IMAGE

Ədliyyə nazirinin müavini Mingəçevirdə vətəndaşları qəbul edib

Ölkə Prezidenti İlham Əliyevin dövlət qurumları tərəfindən vətəndaşlara layiqli xidmət göstərilməsi, onların müraciətlərinə diqqət və xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıqlarına uyğun olaraq Ədliyyə Nazirliyinin rəhbərliyi tərəfindən vətəndaşların bölgələrdə mütəmadi qəbulları keçirilir.

Fevralın 3-də ədliyyə nazirinin müavini Azər Cəfərov Mingəçevir şəhəri Heydər Əliyev Mərkəzində Mingəçevir şəhərində yaşayan və ətraf rayonlardan olan vətəndaşları qəbul edib.

Qəbuldan öncə ümummilli lider Heydər Əliyevin Mingəçevir şəhərində abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, əziz xatirəsinə dərin ehtiram bildirilib.

Qəbul zamanı ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərə baxılıb, hər bir vətəndaş diqqətlə dinlənilib. Müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə həllini tapıb. Digər müraciətlər üzrə nazirliyin qəbulda iştirak edən məsul işçilərinə müvafiq tapşırıqlar verilib, həmçinin həlli başqa qurumlara məxsus olan müraciətlər aidiyyəti üzrə göndərilib.

Vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Səfər çərçivəsində nazir müavini həmçinin, yerli məhkəmə və ədliyyə qurumlarının fəaliyyəti və iş şəraiti ilə tanış olub.

iacca
help_az
iap
eplc