Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi

Ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi İmişlidə vətəndaşları qəbul edəcək

Prezident İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi Ceyhun Həsənov yanvarın 18-də İmişli regional ədliyyə idarəsində (ünvan: İmişli şəhəri, S.Qazıyeva küçəsi, bina 12a) vətəndaşları qəbul edəcək.

Qəbulda İmişli, Beyləqan, Füzuli, Saatlı və Sabirabad rayonlarından olan vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaqdır.

Vətəndaşlar qəbula İmişli regional ədliyyə idarəsi (əlaqə telefonu: (02124) 6-26-94, 050 449-59-57), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları, contact@justice.gov.az elektron poçt ünvanı, eləcə də elektron qaydada nazirliyin elektron xidmətlər portalı (www.exidmet.justice.gov.az) vasitəsilə yazıla bilərlər.

iacca
help_az
iap
eplc