Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi
IMAGE

Azərbaycan notariatı Samarada

Cari ilin avqust ayının 18-25-də Qeydiyyat və notariat baş idarəsinin əməkdaşı və notariuslardan ibarət Azərbaycan nümayəndə heyəti Rusiya Federasiyasının Notariat Palatası və Samara vilayət Notariat Palatasının birgə təşkil etdiyi beynəlxalq seminarda iştirak etmişlər.

Tədbirdə Azərbaycan, Avstriya, Bolqariya, Belarus, Polşanın nümayəndələri və Rusiya Federasiyasının notariusları iştirak etmişlər.

Seminarın proqramına uyğun olaraq, Rusiya Federasiyası Notariat Palatasının vitse-prezidenti və ölkənin notariusları, eləcə də iştirakçı dövlətlərin nümayəndələri notariusların fəaliyyətinin, onların digər qurumlar və notariuslarla əlaqəsinin etik əsasları, notariusun məsuliyyəti, vərəsəlik hüququnun rəsmiləşdirilməsi və vəsiyyətnamənin təsdiq edilməsinin xüsusiyyətləri, vərəsəlik müqaviləsi barədə çıxışlar etmişlər.

Həmçinin, notariat təcrübəsi və müəssisələrin fəaliyətini tənzimləyən qanunvericiliklə bağlı məsələlər müzakirə olunmuşdur.

Vərəsəlik hüququnun beynəlxalq hüquqi aspektləri və Azərbaycan qanunvericiliyi, notariusların informasiya sistemi vasitəsilə digər orqanlarla qarşılıqlı fəaliyyəti, daşınmaz əmlakın dövlət reyestri ilə elektron məlumat mübadiləsinin təşkili, o cümlədən “ədliyyə köşkü” və “səyyar çanta”lar, habelə qanunvericilikdə edilmiş dəyişikliklər barədə geniş məlumat verilmişdir.

İştirakçı dövlətlərin nümayəndələrində maraq doğuran mövzu ətrafında müzakirələr aparılmış və suallara ətraflı cavablar verilmişdir.

iacca
help_az
iap
eplc