Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi
IMAGE

Ədliyyə işçilərinin peşə bayramına həsr olunan şahmat turnirinə start verilib

22 noyabr - ədliyyə işçilərinin peşə bayramı günüdür. Bu münasibətlə Ədliyyə Nazirliyi tərəfindən silsilə tədbirlər, o cümlədən bir sıra idman turnirləri və intellektual oyunlar, müxtəlif aksiyalar təşkil olunur, bu sahədə Nazirliyin Birləşmiş Həmkarlar İttifaqı yaxından iştirak edir.

Bu ərəfədə ədliyyə işçiləri arasında ənənəvi olaraq keçirilən şahmat turnirinə start verilib, hazırlıq iclasında turnirin təşkili, keçirilməsi qaydası müzakirə olunub, püşkatma keçirilərək qruplarda yarışacaq iştirakçılar müəyyən edilib.

Dairəvi sistem üzrə 3 qrupda təşkil olunacaq 5 turdan ibarət şahmat turnirinə nazirliyin 18 əməkdaşı qatılıb. Yarışın sonunda qaliblər mükafatlandırılacaqdır.

iacca
help_az
iap
eplc