Azərbaycan Respublikası Ədliyyə Nazirliyi açıq tender elan edir

Tenderə Dəvət

 

Məhkum edilmiş şəxslərə tətbiq olunan elektron nəzarət vasitələrinin və  aidiyyatı avadanlığın satınalınması ilə əlaqədar

 

AÇIQ TENDER  ELAN EDİR

 

Tenderdə iştirak etmək istəyən malgöndərənlər müəyyən edilmiş məbləğdə iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş Əsas Şərtlər Toplusunu Bakı şəhəri, İnşaatçılar prospekti-1 ünvanında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maliyyə və təminat idarəsindən (Əlaqələndirici şəxs: Eyvazova Sevda Nəriman qızı, telefon: 492-62-35) ala bilərlər.

Tender iştirakçıları öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etməlidirlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə imkanlarına və texniki göstəricilərə malik olmalıdırlar. Malların işlərin və xidmətlərin təchiz olunma müddəti bir il.

İştirak haqqı - 500 manat

İştirak haqqı heç bir halda geri qaytarılmır

Bank adı: Dövlət Xəzinədarlıq Agentliyi

Kodu: 210005

VÖEN: 1401555071

Müxbir hesab AZ 41NABZ01360100000000003944

S.W.I.F.T.BIK: CTREAZ 22

Ədliyyə Nazirliyi (Tender)

KOM

Hesab № AZ68CTRE00000000000002088471

VÖEN:1300286111

Büdcə təsnifatının kodu: 142330

Büdcə səviyyəsinin kodu: 7

Tenderdə iştirak etmək üçün aşağıda qeyd olunan sənədləri Bakı şəhəri, İnşaatçılar prospekti-1 ünvanına təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün ərizə;

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra 30 bank günü ərzində qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1%-i (bir faizi) həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra 60 bank günü ərzində qüvvədə olmalıdır);

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, dövlət reyestrindən çıxarışı, şəhadətnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (mənfəət vergi bəyannaməsi);

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması;

- satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması;

- öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması;

- müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması;

- satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi;

- müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi, bank təminatı istisna olmaqla) 11.09.2020-ci il saat 15:00-a qədər, tender təklifi və bank təminatı isə möhürlənmiş ikiqat zərfdə 22.09.2020-ci il saat 18:00-a Bakı şəhəri, İnşaatçılar prospekti-1 Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklifləri yuxarıda göstərilən ünvanda, Azərbaycan Respublikası Ədliyyə Nazirliyində   23.09.2020-ci il tarixdə saat 10:00-da açılacaqdır.

 İddiaçıların səlahiyyətli nümayəndələri tender komissiyasının iclasında iştirak edə bilərlər.

                                                                                                          

 

  Tender Komissiyası

qarabag
iacca
help_az
iap
eplc