X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı test imtahanı və söhbət mərhələsində sualların hazırlanmasında istifadə olunan normativ hüquqi aktlar

Azərbaycan Respublikasının Konstitusiyası;

- "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanunu;

- "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikasının Qanunu;

- "İcra məmurları haqqında" Azərbaycan Respublikasının Qanunu;

- "İcra haqqında" Azərbaycan Respublikasının Qanunu;

- "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu;

- "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" Azərbaycan Respublikasının Qanunu;

- "Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu;

- "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Azərbaycan Respublikasının Qanunu;

- "Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunu;

- "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu;

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə;

- "Ədliyyə orqanlarının inkişafı haqqında" Azərbaycan Respublikası Prezidentinin 17.08.2006-cı il tarixli Fərmanı;

Hüquqi aktların Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi qaydaları haqqında Əsasnamə;

"İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 24.08.2002-ci il tarixli Fərmanı ;

- Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri barədə Azərbaycan Respublikası Prezidentinin 13.04.2010-cu il və 15.02.2011-ci il tarixli fərmanları;

Mülki Məcəllədə fiziki şəxsin anlayışı, mülki hüquq və fəaliyyət qabiliyyəti, hüquqi şəxsin anlayışı, növləri, hüquq qabiliyyəti, onun yaradılması və ləğvi ilə bağlı müddəalar;

Cinayət Məcəlləsində cinayətin anlayışı və təsnifatı, cəzanın anlayışı və növləri, cinayət məsuliyyətindən və cəzadan azad etmə ilə bağlı müddəalar;

Cinayət-Prosessual Məcəllədə cinayət təqibi, cinayət təqibi üzrə icraatın aparılması, prosessual məcburiyyət tədbirləri, cinayət təqibi üzrə məhkəməyədək icraat, hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası qaydasında icraat ilə bağlı müddəalar;

Cəzaların İcrası Məcəlləsində məhkumun cəmiyyətdən təcrid edilməsi ilə əlaqədar olmayan cəzaların icrası, şərti məhkum edilmiş şəxslərin hüquq və vəzifələri, onların üzərində nəzarətin həyata keçirilməsi ilə bağlı müddəalar;

Ailə Məcəlləsində nikahın bağlanması və ona xitam verilməsi, ər-arvadın hüquq və vəzifələri, ailə üzvlərinin aliment öhdəlikləri, vətəndaşlıq vəziyyəti aktları ilə bağlı müddəalar;

İnzibati Xətalar Məcəlləsində inzibati məsuliyyət, inzibati xətalara görə tətbiq edilən tənbeh növləri və onların tətbiqi qaydaları, Ədliyyə Nazirliyi tərəfindən baxılan inzibati xətalar üzrə işlərlə bağlı icraata dair müddəalar;

"İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununda əsas anlayışların mahiyyəti, qanunun tətbiqi dairəsi, inzibati icraatın başlanılması üçün əsaslar, inzibati aktlar və onların icra edilməsi ilə bağlı müddəalar;

"Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanunundakorrupsiyanın anlayışı, qarşısının alınması üzrə tələblər və məhdudiyyətlər, bu hüquqpozmaların subyektləri və onların məsuliyyəti ilə bağlı müddəalar;

"Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının Qanununda Ədliyyə Nazirliyi ilə bağlı müddəalar;

"Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 27.12.2011-ci il tarixli Sərəncamının mahiyyəti, məqsədləri və həmin sənədə əsasən Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilməli olan tədbirlər ilə bağlı müddəalar

"Açıq Hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 27.04.2016-cı il tarixli Sərəncamının mahiyyəti, məqsədləri və həmin sənədə əsasən Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilməli olan tədbirlər ilə bağlı müddəalar;

"ASAN xidmət" mərkəzlərinin yaradılması, fəaliyyətinin təşkili və xidmətlərin göstərilməsi qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 13.07.2012-ci il və 05.09.2012-ci il tarixli fərmanlarında mərkəzlərdə ədliyyə orqanları tərəfindən göstərilən xidmətlər və bu xidmətlərin təşkili ilə bağlı müddəalar;

- "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunundavətəndaşların müraciət etmək hüququ, formaları, dövlət orqanlarının bu sahədə vəzifələri, vətəndaşların qəbul edilməsi, müraciətlərə baxılması qaydası və müddətləri ilə bağlı müddəalar;

"Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 23.05.2011-ci il tarixli Fərmanında Ədliyyə Nazirliyi qarşısında qoyulan vəzifələrlə bağlı müddəalar.

"Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 10.02.2017-ci il tarixli Sərəncamı.

Keçidlər