Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi

Ədliyyə nazirinin müavini Xaçmazda vətəndaşları qəbul edəcək

Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə nazirinin müavini Vilayət Zahirov tərəfindən oktyabrın 3-də Xaçmaz rayonunda vətəndaşların qəbulu keçiriləcəkdir.

Xaçmaz regional ədliyyə idarəsində keçiriləcək qəbulda vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaqdır.

Vətəndaşlar qəbula Xaçmaz regional ədliyyə idarəsi (ünvan: Xaçmaz şəhəri, H.Əliyev prospekti, 17; əlaqə telefonu: (02332) 5-18-88), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-950-58-83; 055-925-37-41 nömrəli telefonları və contact@justice.gov.az elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər.

Eyni zamanda, vətəndaşların rahatlığı üçün Ədliyyə naziri müavinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.

iacca
help_az
iap
eplc