Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi

Ədliyyə nazirinin müavini İsmayıllıda vətəndaşları qəbul edəcək

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə nazirinin müavini Vilayət Zahirov iyulun 12-də İsmayıllı Rayon Heydər Əliyev Mərkəzində (ünvan: İsmayıllı şəhəri, Heydər Əliyev prospekti, 57) ədliyyə fəaliyyəti ilə bağlı vətəndaşları qəbul edəcəkdir.

Qəbula vətəndaşlar Göyçay regional ədliyyə idarəsi (ünvan: Göyçay şəhəri, Nizami küçəsi 111, əlaqə telefonu: (02027) 4-30-41, (050) 661-81-20), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və contact@justice.gov.az elektron poçt ünvanı vasitəsilə, eləcə də İsmayıllı Rayon Heydər Əliyev Mərkəzində yazıla bilərlər.

Həmçinin, vətəndaşların rahatlığı üçün nazirliyin rəhbərliyinin qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.

iacca
help_az
iap
eplc