X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Ədliyyə Nazirliyində görüş

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) Yaxın Şərqdə qərar vermə prosesində qadınların gücləndirilməsi ilə bağlı həyata keçirdiyi layihə çərçivəsində yerli özünüidarəetmə fəaliyyəti və bu sahədə qadınların iştirakına dair Azərbaycanın təcrübəsi ilə tanış olmaq məqsədilə ölkəmizdə səfərdə olan Fələstin Dövlətinin Yerli Hökumət nazirinin müavini Məhəmməd Əl-Cabarinin başçılıq etdiyi nümayəndə heyəti ilə iyunun 29-da ədliyyə nazirinin müavini Vilayət Zahirovun görüşü olub.

Görüşdə Azərbaycan və Fələstin arasında münasibətlərin səviyyəsindən məmnunluq ifadə olunub, bu əlaqələrin inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğu bildirilib, hər iki ölkədə yerli hökumətin inkişafı, bələdiyyə institutlarının fəaliyyəti, qadınların bələdiyyə idarəçiliyində iştirakı barədə faydalı fikir və təcrübə mübadiləsi aparılıb.

Nazir müavini V.Zahirov ölkəmizdə bələdiyyə institutunun formalaşdırılması və inkişafı istiqamətində mühüm addımların atıldığını, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə yerli özünüidarəetmə sahəsində aparılan qanunvericilik və institusional islahatlar nəticəsində bələdiyyələrin fəaliyyətinin təkmilləşdiyini, bələdiyyə assosiasiyalarının yaradıldığını, bələdiyyələrdə qadınların təmsilçiliyini, onların yerli əhəmiyyətli məsələlərin həllində iştirakını vurğulayıb, bu sahədə GİZ ilə əməkdaşlığı qeyd edib.

Həmçinin bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsində, onlara metodiki yardımın göstərilməsində, bələdiyyə nümayəndələrinin maarifləndirilməsində Ədliyyə Nazirliyinin fəaliyyəti barədə qonaqlara geniş məlumat verilib.

Azərbaycana ilk dəfə səfər etmələrindən məmnunluğunu ifadə edən qonaqlar ölkəmizin iqtisadi, mədəni və infrastruktur baxımından inkişafının şahidi olduqlarını söyləyib, yerli özünüidarə sahəsində Azərbaycanın təcrübəsinin öyrənilməsində maraqlı olquqlarını qeyd ediblər. Məhəmməd Əl-Cabarin Fələstində bələdiyyə institutunun fəaliyyətindən, qadınların bu sahədə aktiv iştirakının təmin olunmasından bəhs edib, ölkələrimiz arasında əlaqələrin genişləndirilməsinə hazır olduğunu vurğulayıb.

Söhbət zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında faydalı fikir və təcrübə mübadiləsi aparılıb.

Qonaqlar nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olublar.

Keçidlər