IMAGE

Ədliyyə Nazirliyində "İnsan hüquqlarının qorunması media müstəvisində" mövzusunda KİV-lərlə birgə keçirilən görüşdə Ədliyyə naziri yanında fəaliyyət göstərən İctimai Komitənin üzvləri iştirak ediblər

İnsan hüquq və azadlıqlarının təmin edilməsi, onların müdafiəsi və daha da genişləndirilməsi dövlətimizin ən ali məqsədi hesab olunur. Bu məqsədin müəyyənləşdirilməsi, onun həyata keçirilmə mexanizmlərinin işlənilməsi və reallaşdırılması, sözügedən sahədə hüquqi bazanın yaradılması müstəqil dövlətimizin qurucusu, ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

İnsan hüquqlarının təmin olunmasında müstəsna rolu olan məhkəmə hakimiyyətinin KİV ilə əməkdaşlığı müasir dövrdə mühüm əhəmiyyət kəsb edir. Ulu Öndərin 1998-ci ildə imzaladığı senzuranın ləğv olunması ilə bağlı tarixi Fərmanı mətbuatın inkişafı üçün yeni dövr açıb və Azərbaycan mətbuatı tam şəkildə azad fəaliyyət göstərməyə başlayıb. Bu siyasət ölkə Prezidenti cənab İlham Əliyevin səriştəsi və həssas yanaşması ilə davam etdirilərək mətbuat ölkədə ən sürətlə inkişaf edən, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə təkmilləşən fəaliyyət sahələrindən birinə çevrilib. Bu gün ölkə mətbuatı müasir informasiya cəmiyyəti quruculuğunda, milli-mənəvi dəyərlərin qorunub saxlanması və təbliğində, hüquqi maarifləndirmə sahəsində mühüm rol oynayır.

Ədliyyə Nazirliyi fəaliyyətində şəffaflığa, aşkarlığa və ictimaiyyətlə əlaqələrə daim böyük önəm verərək kütləvi informasiya vasitələri, vətəndaş cəmiyyəti institutları ilə səmərəli əməkdaşlıq edir.

Dövlət başçısının "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi" haqqında 2019-cu il 3 aprel tarixli Fərmanı ilə aidiyyəti qurumların qarşısında mühüm vəzifələr qoyulub. Fərmanın icrası çərçivəsində məhkəmə hakimiyyətinə ictimai etimadın artırılması, məhkəmə fəaliyyətində şəffaflığın artırılması, geniş ictimaiyyətin məlumatlandırılması üzrə işlərin davamı olaraq Məhkəmə-Hüquq Şurasının son iclasında Şuranın sədri, ədliyyə naziri Fikrət Məmmədovun təşəbbüsü ilə kütləvi informasiya vasitələri ilə qarşılıqlı əlaqələrin səmərəli qurulması üzrə təşkilati məsələlər müzakirə edilərək, müvafiq qərarlar qəbul olunub.

Bununla əlaqədar 10 dekabr - Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş tədbirlər çərçivəsində Ədliyyə Nazirliyi tərəfindən Məhkəmə-Hüquq Şurası və Azərbaycan Mətbuat Şurası ilə birgə "İnsan hüquqlarının qorunması media müstəvisində" mövzusunda KİV-lərlə görüş keçirilib.

Vətəndaş cəmiyyətinin təmsilçiləri, həmçinin Ədliyyə naziri yanında fəaliyyət göstərən İctimai Komitənin üzvləri Səadət Bənənyarlı, Əliməmməd Nuriyev, Əhməd Abbasbəyli və digərləri çıxşlarında məhkəmələrdə mətbuat məsələlərinə məsul şəxsin fəaliyyət mexanizminin qurulması, media tərəfindən məhkəmə prosesinə müdaxilə etmədən fəaliyyətin obyektiv və qərəzsiz işıqlandırılması, hakimlər tərəfindən ictimaiyyəti maraqlandıran məsələlərlə bağlı mediada daha tez-tez çıxışların edilməsi, hakimlər və jurnalistlər üçün birgə müvafiq təlim və seminarların təşkili və digər məsələlərlə bağlı təkliflər səsləndirilib. 

iacca
help_az
iap
eplc