Ius est ars boni et aeqvi

Hüquq - yaxşı iş və ədalət incəsənətidir

In favorem libertatis omnia jura clamant; sed est modus in rebus

В пользу свободы вопиет всякое право, но всему есть мера
 
Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı test imtahanı və söhbət mərhələsində sualların hazırlanmasında istifadə olunan normativ hüquqi aktlar

- Azərbaycan Respublikasının Konstitusiyası;

- "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanunu;

- "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikasının Qanunu;

- "İcra məmurları haqqında" Azərbaycan Respublikasının Qanunu;

- "İcra haqqında" Azərbaycan Respublikasının Qanunu;

- "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu;

- "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" Azərbaycan Respublikasının Qanunu;

- "Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu;

- "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Azərbaycan Respublikasının Qanunu;

- Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə;

- "Ədliyyə orqanlarının inkişafı haqqında" Azərbaycan Respublikası Prezidentinin 17.08.2006-cı il tarixli Fərmanı;

- Hüquqi aktların Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi qaydaları haqqında Əsasnamə;

- "İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 24.08.2002-ci il tarixli Fərmanı ;

- Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri barədə Azərbaycan Respublikası Prezidentinin 13.04.2010-cu il və 15.02.2011-ci il tarixli fərmanları;

- Mülki Məcəllədə fiziki şəxsin anlayışı, mülki hüquq və fəaliyyət qabiliyyəti, hüquqi şəxsin anlayışı, növləri, hüquq qabiliyyəti, onun yaradılması və ləğvi ilə bağlı müddəalar;

- Cəzaların İcrası Məcəlləsində məhkumun cəmiyyətdən təcrid edilməsi ilə əlaqədar olmayan cəzaların icrası, şərti məhkum edilmiş şəxslərin hüquq və vəzifələri, onların üzərində nəzarətin həyata keçirilməsi ilə bağlı müddəalar;

- Ailə Məcəlləsində nikahın bağlanması və ona xitam verilməsi, ər-arvadın hüquq və vəzifələri, ailə üzvlərinin aliment öhdəlikləri, vətəndaşlıq vəziyyəti aktları ilə bağlı müddəalar;

- İnzibati Xətalar Məcəlləsində inzibati məsuliyyət, inzibati xətalara görə tətbiq edilən tənbeh növləri və onların tətbiqi qaydaları, Ədliyyə Nazirliyi tərəfindən baxılan inzibati xətalar üzrə işlərlə bağlı icraata dair müddəalar;

- "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununda əsas anlayışların mahiyyəti, qanunun tətbiqi dairəsi, inzibati icraatın başlanılması üçün əsaslar, inzibati aktlar və onların icra edilməsi ilə bağlı müddəalar;

- "Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununda korrupsiyanın anlayışı, qarşısının alınması üzrə tələblər və məhdudiyyətlər, bu hüquqpozmaların subyektləri və onların məsuliyyəti ilə bağlı müddəalar;

- "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının Qanununda Ədliyyə Nazirliyi ilə bağlı müddəalar;

- "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 27.12.2011-ci il tarixli Sərəncamının mahiyyəti, məqsədləri və həmin sənədə əsasən Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilməli olan tədbirlər ilə bağlı müddəalar

- "Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın və "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 05.09.2012-ci il tarixli Sərəncamının mahiyyəti, məqsədləri və həmin sənədə əsasən Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilməli olan tədbirlər ilə bağlı müddəalar;

- "ASAN xidmət" mərkəzlərinin yaradılması, fəaliyyətinin təşkili və xidmətlərin göstərilməsi qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 13.07.2012-ci il və 05.09.2012-ci il tarixli fərmanlarında mərkəzlərdə ədliyyə orqanları tərəfindən göstərilən xidmətlər və bu xidmətlərin təşkili ilə bağlı müddəalar;

- "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununda vətəndaşların müraciət etmək hüququ, formaları, dövlət orqanlarının bu sahədə vəzifələri, vətəndaşların qəbul edilməsi, müraciətlərə baxılması qaydası və müddətləri ilə bağlı müddəalar;

- "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 23.05.2011-ci il tarixli Fərmanında Ədliyyə Nazirliyi qarşısında qoyulan vəzifələrlə bağlı müddəalar.


























Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı test imtahanı və söhbət mərhələsində sualların hazırlanmasında istifadə olunan normativ hüquqi aktlar
(təkmilləşdirilmişdir)


Ədliyyə Nazirliyinin tibb xidmətinə qulluğa qəbulla bağlı müsabiqə davam edir


Qeyri-hökumət təşkilatlarının nəzərinə

Copyright © Ədliyyə Nazirliyi
All Rights Reserved 2003-2017
designed by: M.O.J.
| |