X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Azərbaycan ədliyyəsinin 100 illik yubileyi münasibətilə ağacəkmə aksiyası keçirilib

Ədliyyə Nazirliyi tərəfindən Azərbaycan ədliyyəsinin 100 illik yubileyi münasibətilə təşkil olunan silsilə tədbirlər çərçivəsində noyabrın 3-də ağacəkmə kampaniyası keçirilib.

Qeyd olunmalıdır ki, ulu öndər Heydər Əliyevin müəyyən etdiyi ekoloji siyasət ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilir. Dövlət başçısının ekoloji vəziyyətin yaxşılaşdırılması, yaşıllıqların salınması ilə bağlı tapşırıqlarına uyğun olaraq ardıcıl tədbirlər görülür. Ölkə Prezidentinin təşəbbüsü ilə 2010-cu ilin "Ekologiya ili" elan edilməsi, habelə son dövrlər davamlı olaraq genişmiqyaslı ağacəkmə aksiyalarının keçirilməsi ətraf mühitin qorunmasına və yaşıllaşdırmaya xidmət edir.

Ədliyyə Nazirliyi tərəfindən ağacəkmə aksiyalarına fəal qoşularaq ətraf mühitin yaşıllıq zonasına çevrilməsi, vətəndaşların sağlam həyatının təmin olunması məqsədilə nazirliyin Penitensiar xidmətinin Binə qəsəbəsində yerləşən cəzaçəkmə müəssisələrinin ətraf ərazilərində ağacəkmə aksiyası və genişmiqyaslı abadlıq işləri təşkil edilib.

Nazirliyin, o cümlədən Penitensiar xidmət rəhbərliyinin və məsul şəxslərinin, ədliyyə işçilərinin iştirak etdiyi aksiyada 6 hektar ərazidə üç mindən çox müxtəlif növ ağac əkilib, təmizlik və abadlıq işləri aparılıb.

Yubiley ərəfəsində həmçinin paytaxtın Binəqədi, eləcə də Zaqatala rayonlarında inşası başa çatmış yeni məhkəmə binalarının ətrafı abadlaşdırılıb, yaşıllıq zolaqları salınıb, digər bölgələrdə də regional ədliyyə idarələri və məhkəmələr tərəfindən ağacəkmə kampaniyaları təşkil edilib.

Keçidlər