Ius est ars boni et aeqvi

Hüquq - yaxşı iş və ədalət incəsənətidir

In favorem libertatis omnia jura clamant; sed est modus in rebus

В пользу свободы вопиет всякое право, но всему есть мера
 
AVROPA ÜMUMİ HÜQUQ TƏŞKİLATI HAQQINDA MƏLUMAT


http://www.eplo.eu

Yunanıstan Parlamentinin 16 noyabr 1995-ci il tarixli Qanunu ilə qeyri-hökumət təşkilatı kimi yaradılan Avropa Ümumi Hüquq Mərkəzi aparılan struktur dəyişiklikləri nəticəsində 2007-ci ildən etibarən Avropa Ümumi Hüquq Təşkilatı (EPLO) kimi fəaliyyətini davam etdirir. Qərargahı Afina şəhərində yerləşən təşkilatın əsas məqsədi ümumi hüquq sahəsində biliklərin formalaşdırılması və yayılması yolu ilə yeni nəsil hüquqşünasların və demokratik institutların inkişaf etdirilməsindən, eləcə də Avropa dəyərlərinin ümumi hüquq vasitəsilə təbliğ olunmasından ibarətdir. Bu istiqamətdə qurum elmi, tədqiqat, təlim, tədris və institusional sahələrdə fəaliyyət göstərir.

Avropa Ümumi Hüquq Təşkilatının təsis edilməsi haqqında Saziş və Nizamnaməsi 27.10.2004-cü il tarixdə 7 dövlət tərəfindən imzalanmış və digər dövlətlərin qoşulması üçün açıq elan olunmuşdur. Təşkilat Avropa Komissiyası və Avropa Şurası kimi nüfuzlu qurumlarla, üzv dövlətlərlə, həmçinin müxtəlif ölkələrdən olan çoxsaylı ali təhsil müəssisələri ilə əməkdaşlıq edir.

Hazırda İtaliya, Fransa, Yunanıstan, Estoniya, Serbiya, Moldova, Ukrayna, o cümlədən Fransanın Panteon - Sorbonna, Böyük Britaniyanın Belfast, Almaniyanın Drezden, Türkiyanın İstanbul Universitetləri, habelə Niderland, İspaniya, İtaliya, Portuqaliya, Yunanıstan, Avstraliya, Moldova, Ukrayna, İran və digər dövlətlərin aparıcı ali təhsil müəssisələri təmsil olunur və bu qurumun işində fəal iştirak edir.

Təşkilatla Ədliyyə Nazirliyi arasında əlaqələr 2004-cü ildə Yunanıstan Prezidentinin Azərbaycana rəsmi səfəri çərçivəsində nümayəndə heyətinin tərkibində olan Avropa Ümumi Hüquq Təşkilatının direktoru Spiridon Floqaitis Ədliyyə Nazirliyində qəbul olunan zaman qurulmuşdur. Azərbaycanda həyata keçirilən məhkəmə - hüquq islahatlarına böyük maraq göstərən Spiridon Floqaitis Ədliyyə Nazirliyinə əməkdaşlıq təklifi ilə müraciət edərək, bu qurumun rəhbər orqanında ölkəmizin təmsil olunmasını arzu etmişdir.

Dövlətimizin nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığa və dünya təcrübəsinin öyrənilməsinə xüsusi əhəmiyyət verdiyini nəzərə alaraq, Azərbaycanın həmin təşkilatla əməkdaşlığı və onun Direktorlar Şurasında ölkəmizi ədliyyə nazirinin müavini cənab Toğrul Musayevin təmsil etməsi barədə qərar qəbul edilmiş, Təşkilatla hakimlərin, ədliyyə işçilərinin, prokurorların, vəkillərin, notariusların və digər hüquqşünas kadrların tədrisi üzrə əməkdaşlığın həyata keçirilməsi məqsədəuyğun sayılmışdır.

Təşkilatın səyləri nəticəsində və Yunanıstan Hökumətinin maliyyə dəstəyi əsasında “Azərbaycanda qanunun aliliyi üzrə hüquqşünasların tədrisi və hüquqi islahatlara dəstək” layihəsi və digər tədbirlər uğurla həyata keçirilmişdir. Layihə çərçivəsində bu günə qədər çoxsaylı qarşılıqlı səfərlər, tədris seminarları, uzunmüddətli elmi təlim ezamiyyətləri təşkil olunmuşdur.

























Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı test imtahanı və söhbət mərhələsində sualların hazırlanmasında istifadə olunan normativ hüquqi aktlar
(təkmilləşdirilmişdir)


Ədliyyə Nazirliyinin tibb xidmətinə qulluğa qəbulla bağlı müsabiqə davam edir


Qeyri-hökumət təşkilatlarının nəzərinə

Copyright © Ədliyyə Nazirliyi
All Rights Reserved 2003-2017
designed by: M.O.J.
| |