Azərbaycan Respublikası
Ədliyyə Nazirliyi


Rəis vəzifəsini icra edən - Səmədzadə Ağakərim Ağasəməd oğlu (tel: 404-42-22)
Strateji planlaşdırma şöbəsinin rəisi - idarə rəisinin müavini -
Satınalmalar və xidmət müqavilələri şöbəsinin rəisi -
Əməliyyatlar və texniki xidmət şöbəsinin rəisi -

 

Əsas fəaliyyət istiqamətləri

İdarənin fəaliyyət istiqamətləri aşağıdakılardır:

  • Nazirliyin sisteminə daxil olan qurumların, birinci və apellyasiya instansiyası məhkəmələrinin informasiya texnologiyaları üzrə məsələlərini həll edir;
  • Nazirliyin sisteminə daxil olan qurumlarda və məhkəmələrdə informasiya sistemlərinin əlaqəli fəaliyyətini, texniki dəstəklənməsini, təhlükəsizliyini və idarə edilməsini təşkil edir;
  • ədliyyə və məhkəmə sahəsində informasiya texnologiyalarının inkişafını və elektron xidmətlərin yüksək səviyyədə təmin edilməsini təşkil edir;
  • Nazirliyin əsas və ehtiyat məlumat mərkəzlərinin işini təşkil edir;
  • Nazirliyin fəaliyyət istiqamətləri üzrə informasiya texnologiyaları sahəsində strateji planlaşdırma işini həyata keçiri;
  • informasiya texnologiyaları sahəsində fəaliyyətini Məhkəmə-Hüquq Şurası, Konstitusiya Məhkəməsi və Ali Məhkəmənin aidiyyəti qurumları ilə əlaqələndirir;
  • informasiya-texnologiyaları sahəsində fəaliyyətini digər dövlət orqanları ilə əlaqələndirir, həmin orqanların informasiya resursları və sistemləri ilə inteqrasiyasını və məlumat mübadiləsini həyata keçirir;
  • informasiya texnologiyaları ilə bağlı, o cümlədən elektron xidmətlər və elektron sistemlər üzrə təlimlərin təşkili işində iştirak edir;
  • Nazirliyin sisteminə daxil olan qurumların və məhkəmələrin informasiya təhlükəsizliyi siyasətini, o cümlədən bu sahədə müvafiq standart, təlimat və prosedurlarının hazırlanmasını təmin edir, onların tətbiq edilməsini və yenilənməsini həyata keçirir və bu işə ümumi nəzarət edir;
  • qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

Əsasnamənin tam mətnini buradan əldə etmək olar.