Metodik vəsaitlərdən istifadə barədə

Məlum olduğu kimi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrin maarifləndirilməsi istiqamətində hər il davamlı olaraq silsilə tədbirlər (tədris kursları, təlimlər, seminarlar v.s.) keçirilir. Bu tədbirlər müxtəlif mövzularda və formalarda təşkil olunmaqla, bələdiyyə üzvləri və qulluqçularının böyük hissəsini əhatə edir.

Bununla yanaşı, bələdiyyələr üçün hüququn ayrı-ayrı sahələri üzrə çoxsaylı metodik vəsaitlər də hazırlanmış və bələdiyyələrin istifadəsinə verilmişdir. Hüquq maarifçiliyi yönündə görülən işlər sırasında metodoloji yardımın göstərilməsi çox səmərəli üsullardan biri hesab olunur. Çunki, bu vəsaitlər uzunmüddət üçün nəzərdə tutulur və daha praktik olur. Bələdiyyə üzvləri və ya qulluqçularının dəyişməsi bu vəsaitlərdən istifadə imkanını aradan qaldırmır.

Metodik vəsaitlərdən istifadəni asanlaşdırmaq və daha səmərəli etmək məqsədi ilə onların bir çoxu mətbəə üsulu ilə çap edilərək bələdiyyələrə göndərilmişdir. Bu kitabların hazırlanması xeyli əmək və maliyyə məsrəfləri tələb edir. Buna görə də, bu tip vəsaitlər (kitablar) inventar kimi bələdiyyənin balansına salınmalıdır. Bu, həmin kitabların bələdiyyələrdə etibarlı saxlanılmasını və uzunmüddətli istifadəsini təmin etməyə kömək edir.

Bələdiyyələrə göndərilmiş metodik vəsaitlərin saxlanılması təmin olunmaqla yanaşı, bələdiyyə üzvləri və qulluqçuları tərəfindən onların davamlı olaraq öyrənilməsi də təşkil edilməlidir. Hər bir bələdiyyədə bu elə qurulmalıdır ki, tədris-maarifçilik işləri ardıcıl olaraq davam etsin.

Məlumat üçün qeyd olunur ki, hazırlanmış metodik vəsaitlərin, habelə məqalələrin böyük bir qismi Ədliyyə Nazirliyinin rəsmi internet (www.justice.gov.azBələdiyyə fəaliyyəti bölməsi”) səhifəsində də yerləşdirilmişdir. Həmin saytda “Yerli turizmin təşkilində bələdiyyələrin iştirakı”, “Bələdiyyələrdə arxiv işinin təşkilinə dair normativ hüquqi aktlar toplusu”, “Bələdiyyələrdə maliyyə hesabatlarının tərtibinə dair məsələlər toplusu”, “Bələdiyyələr üçün strateji planlaşdırma”, “Yerli özünüidarəetmə orqanlarının vəzifəli şəxslərinin məsuliyyətini müəyyən edən normalar toplusu”, “Sahibkarlığın inkişafında bələdiyyələrin iştirakı ilə bağlı qanunvericiliyə dair sənədlər toplusu”, “Bələdiyyə üzvünün yaddaş kitabçası” və başqa sənədlər yerləşdirilmişdir.

Maarifçilik işlərində müasir informasiya-kommunikasiya texnologiyalarından istifadənin səmərəliliyi əsas götürülərək üstünlük internet resurslarından istifadə etməyə verilməklə bu sahədə işlər davam etdirilir.

Bu məqsədlə Ədliyyə Nazirliyinin saytının (www.justice.gov.azBələdiyyə fəaliyyəti bölməsi”) bələdiyyə üzvləri və qulluqçuları tərəfindən ardıcıl olaraq izlənilməsi və metodik vəsaitlərdən həmin sayt vasitəsi ilə istifadə olunması tövsiyə olunur.

Bələdiyyələrlə iş mərkəzi


iacca
help_az
iap
eplc