Azərbaycan Respublikası
Ədliyyə Nazirliyi

Prezident seçkiləri ilə bağlı məhkəmələrə müraciətlər daxil olmamışdır

  • 11.04.2018

Məhkəmələrdən əldə olunmuş məlumatlara əsasən bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin 11.04.2018-ci il tarixdə keçirilən seçkiləri zamanı seçki qanunvericiliyinin tələblərinin pozulmasına dair bu işlərə baxmaq səlahiyyəti olan apellyasiya instansiyası məhkəmələrinə heç bir şikayət daxil olmamışdır.

Eyni zamanda seçki prosesinin gedişatında hər hansı insidentlə bağlı rayon (şəhər) məhkəmələrinə də müraciət edilməmişdir.