X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Tərcümeyi-hal

Ceyhun Əkbər oğlu Həsənov 05.12.1962-ci il tarixdə Salyan rayonunda anadan olmuşdur.

1981-1983-cü illərdə Silahlı Qüvvələrin sıralarında hərbi xidmət keçmişdir.

1994-cü ildə Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Polis Akademiyasını bitirmişdir.

1984-2004-cü illərdə daxili işlər orqanlarında müxtəlif məsul və rəhbər vəzifələrdə çalışmışdır.

2004-2016-cı illərdə Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis idarəsinin rəisi vəzifəsində işləmişdir.

10.06.2016-cı il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirinin müavini - Penitensiar xidmətin rəisi vəzifəsinə təyin olunmuşdur.

Daxili işlər orqanlarında uzun illər ərzində qüsursuz xidmətinə görə Daxili İşlər naziri tərəfindən dəfələrlə müxtəlif təltiflərə layiq görülmüşdür.

Qanunçuluğun qorunmasında, cinayətkarlıqla mübarizədə igidlik və şücaət göstərdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 01.07.2009-cu il tarixli 364 saylı Sərəncamı ilə “İgidliyə” görə medalı ilə təltif olunmuşdur.

Ailəlidir, 3 övladı var.

Keçidlər