X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Ədliyyə Nazirliyində görüş

İyulun 6-da ədliyyə nazirinin müavini Toğrul Musayev ölkəmizdə səfərdə olan Avropa Şurasının "Milli azlıqların müdafiəsi haqqında" Çərçivə Konvensiyası üzrə Məşvərətçi Komitənin nümayəndə heyəti ilə görüşüb.

Nazir müavini yüksək tolerantlıq və multikulturalizm dəyərlərinə malik olan ölkəmizdə heç bir ayrı-seçkiliyə yol verilmədən bütün vətəndaşların hüquq və azadlıqlarının bərabərliyinin təmin edildiyini vurğulayıb, dövlətimizin prioritetlərindən biri olan milli azlıqların hüquqlarının müdafiəsi ilə bağlı qanunvericilik və institusional tədbirlər barədə məlumat verib.

Səfər zamanı Azərbaycanda millətlərin dinc və sabitlik şəraitində yaşadıqlarını müşahidə etdiklərini söyləyən nümayəndə heyəti ilə Çərçivə Konvensiyası üzrə ölkəmizin üzərinə götürdüyü öhdəliklərin icrası ilə bağlı təqdim olunmuş hesabat barədə fikir mübadiləsi aparılıb, ekspertləri maraqlandıran suallara aydınlıq gətirilib.

Söhbət zamanı qonaqların diqqəti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin acı həqiqətlərinə cəlb olunaraq bu günlərdə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisinə qarşı hərbi təxribatı nəticəsində azyaşlı Zəhra Quliyevanın və nənəsi Sahibə Quliyevanın qətlə yetirildiyi, daha bir mülki şəxsin ağır yaralandığı vurğulanıb və bildirilib ki, beynəlxalq birlik Ermənistanın işğalçılıq və terror siyasətinə son qoymaq üçün təsirli tədbirlər görməli, dinc sakinlərin, xüsusilə qadın və uşaqların qəddarcasına qətlə yetirilməsinə laqeyd və susqun münasibət bəsləməməlidir.

Keçidlər