X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev
Bölmələr

Səudiyyə Ərəbistanı ilə uğurlu əməkdaşlıq edilir

04.02.2019

Ölkəmizdə İslam və ərəb dünyası ilə ikitərəfli münasibətlərin inkişafına xüsusi əhəmiyyət verilir, Səudiyyə Ərəbistanı Krallığı ilə müxtəlif, o cümlədən hüquqi sahədə səmərəli əməkdaşlıq edilir, bu ölkənin hüquqşünaslarından ibarət geniş nümayəndə heyətləri Azərbaycana səfərlər edib, məhkəmə-hüquq islahatlarımıza və müsbət təcrübəmizə maraq göstərilib, həmçinin Krallığın ədliyyə naziri müavininin ötən il respublikamıza səfəri zamanı iki nazirlik arasında əməkdaşlıq haqqında hazırlanmış Anlaşma Memorandumunun layihəsi razılaşdırılıb...

Ətraflı

Beynəlxalq antikorrupsiya fəaliyyətində Azərbaycan mühüm rol oynayır

25.01.2019

Dövlət başçısı cənab İlham Əliyevin siyasi iradəsi ilə respublikamızda korrupsiyaya qarşı sərt mübarizə aparılmaqla bu sahədə beynəlxalq əməkdaşlığa mühüm əhəmiyyət verilir, ölkəmiz Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının (IAACA) təşkilatçılarından biri kimi onun işində daim fəal iştirak edir...

Ətraflı

Ölkəmiz beynəlxalq antikorrupsiya hərəkatının fəal üzvüdür

10.12.2018

Dövlət başçısı cənab İlham Əliyevin siyasi iradəsi ilə respublikamızda korrupsiyaya qarşı sərt mübarizə aparılmaqla bu sahədə beynəlxalq əməkdaşlığa mühüm əhəmiyyət verilir. Ölkəmiz 140 dövləti birləşdirən Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının (IAACA) təşkilatçılarından biri kimi onun işində daim fəal iştirak edir...

Ətraflı

Hakimliyə namizədlər Avropa Məhkəməsində təcrübə keçiblər

11.12.2017

Ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə görülən tədbirlər çərçivəsində hakimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsinə mühüm əhəmiyyət verilir. Bu sahədə ölkə başçısı cənab İlham Əliyevin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi ilə bağlı tapşırıqlarının icrası xüsusi diqqət mərkəzində saxlanılır...

Ətraflı

Azərbaycan və Latviya arasında hüquqi əməkdaşlıq genişlənir

18.10.2017

Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan mütərəqqi hüquqi islahatlar çərçivəsində Ədliyyə Nazirliyi tərəfindən beynəlxalq hüquqi əməkdaşlığın genişləndirilməsinə böyük önəm verilir, 30-dan artıq xarici ölkələrin, o cümlədən Avropa İttifaqı dövlətlərinin Ədliyyə nazirlikləri ilə ikitərəfli sazişlər imzalanaraq səmərəli əməkdaşlıq edilir, nümayəndə heyətlərinin mübadiləsi aparılır, qarşılıqlı müsbət təcrübələr öyrənilir...

Ətraflı
Keçidlər