X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev
Bölmələr

Ədliyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

Ədliyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

Ədliyyə Nazirliyinin İxtisas Komissiyası bildirir ki, bəzi bölgələrdə yaradılması nəzərdə tutulmuş yeni "ASAN xidmət" mərkəzlərində təşkil olunacaq notariat ofislərində, habelə hazırda Şirvan şəhəri, Beyləqan, Xaçmaz, Lənkəran, Salyan, Yevlax rayonlarında vakant olan notarius vəzifələri üzrə keçirilmiş test imtahanında uğur qazanmış 23 namizədlə qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə fərdi qaydada müsahibə aparılıb. İxtisas Komissiyası tərəfindən müsahibənin nəticələrinə əsasən ən yüksək bal toplamış 10 namizədin Ədliyyə Akademiyasında icbari təlimə cəlb olunması barədə qərar qəbul edilib.

Müsahibənin nəticələrinə görə uğur qazanmış namizədlərin siyahısı:

1. Gülməmmədova Nərmin Kamal qızı

2. Haqverdiyev Rəşad Fərhad oğlu

3. Həsənov Ramil Əliş oğlu

4. Həşimova İlahə Tahir qızı

5. Məmmədov Süleyman Nəriman oğlu

6. Salehov Ayaz Mirməhəmməd oğlu

7. Sarıyev Rauf Həsən oğlu

8. Səfərli Səfər Həkimxan oğlu

9. Səlim-zadə Rzabəy Elşən oğlu

10.Səmədov Xətai Hacı oğlu

Siyahıda adları göstərilən namizədlər yanvar ayının 28-də saat 09.00-da Ədliyyə Akademiyasında olmalıdırlar. Ünvan: Bakı şəhəri, Vidadi küçəsi, 158, telefon 493-71-31. Bildiririk ki, “Notariat fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə şəhadətnamə almaq üçün imtahanın və müsahibələrin keçirilməsi Qaydası”nın tələblərinə uyğun olaraq icbari təlimin yekunları üzrə qiymətləndirmədən müvəffəqiyyətlə keçənlərə şəhadətnamənin verilməsi məsələsinə baxılacaqdır.

Əlavə məlumatları nazirliyin Qeydiyyat və notariat baş idarəsindən (Bakı şəhəri, Azadlıq prospekti 72), habelə 404-42-28, 404-42-29 nömrəli əlaqə telefonları vasitəsilə əldə etmək mümkündür.

Keçidlər