Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi
IMAGE

Ədliyyə Nazirliyi tərəfindən vətəndaş cəmiyyəti üçün təlimlər keçirilib

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2017-2019-cu illər üçün Milli Fəaliyyət Planı"na uyğun olaraq Ədliyyə Nazirliyi tərəfindən Şirvan və Quba şəhərlərində vətəndaş cəmiyyəti nümayəndələrinə "Çirkli pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə qeyri-hökumət təşkilatlarının öhdəlikləri" adlı təlimlər keçirilib.

Təlimlərdə Ədliyyə Nazirliyinin məsul əməkdaşları, ekspert qismində Ədliyyə naziri yanında İctimai Komitənin üzvü Əliməmməd Nuriyev, QHT qanunvericiliyi üzrə ixtisaslaşan hüquqşünas Məhəmməd Quluzadə, həmin şəhərlərdə və ətraf rayonlarda fəaliyyət göstərən vətəndaş cəmiyyəti nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçılarına qeyri-hökumət təşkilatının daxili nəzarət sisteminin hazırlanması, məsul şəxsin və daxili auditorun təyin edilməsi, müştərilərin eyniləşdirilməsi, verifikasiyası və sair mövzularda mühazirələr oxunub, təqdimatlar keçirilib.

Belə tədbirlərin silsilə xarakter daşımaqla digər regionlarda da təşkili nəzərdə tutulur.

iacca
help_az
iap
eplc