Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi

Vətəndaşların nəzərinə!

Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədov tərəfindən dekabrın 30-da Balakən rayonunda vətəndaşların qəbulu keçiriləcəkdir.

Qəbulda Balakən, Qax və Zaqatala rayonlarında yaşayan vətəndaşların ədliyyə və məhkəmə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaqdır.

Qəbul saat 11:00-da Balakən Rayon Mədəniyyət Mərkəzində (ünvan: Heydər Əliyev prospekti, 42) keçiriləcəkdir.

Bildirilir ki, vətəndaşlar qəbula Şəki regional ədliyyə şöbəsi (ünvan: Şəki şəhəri, 20 yanvar küçəsi 94, əlaqə telefonu: (02424) 4-34-48; 4-43-47), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və contact@justice.gov.az elektron poçt ünvanı vasitəsilə, eləcə də Balakən Rayon Mədəniyyət Mərkəzində yazıla bilərlər.

Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.

 

iacca
help_az
iap
eplc