Azərbaycan Respublikası
Ədliyyə Nazirliyi

Qeyri-hökumət təşkilatlarının nəzərinə

  • 05.06.2015

"Qeyri-hökumət təşkilatlarına elektron xidmətlərin göstərilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 20 noyabr 2013-cü il tarixli Fərmanına əsasən QHT-lərə elektron xidmətlərin göstərilməsi üçün Ədliyyə Nazirliyi tərəfindən "Fərdi elektron pəncərə" elektron məlumat sistemi yaradılmışdır.

Sistemdən istifadə etmək məqsədilə qeyri-hökumət təşkilatlarının səlahiyyətli şəxsi tərəfindən istifadəçi adının və şifrənin əldə edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinə müraciət olunmalıdır (ünvan: Bakı şəhəri, Azadlıq prospekti, 72).

Əlavə məlumat almaq üçün aşağıdakı telefon nömrələrinə zəng etməyinizi (012) 404-42-37, (012) 404-42-39 xahiş edirik.