TOĞRUL SİRAC OĞLU MUSAYEV

1954-cü ildə Bakı şəhərində anadan olmuşdur.

1978-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini, 1993-cü ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirmişdir. Universiteti bitirdikdən sonra hüquq fakültəsində müəllim olmuş, Respublika Ali Soveti Rəyasət Heyətinin hüquq şöbəsində böyük məsləhətçi, Azərbaycan Respublikası KP MK İnzibati orqanlar şöbəsində hüquq mühafizə orqanları ilə iş üzrə təlimatçı, Azərbaycan Respublikası Prezidenti İcra Aparatının Dövlət-Hüquq şöbəsində böyük məsləhətçi vəzifələrində işləmişdir. 1995-ci ildə Baş Prokurorluğa rəhbər işə göndərilərək Kollegiya üzvü, Kadrlar idarəsinin rəisi olmuşdur.

2000-ci ilin iyun ayından Azərbaycan Respublikası ədliyyə nazirinin müavini təyin edilmişdir. II dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsindədir.

Ədliyyə Nazirliyi Attestasiya Komissiyasının və Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı Müsabiqə və İxtisas komissiyalarının, Apellyasiya Şurasının sədridir.

Azərbaycan Respublikasının əməkdar hüquqşünasıdır, 2-ci və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenləri, “Ədliyyə sahəsində fərqlənməyə görə” medalı, “Azərbaycan ədliyyəsinin 100 illiyi (1918-2018)” yubiley medalı və digər medallarla təltif edilmişdir.

Dövlət başçısının fərman və sərəncamlarına əsasən Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının, ölkəmizin Avropa İttifaqı ilə əməkdaşlığı üzrə Dövlət Komissiyasının üzvü, Ümumdünya Ticarət Təşkilatına üzv olmasına hazırlıq işləri üzrə Komissiya sədrinin müavinidir, bir sıra beynəlxalq konvensiyalar üzrə Azərbaycan Hökumətinin hesabatlarının hazırlanması üzrə işçi qruplarda və təqdim edilməsi ilə bağlı ölkəmizin nümayəndə heyətlərində təmsil olunur.

O, həmçinin Avropa Ümumi Hüquq Təşkilatının Direktorlar Şurasının və Beynəlxalq Prokurorlar Assosiasiyasının üzvüdür.

Mülki hüquq və insan hüquqları üzrə elmi məqalələrin müəllifidir. Bakı Dövlət Universitetinin Hüquq fakültəsində magistrlik dissertasiyasının müdafiəsi üçün ixtisaslaşdırılmış Elmi Şuranın sədridir. Bakı Avrasiya Universiteti Elmi Şurasının qərarı ilə həmin Universitetin fəxri doktoru adına layiq görülmüşdür.

Evlidir, 2 övladı var.

Tel: (+99412) 492 06 48

Faks: (+99412) 430 01 55

E-mail: toghrul.musayev@justice.gov.az

iacca
help_az
iap
eplc