Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi
IMAGE

Ədliyyə Nazirliyində tədbir keçirilmişdir

Əhaliyə göstərilən hüquqi xidmətin səviyyəsinin yüksəldilməsi, habelə ailə dəyərlərinin qorunması və möhkəmləndirilməsi daim Ədliyyə Nazirliyinin diqqət mərkəzində saxlanılır.

Ailə institutunun inkişafına və nikah münasibətlərinin tənzimlənməsinə dəstək verilməsi, nikahın pozulması hallarınınmümkün qədər qarşısının alınması məqsədi ilə vətəndaş cəmiyyəti institutları ilə birgə layihə çərçivəsində Ədliyyə Nazirliyinin Bakı şəhərindəki rayon və “ASAN xidmət” mərkəzlərində qeydiyyat şöbələrinin bu sahədə fəaliyyətinə psixoloqlar cəlb edilmişdir.

Nikahın pozulması üçün qeydiyyat şöbələrinə müraciət edən insanlar arasında həmin psixoloqlar tərəfindən izahat işinin aparılması, səbəblərin öyrənilməsi və aradan qaldırılması istiqamətində söhbətlərin keçirilməsi nəticəsində onların bir qismi bu fikirdən dönmüşdür. Belə ki, bu xidmətin göstərilməyə başlandığı gündən hazıradək həmin şəxslərin 20%-ə qədəri nikahın pozulmasından imtina etmişdir.

Qeyd olunan xidmətin müsbət nəticə verdiyi nəzərə alınaraq cari ildə onun respublikanın bəzi rayonlarında da tətbiqinə başlanılmışdır.

Bu işin daha da təkmilləşdirilməsi və yeni iş üsullarının tətbiq edilməsi məqsədi ilə 2019-cu il sentyabrın 13-də Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsində Bakı şəhərində fəaliyyət göstərən qeydiyyat orqanlarının əməkdaşları və psixoloqların iştirakı ilə məsləhətləşmələr aparılmışdır.

Tədbirdə Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi R.Kərimova və Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti idarəsi Qeyri-hökümət təşkilatları ilə iş şöbəsinin rəisi S.Salmanova bu işin əhəmiyyəti, həyata keçirilməli yeni təşkilati məsələlər ilə bağlı tədbirləri müzakirə etmişlər. Müzakirə zamanı daha yüksək nəticələrin əldə olunması məqsədilə bu fəaliyyətin tətbiq edildiyi ərazinin genişləndirilməsi məqsədəmüvafiq hesab olunmuşdur.

Bu sahədə tədbirlər davam etdirilir.

iacca
help_az
iap
eplc