X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı sənəd qəbulu may ayının 1-də başa çatır

Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyası bildirir ki, kadr korpusunun şəffaf üsullarla yüksək hazırlıqlı və zəruri peşə keyfiyyətlərinə malik yeni nəsil gənc mütəxəssislərlə komplektləşdirilməsi məqsədilə mart ayının 10-dan etibarən elan olunmuş növbəti müsabiqədə iştirakla bağlı 600-dən çox namizəd ərizə təqdim etmişdir.

Komissiya tərəfindən ərizə qəbulunun may ayının 1-də başa çatdırılması və müsabiqədə iştirak edən hüquqşünaslar üçün test imtahanına və söhbət mərhələsinə mükəmməl hazırlaşmalarına və yüksək nəticələr əldə etmələrinə köməklik məqsədilə Nazirliyin Ədliyyə Akademiyasında hazırlıq kursunun başlanılması qərara alınmışdır.

Xatırladılır ki, müsabiqənin birinci mərhələsində - test imtahanında iştirak üçün namizədin Nazirliyə internet səhifəsindən müvafiq elektron ərizə ünvanlaması kifayətdir. Ərizələr poçt vasitəsilə də göndərilə bilər.

İmtahana hazırlıqla bağlı "Yaddaş kitabçası" Nazirliyin internet səhifəsində "Qulluğa qəbul" bölməsində və namizədlərin elektron kabinetlərində yerləşdirilmişdir, habelə bu sənədlər Nazirliyə və yerli ədliyyə qurumlarına müraciət edənlərə təqdim olunur.

Test imtahanının vaxtı, yeri və digər məsələlər barədə məlumat veriləcəkdir.

İmtahanlara hazırlıq kursunda iştirak etmək istəyən namizədlər birbaşa Nazirliyin Ədliyyə Akademiyasına müraciət edə bilərlər (ünvan: Bakı şəhəri, Vidadi küçəsi 158, telefon: (012) 493-71-31).

Nazirliyin internet səhifəsindən, eləcə də (012) 538-01-62, 537-05-90 nömrəli telefonlar vasitəsilə bütün suallarla bağlı operativ informasiya almaq olar.

Keçidlər