31 mart - Azərbaycanlıların soyqırımı qurbanlarının xatirəsi ədliyyə orqanlarında yad edilmişdir

31 mart - Azərbaycanlıların soyqırımı təcavüzkar erməni .

Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilmiş kollegiya iclasında erməni şovinistlərinin xalqımıza qarşı törətdikləri soyqırımının acı nəticələrindən, günahsız əhaliyə divan tutulmasından danışılmış, bu kütləvi qırğının statistikası, miqyası və qəddarlığına görə bəşəriyyətə, insanlığa qarşı törədilmiş dəhşətli cinayətlərdən biri olduğu bildirilmiş, faciə qurbanları ehtiramla anılmış və onların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Azərbaycanlıların soyqırımının 92-ci ildönümü ilə bağlı nazirliyin struktur qurumlarında da anma mərasimləri keçirilərək, ermənilər tərəfindən zaman-zaman xalqımıza qarşı törədilən vəhşilik və cinayətlərin tarixinə nəzər salınmış, əsl soyqırımı həyata keçirənlərin layiqli cəzalarını alacaqlarına əminlik ifadə olunmuşdur.

Nazirlikdə Azərbaycanlıların soyqırımı barədə sənədlərdən, arxiv və foto materiallardan ibarət xüsusi stend, soyqırımı haqqında yeni nəşrlərdən və digər əyani vəsaitlərdən ibarət guşə hazırlanmış, eyni zamanda ədliyyə işçiləri üçün kinozalda silahlı erməni-daşnak dəstələrinin dinc əhaliyə qarşı törətdiyi qırğınlardan bəhs edən “Soyqırımı” adlı yeni sənədli film nümayiş etdirilmişdir.

iacca
help_az
iap
eplc