Azərbaycan Respublikası Ədliyyə Nazirliyi açıq tender elan edir

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi

Lot - 1: Ədliyyə Nazirliyi tərəfindən maliyyələşməsi həyata keçirilən məhkəmələrin inzibati binalarında quraşdırılmış mərkəzi kondisioner və havalandırma sistemlərinə texniki servis xidməti işlərinin satınalması məqsədilə

AÇIQ TENDER ELAN EDİR

Tender 1 Lot üzrə keçirilir: Tenderdə iştirak etmək istəyən iddiaçılara təklif olunur ki, www.etender.gov.az dövlət satınalmalarının vahid internet Portalına elektron imza (və ya “ASAN imza”) vasitəsilə daxil olaraq tender haqqında ətraflı məlumat əldə etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı maliyyə və texniki imkanlara malik olmalıdır.

Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Portal vasitəsilə Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu əldə edə bilərlər.

İştirak haqqı: Lot 1 _ 250 manat.

VÖEN:1300286111

Hesab № AZ68CTRE00000000000002088471

Bank: Dövlət Xəzinədarlıq Agentliyi

Kodu: 210005

VÖEN: 1401555071

Müxbir hesab AZ 41NABZ01360100000000003944

S.W.I.F.T.BIK: CTREAZ 22

Büdcə təsnifatının kodu: 142330

Büdcə səviyyəsinin kodu: 7

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri Portal vasitəsilə təqdim etməlidirlər.

1. Tenderdə iştirak etmək üçün yazılı müraciət;

2. İddiaçının tenderdə iştirak etmək və satınalma müqaviləsini bağlamaq səlahiyyətinin olması haqqında sənəd;

3. Tender iştirak haqqının ödənilməsinə dair sənədin surəti;

4. Tender təklifi (zərflərinin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

5. Tender təklifi dəyərinin 1%-i həcmində bank təminatı (zərflərinin açıldığı tarixdən sonra azı 60 bank günü qüvvədə olmalıdır);

6. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

7. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

8. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

9. İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri (notarial təsdiqlə);

10. İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;

11. İddiaçının analoıi işlərdə təcrübəsi, potensial texniki və kadr imkanları haqqında rəsmi məlumatı;

12. Müvafiq mərkəzi icra hakimiyyəti orqanı tərəfindən verilmiş lisenziyalar.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan sənədlər Azərbaycan dilinə tərcümə olunmalıdır).

İddiaçılar tenderlə bağlı sualları Portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər.

Tender proseduru “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikası qanununa uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olunmaqla) 17.04.2020-ci il saat 11.00 tarixə qədər, tender təklifi və bank təminatını isə 27.04.2020-ci il saat 15.00 qədər Portal vasitəsilə təqdim etməlidirlər.

İddiaçıların təklifləri 28.04.2020-ci il saat 11.00 tarixində elektron olaraq Portal vasitəsilə açılacaqdır.

İddiaçılar tenderin nəticələri ilə bağlı Portal vasitəsilə tanış ola bilərlər.

Qeyd: Tenderdə iştirak, tender təkliflərinin qiymətləndirilməsi və digər prosedurlar Portal vasitəsilə aparılır.

iacca
help_az
iap
eplc