Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi
IMAGE

Ədliyyə Akademiyasında gənc könüllülər və tələbələr üçün seminar keçirilib

Ədliyyə Nazirliyi tərəfindən əhalinin hüquqi maarifləndirilməsi, ədliyyə və məhkəmə fəaliyyəti barədə ictimaiyyətin mütəmadi məlumatlandırılması daim diqqətdə saxlanılaraq həyata keçirilən islahatlar və yeniliklər geniş işıqlandırılır, nazirliyin fəaliyyət istiqamətləri, vəzifələri barədə kütləvi informasiya vasitələrinin iştirakı ilə brifinqlər, seminar-müşavirələr, digər maarifləndirici tədbirlər təşkil olunur.

Ədliyyə Akademiyasında nazirliyin əməkdaşlarının, ədliyyə və ASAN könüllülərinin, Bakı Dövlət Universiteti hüquq fakültəsinin və SABAH qruplarının tələbələrinin iştirakı ilə "Qeydiyyat və notariat baş idarəsinin əsas funksiyaları" mövzusunda maarifləndirici seminar keçirilib.

70-dən çox dinləyicinin qatıldığı tədbirdə nazirliyinin qeydiyyat və notariat fəaliyyəti, tətbiq olunan informasiya-kommunikasiya texnologiyaları, elektron sistemlər və müxtəlif reyestrlər barədə ətraflı məlumat verilib, "Ədliyyə sistemində innovasiyaların tətbiqi", "Sahibkarlıq sahəsində yoxlamaların aparılması" və "Ailə və nikah münasibətlərinin qorunub saxlanılmasında mediasiya xidmətlərinin əhəmiyyəti" mövzuları üzrə çıxışlar edilib.

Bildirilib ki, ölkə Prezidenti cənab İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə ötən ilin noyabrında qəbul edilmiş "Notariat haqqında" Qanuna edilən əsaslı dəyişikliklər daha müasir texnologiyaların və innovasiyaların tətbiqinə geniş imkan yaradıb. Məsafədən xidmətlərə tələbatın artması ilə əlaqədar və əhalinin məmnunluğunun təmin edilməsi üçün müasir avadanlıqla təchiz olunan və "Elektron notariat" informasiya sisteminə birbaşa çıxışı olan notariusların xüsusi səyyar çantaları hazırlanıb, elektron ədliyyə köşkü istifadəyə verilib.

İştirakçılar həmçinin, sahibkarlıq sahəsində həyata keçirilən islahatlar, bu sahədə yoxlamaların reyestri, dövlət başçısının "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 2019-cu il 3 aprel tarixli Fərmanının sahibkarların məhkəmələrə müraciət imkanlarının asanlaşdırılmasında müstəsna əhəmiyyəti barədə məlumatlandırılıb.

Eyni zamanda, ailə-nikah münasibətlərinin qorunub saxlanmasına xidmət edən, vətəndaş cəmiyyəti institutları ilə birgə layihə çərçivəsində qeydiyyat şöbələrində təşkil olunan psixoloqların mediasiya xidmətlərinin sosial əhəmiyyəti qeyd olunub.

Seminarda dinləyiciləri maraqlandıran suallar cavablandırılıb, müzakirələr aparılıb.

iacca
help_az
iap
eplc