IMAGE

Qadınlar üçün keçirilən ictimai dinləmədə Ədliyyə naziri yanında fəaliyyət göstərən İctimai Komitənin üzvləri iştirak ediblər

Ölkəmizdə insan hüquqlarının daha etibarlı qorunmasına xidmət edən demokratik hüquqi islahatlar çərçivəsində uğurlu gender siyasəti aparılır, qadın problemlərinin həlli dövlət və cəmiyyət tərəfindən daim diqqət mərkəzində saxlanılır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan hərtərəfli mütərəqqi islahatlar hər bir ailənin rifahının yaxşılaşmasına, həmçinin cəmiyyətimizin müxtəlif təbəqələrinin, o cümlədən qadınların hüquqlarının təmin olunmasına yönəlib. Bu istiqamətdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü həyata keçirilən məqsədyönlü və önəmli tədbirlər də ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanır.

Cəmiyyətdə qadınların daha çox əziyyət çəkdiyi kobud rəftar, şiddət və bu kimi digər halların yolverilməzliyi ən vacib məsələlərdən biridir. Dünyanın əksər inkişaf etmiş dövlətləri kimi, Azərbaycanda da gender əsaslı zorakılığın qarşısının alınması üçün mühüm addımlar atılır.

Ölkə ictimaiyyətinin diqqətini gender əsaslı zorakılıqla mübarizəyə cəlb etmək məqsədilə keçirilən "Qadınlara və qızlara qarşı zorakılığa son qoyaq!" 16 günlük fəallıq kampaniyası çərçivəsində müxtəlif maarifləndirici tədbirlər keçirilir.

İnsan hüquq və azadlıqlarının təmin olunmasında, bu sahədə yerli və beynəlxalq qeyri-hökumət təşkilatları ilə əməkdaşlığın həyata keçirilməsində iştirak edən Ədliyyə Nazirliyi tərəfindən kampaniya çərçivəsində noyabrın 29-da Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti ilə birgə qadınlar üçün ictimai dinləmə keçirilib.

Tədbirdə vətəndaş cəmiyyəti institutunun nümayəndələri və rayonun çoxsaylı qadınları iştirak ediblər.

Ədliyyə naziri yanında İctimai Komitənin üzvləri tədbirin əhəmiyyəti barədə bir sıra dəyərli fikirlərini bildirmişlə

Vətəndaşlarla sual-cavab kontekstində keçirilən tədbirdə hər bir müraciət diqqətlə dinlənilib, qaldırılan məsələlər araşdırılması və həlli ilə bağlı aidiyyəti dövlət qurumuna yönləndirilib, qadınların hüquqları, qanunvericiliyin tələbləri izah olunub.

edliyye2020az
iacca
help_az
iap
eplc