Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi
IMAGE

Rusiya Federasiyasının Sverdlovsk vilayətinin nümayəndə heyəti ilə görüş

Sentyabrın 12-də Rusiya Federasiyasının Sverdlovsk vilayətinin Beynəlxalq və Xarici İqtisadi Əlaqələr naziri Vasili Kozlovun və Mədəniyyət naziri Svetlana Uçaykinanın başçılıq etdiyi nümayəndə heyəti ilə Ədliyyə Nazirliyində görüş keçirilib.

Görüşdə Azərbaycan və Rusiya arasında əlaqələrin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olunub, hər iki ölkədə yerli özünüidarəetmənin təşkili, fəaliyyəti və inkişaf xüsusiyyətlərinə dair faydalı fikir mübadiləsi aparılıb, bu sahədə yaxşı təcrübələrin mübadiləsinin hər iki tərəf üçün səmərəsi vurğulanıb.

Müzakirələr zamanı nazirliyin Bələdiyyələrlə iş mərkəzi tərəfindən yerli demokratiyanın inkişafı, bələdiyyələrin fəaliyyətinin səmərəliliyinin artırılması sahəsində görülən işlərə maraq göstərilib, bu sahədə əlaqələrin genişləndirilməsinə qarşılıqlı niyyət ifadə olunub.

Tədbirdə Ədliyyə Nazirliyinin aidiyyəti məsul şəxsləri və bələdiyyələrin milli assosiasiyalarının rəhbərləri iştirak ediblər.

iacca
help_az
iap
eplc