X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Tərcümeyi-hal

Fikrət Fərrux oğlu Məmmədov 1955-ci ildə Bakı şəhərində anadan olmuşdur.

O, 1977-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin hüquq fakültəsini, 1989-cu ildə BAPM-ni bitirmişdir. Əmək fəaliyyətinə 1977-ci ildə rayon prokurorunun köməkçisi kimi başlamış, Bakı şəhər prokurorluğunda şöbə prokuroru, respublika prokurorluğunda böyük prokuror və Təşkilat-nəzarət şöbəsinin rəisi vəzifələrində işləmiş, həmin vəzifədən Azərbaycan KP MK İnzibati orqanlar şöbəsində hüquq mühafizə orqanları ilə iş üzrə təlimatçı vəzifəsinə keçirilmişdir. Sonralar respublika Baş prokurorluğu Hüquqi təminat idarəsinin rəisi, Sumqayıt şəhər prokuroru, 1994-2000-ci illərdə Baş prokurorun müavini olmuş, 2000-ci ilin aprel ayından Azərbaycan Respublikasının Ədliyyə Naziri təyin edilmişdir. 2005-ci ilin fevral ayından Məhkəmə-Hüquq Şurasının sədri seçilmişdir. 2005-ci ildən Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın üzvüdür.

Azərbaycan Respublikası ədliyyə orqanlarının inkişafında xidmətlərinə görə respublika Prezidentinin 30 iyun 2005-ci il tarixli Sərəncamı ilə "Şöhrət" ordeni, 30 iyun 2015-ci il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilmiş, məhkəmə-hüquq islahatlarının həyata keçirilməsi üzrə səmərəli fəaliyyətinə və Məhkəmə-Hüquq Şurasının işinə əhəmiyyətli töhfəsinə görə ölkə başçısının 21 noyabr 2008-ci il tarixli Sərəncamı ilə «Azərbaycan Respublikasının əməkdar hüquqşünası» fəxri adına layiq bilinmişdir.

I dərəcəli dövlət ədliyyə müşaviri, Prokurorluğun fəxri işçisidir. Beynəlxalq Prokurorlar Assosiasiyasının senatoru və fəxri üzvüdür. 2006-cı ilin oktyabr ayında Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının vitse-prezidenti seçilib.

Xarici nəşrlərdə bir sıra dərcləri var, ingilis dilində sərbəst danışır.

Evlidir, 4 övladı var.

Tel: (+994 12) 510 10 01 (2102) 
Faks: (+994 12) 493 76 11

E-mail: international@justice.gov.az

Keçidlər