziyyətini öyrənir, bu orqanlarda yoxlamanın həyata keçirilməsində iştirak edir;
  • Xarici dövlətdə nikahın bağlanması məqsədilə Azərbaycan Respublikasında nikah akt qeydinin aşkar edilib-edilməməsi barədə arayışlar verir.

 

Telefon: (+99412) 404-42-44; (+99412) 404-42-07
İş günləri: I-II-III-IV-V;
İş vaxtı: 09:00-18:00
Fasilə: 13:00-14:00
İstirahət günləri: VI-VII

Keçidlər