IMAGE

Gənclər günü Ədliyyə Nazirliyinin Mühafizə Alayında qeyd olunub

Ümummilli lider Heydər Əliyevin gənclərə bəxş etdiyi 2 fevral - Gənclər günü münasibətilə ədliyyə orqanlarında geniş qeyd olunur. Builki bayram ölkə Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə 2020-ci ilin "Könüllülər ili" elan olunması ilə daha da əlamətdardır.

Gənclər Günü münasibətilə ədliyyə orqanlarında silsilə tədbirlər təşkil olunub, o cümlədən nazirliyin rəhbərliyinin gənc əməkdaşlarla və ədliyyə könüllüləri ilə görüşü keçirilib, həmçinin Ədliyyə tarixi muzeyində nazirlik tərəfindən dövlət gənclər siyasətinə uyğun həyata keçirilən tədbirləri əks etdirən yeni guşə yaradılıb, gənc könüllülərin muzeylə tanışlığı olub, kinozalda filmlər, eləcə də foto-slaydlar nümayiş etdirilib.

Davam edən tədbirlər çərçivəsində Ədliyyə Nazirliyinin və Bakı şəhəri Nəsimi İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Penitensiar xidmətinin Mühafizə Alayında həqiqi hərbi xidmət keçən gənc əsgərlər üçün geniş konsert proqramı keçirilib.

Tədbirdə nazirliyin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova, Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini Gülarə Verdiyeva çıxış edərək ulu öndər Heydər Əliyev tərəfindən gənclərə qayğısından bəhs edib, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə dövlət gənclər siyasətinin uğurla həyata keçirilərək bu gün respublikamızda sağlam və müasir düşüncəli, milli və yüksək vətənpərvərlik ruhlu gənclərin yetişdiyini vurğulayıb, bayram münasibətilə əsgərləri təbrik ediblər.

Sonra tədbir musiqili-əyləncəli proqramla davam edib, xidmətdə fərqlənən əsgərlərə hədiyyələr təqdim olunub.

Konsert proqramı tədbir iştirakçıları tərəfindən xoş ovqat və sevinc hissi ilə qarşılanıb.

iacca
help_az
iap
eplc