Litvalı hüquqşünaslar Azərbaycanda səfərdədir

Ölkəmizdə səfərdə olan Litva Respublikası Ədliyyə Nazirliyinin nümayəndə heyəti aprelin 3-də ədliyyə nazirinin müavini Toğrul Musayevlə görüşmüşdür. Nazir müavini respublikalarımız arasında dostluq və əməkdaşlıq əlaqələrinin getdikcə inkişaf etdiyini, dövlətlərarası münasibətlərdə mühüm əhəmiyyət kəsb edən istiqamətlərdə, o cümlədən hüquqi əməkdaşlıq sahəsində müqavilə-hüquq bazasının genişləndirildiyini məmnunluq hissi ilə vurğulamışdır.

Görüşdə dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda məhkəmə sisteminin müasirləşdirilməsi, ədliyyə orqanlarının inkişafı ilə bağlı görülən işlər barədə məlumat verilərək, hər iki ölkənin Ədliyyə nazirlikləri arasında yaranan işgüzar əməkdaşlığın yüksək səviyyəsi qeyd olunmuş, qarşılıqlı səfərlər çərçivəsində təcrübə mübadiləsinin daha da genişləndirilməsinin vacibliyi diqqətə çatdrılmışdır.

Azərbaycanla hüquqi əməkdaşlığa böyük önəm verdiklərini vurğulayan litvalı qonaqlar respublikamızın məhkəmə və ədliyyə sistemində həyata keçirilən islahatlardan, əldə edilən uğurlardan məmnun qaldıqlarını bildirmiş, öz ölkələrində hüquqi fəaliyyət sahəsində, o cümlədən daşınmaz əmlakın dövlət reyestri xidmətinin, notariat, vəkillik fəaliyyətinin təşkili və məhkəmə qərarlarının icrası üzrə aparılan işlərdən, qazandıqları nailiyyətlərdən və mövcud problemlərdən danışmışlar.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında səmərəli fikir mübadiləsi aparılmış, qonaqları maraqlandıran məqamlara aydınlıq gətirilmişdir.

Sonra qonaqlar Ədliyyə tarixi muzeyi ilə tanış olmuşlar.

iacca
help_az
iap
eplc