X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Notariusların hüquq və vəzifələri haqqında

Notarius nəzərdə tutulmuş aşağıdakı hüquq və vəzifələrə malikdir.

Notariusun hüquqları:

  • əqdlərin və etibarnamələrin təsdiq edir;
  • miras əmlakın mühafizə olunması üçün tədbirlər görür;
  • vərəsəlik hüququ haqqında şəhadətnamələr verir;
  • ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnamələr verir;
  • yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr verir;
  • sənədlərin surətlərinin və sənədlərdən çıxarışların düzgünlüyünün təsdiq edir;
  • sənədlərdəki imzaların həqiqiliyinin təsdiq edir;
  • sənədlərin bir dildən başqa dilə tərcüməsinin düzgünlüyünün təsdiq edir;
  • şəxsin sağ olması faktının təsdiq edir;
  • şəxsin müəyyən yerdə olması faktının təsdiq edir;
  • şəxslə fotoşəkildəki şəxsin eyniliyinin təsdiq edir;
  • sənədlərin təqdim olunduğu vaxtın təsdiq edir;
  • fiziki və hüquqi şəxslərin ərizələrinin başqa fiziki və hüquqi şəxslərə verir;
  • öhdəliyin icra predmetinin saxlanmağa, pul məbləğlərinin, qiymətli kağızların və vəsiyyətnamələrin depozitə qəbul edir;
  • icra qeydlərinin aparır;
  • veksellərə protestlərin tərtib edir;
  • çeklərin ödənilmək üçün təqdim edilməsi və çeklərin ödənilmədiyinin təsdiq edir;
  • sənədlərin saxlanmaq üçün qəbul edir;
  • dəniz protestlərinin tərtib edir;
  • sübutları təmin edir.

Habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə notariusa digər hüquqlarda verilə bilər.

Notariusun vəzifələri:

  • fiziki və hüquqi şəxslərə aparılan notariat hərəkətləri ilə bağlı onların hüquq və vəzifələrinin izah edilməsi, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün kömək göstərməlidir;
  • hüquqi məlumatsızlığın onlara vura biləcəyi ziyanın qarşısını almaq üçün notariat hərəkətlərinin aparılmasının nəticələri barədə onlara xəbərdarlıq etməlidir;
  • Notariat haqqında Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına əməl etməsi, peşə fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar ona məlum olan məlumatların gizli saxlamalıdır.

Keçidlər