Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi

Ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi Gəncədə vətəndaşları qəbul edəcək

Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi Ceyhun Həsənov oktyabrın 11-də Gəncə şəhərində ədliyyə fəaliyyəti ilə bağlı vətəndaşları qəbul edəcəkdir.

Vətəndaşlar qəbula Gəncə regional ədliyyə idarəsi (ünvan: Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 28 may küçəsi; əlaqə telefonu: (022) 254-48-15,(022) 254-48-21), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və contact@justice.gov.az elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər.

Həmçinin, vətəndaşların rahatlığı üçün nazirliyin rəhbərliyinin keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.

iacca
help_az
iap
eplc