Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi
IMAGE

Ədliyyə nazirinin müavini Eldar Nuriyev Qubada vətəndaşları qəbul edib

Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq fevralın 4-də ədliyyə nazirinin müavini Eldar Nuriyev Quba şəhəri Heydər Əliyev Mərkəzində Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirib.

Qəbuldan öncə ümummilli lider Heydər Əliyevin Quba şəhərində abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, əziz xatirəsinə ehtiram bildirilib.

Qəbul zamanı ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərə baxılıb, hər bir vətəndaş diqqətlə dinlənilib, qaldırılan məsələlərin həlli üzrə nazirliyin qəbulda iştirak edən aidiyyəti məsul işçilərinə tapşırıqlar verilib.

Səfər çərçivəsində nazir müavini həmçinin, yerli məhkəmə və ədliyyə qurumlarının iş şəraiti, Azərbaycan brendi olan və ədliyyənin də müvafiq xidmətlər göstərdiyi Quba "ASAN" xidmət mərkəzinin fəaliyyəti ilə tanış olub.

iacca
help_az
iap
eplc