Ədliyyə Nazirliyi Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iradəsi ilə çoxpartiyalı sistemin inkişafı, ümumi maraqlar naminə partiyalararası dialoqun genişləndirilməsi və bu sahədə münasibətlərin sağlam zəmində qurulmasına yönələn ardıcıl tədbirlər görülür, o cümlədən son aylarda 4 siyasi partiya Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçmişdir.

Görülən işlər çərçivəsində Milli Vəhdət Partiyası, Azərbaycan Milli Demokrat Partiyası və Ağ Partiyasının (əvvəlki Vahid Azərbaycan Partiyası) nazirliyə təqdim olunmuş təsis və digər sənədlərinə edilmiş dəyişikliklərin qanunvericiliyə uyğunluğu öyrənilmiş və qeydiyyata alınmışdır. Bununla bağlı partiyalara dövlət reyestrindən çıxarışlar verilmişdir.

iacca
help_az
iap
eplc