Azərbaycan Respublikası
Ədliyyə Nazirliyi

Ədliyyə naziri Balakəndə vətəndaşları qəbul edəcək

  • 05.11.2018

Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədov tərəfindən noyabrın 8-də Balakən rayonunda vətəndaşların qəbulu keçiriləcəkdir.

Balakən rayonu Mədəniyyət Mərkəzində (ünvan: Balakən şəhəri, Heydər Əliyev prospekti, 42) keçiriləcək qəbulda Balakən, Zaqatala və Qax rayonlarından olan vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaqdır.

Vətəndaşlar qəbula Şəki regional ədliyyə idarəsi (ünvan: Şəki şəhəri, 20 yanvar küçəsi 94; əlaqə telefonları: (02424) 4-32-18, 055-634-85-15), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları, contact@justice.gov.az elektron poçt ünvanı vasitəsilə, habelə Balakən rayonu Mədəniyyət Mərkəzində yazıla bilərlər.

Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.