Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi

Regionlarda hüquq təsisatlarının inkişafına xüsusi diqqət yetirilir

Şəkidə ötən ilin yekunlarına həsr olunmuş yığıncaqda iştirak etmək məqsədilə rayonda səfərdə olmuş ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov tədbirdə çıxış edərək, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan quruculuq işlərindən söhbət açmış, Şəkinin sosial-iqtisadi inkişafı ilə bağlı qazanılan uğurları qeyd etmiş, ədliyyə və məhkəmə sisteminin müasirləşdirilməsi üzrə görülən genişmiqyaslı işlər barədə ətraflı məlumat vermişdir.

Tədbirdən sonra vətəndaşların qəbulunu keçirən nazir onların qayğıları ilə maraqlanmış, qaldırılan məsələlərlə bağlı zəruri tapşırıqlar verilmiş və müvafiq tədbirlər görülmüşdür.

Fikrət Məmmədov ədliyyə orqanlarının fəaliyyəti ilə yerində tanış olmuş, Şəkidə yeni yaradılan Apellyasiya məhkəməsinin yerləşəcəyi binada aparılmış təmir işləri və həmçinin, yeni yaradılan regional ədliyyə şöbəsinin fəaliyyəti ilə bağlı təşkilati məsələlərlə, eyni zamanda, rayon ərazisində inşa olunan cəzaçəkmə müəssisəsinin tikintisi ilə maraqlanmış, müvafiq tövsiyələrini vermişdir.

iacca
help_az
iap
eplc