X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətə görə tutulan haqqın məbləği

«Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə əsasən dövlət notariusları əqdlərin və etibarnamələrin təsdiqi ilə əlaqədar göstərilən xidmətə (məsləhətlərin verilməsi, əqdlərin, ərizələrin və digər sənədlərin layihələrinin tərtib edilməsi, texniki işlərin yerinə yetirilməsi), sənədlərin surətlərinin və sənədlərdən çıxarışların düzgünlüyünün, sənədlərin bir dildən başqa dilə tərcüməsinin düzgünlüyünün təsdiqi ilə əlaqədar göstərilən xidmətə (texniki işlərin yerinə yetirilməsi) görə aşağıdakı məbləğdə haqq tuturlar.

Haqq tutulmalı olan hərəkətlər Haqqın məbləği
1. Daşınmaz əmlakın (torpaq sahələri və torpaqla möhkəm bağlı olub təyinatına tənasübsüz (hədsiz) zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan bütün əşyalar, o cümlədən binalar, qurğular, yaşayış və qeyri-yaşayış sahələri, əmlak kompleksi kimi müəssisələr) və ya mülkiyyətində daşınmaz əmlak olan müəssisədəki payın özgəninkiləşdirilməsi və yaşayış sahələrinin müvəqqəti istifadəyə verilməsi barədə müqavilələrin təsdiqi üçün:  
1.1. müqavilə üzrə əmlak ərin (arvadın), uşaqların, valideynlərin, babanın, nənənin, nəvənin, qardaşın, bacının mülkiyyətinə keçirsə

3,00 manat

1.2. müqavilə üzrə əmlak başqa şəxslərin mülkiyyətinə keçirsə;  
- Bakı şəhərində;

30,00 manat

- digər şəhər və rayonlarda;

12,00 manat

1.3. yaşayış sahələrinin müvəqqəti istifadəyə verilməsi üçün.

3,00 manat

2. Nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi müqavilələrinin təsdiqi üçün:  
2.1. müqavilə üzrə əmlak ərin (arvadın), uşaqların, valideynlərin, babanın, nənənin, nəvənin, qardaşın, bacının mülkiyyətinə keçirsə

3,75 manat

2.2. müqavilə üzrə əmlak digər şəxsin mülkiyyətinə keçirsə

7,5 manat

3. Yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin müddətsiz istifadəyə verilməsi haqqında müqavilələrin təsdiqi üçün:  
3.1. müqavilə üzrə istifadə hüququ ərə (arvada), uşaqlara, valideynlərə, babaya, nənəyə, nəvəyə, qardaşa, bacıya keçirsə;

1,50 manat

3.2. müqavilə üzrə istifadə hüququ digər şəxsə keçirsə.

2,25 manat

4. Kredit müqavilələrinin təminatı kimi bağlanılan girov (ipoteka) müqavilələri üzrə:  
4.1. dəyəri 2000 manatadək;

0,75 manat

4.2. dəyəri 2000 manatdan 5000 manatadək;

3,00 manat

4.3. dəyəri 5000 manatdan çox olduqda.

4,50 manat

5. İpoteka krediti hesabına alınan yaşayış sahəsinə dair qarışıq müqavilə formasında bağlanan alğı-satqı və ipoteka müqaviləsinin təsdiqi üçün:  
5.1. Bakı şəhərində;

16,5 manat

5.2. digər şəhər və rayonlarda.

6,6 manat

6. Qanunvericilikdə nəzərdə tutulmuş güzəştli ipoteka krediti hesabına alınan yaşayış sahəsinə dair qarışıq müqavilə formasında bağlanan alğı-satqı və ipoteka müqaviləsinin təsdiqi üçün:  
6.1. Bakı şəhərində;

8,25 manat

6.2. digər şəhər və rayonlarda.

3,3 manat

7. Qiymətləndirilən başqa müqavilələrin təsdiqi üçün:  
7.1. tərəflər ər (arvad), uşaqlar, valideynlər, baba, nənə, nəvə, qardaş, bacıdan ibarətdirsə;

1,50 manat

7.2. tərəflərdən biri kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki və ya hüquqi şəxsdirsə;

1,50 manat

7.3. tərəflər digər şəxslərdirsə.

12,00 manat

8. Əmlak bölgüsü, zaminlik, təsis və başqa qiymətləndirilməyən müqavilələrin, əvvəllər bağlanmış müqavilələrin ləğvi barədə sazişin təsdiqi üçün:  
8.1. tərəflər ər (arvad), uşaqlar, valideynlər, baba, nənə, nəvə, qardaş, bacıdan ibarətdirsə;

1,50 manat

8.2. tərəflər digər şəxslərdirsə.

3,00 manat

9. Nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi və ona sərəncam verilməsi ilə bağlı verilən etibarnamələrin təsdiqi üçün:  
9.1. etibarnamə ərə (arvada), uşaqlara, valideynlərə, babaya, nənəyə, nəvəyə, qardaşa, bacıya verilərsə;

1,50 manat

9.2. etibarnamə digər şəxslərə verilərsə.

3,00 manat

10. Nəqliyyat vasitələrindən istifadə edilməsi və başqa etibarnamələrin təsdiqi üçün:  
10.1. etibarnamə ərə (arvada), uşaqlara, valideynlərə, babaya, nənəyə, nəvəyə, qardaşa, bacıya verilirsə;

0,75 manat

10.2. etibarnamə digər şəxslərə verilirsə.

1,50 manat

11. Vəsiyyətnamələrin təsdiqi üçün.

1,50 manat

12. Sənədlərin bir dildən başqa dilə tərcüməsinin düzgünlüyünün təsdiqi (hər səhifəyə görə), sənədlərdən surət və çıxarışların düzgünlüyünün təsdiqi

2 manat və sənədlərdən surət və çıxarışların düzgünlüyünün təsdiqi üçün hər səhifəyə görə əlavə 0,50 manat

«Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununa görə notariat hərəkətlərinin aparılması üzrə dövlət rüsumunun ödənilməsindən azadolmalar tətbiq edilən hallarda notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətə görə haqq tutulmur.

Keçidlər