Ius est ars boni et aeqvi

Hüquq - yaxşı iş və ədalət incəsənətidir

In favorem libertatis omnia jura clamant; sed est modus in rebus

В пользу свободы вопиет всякое право, но всему есть мера
 
Ədliyyə Nazirliyində görüş



Avropa Şurası Parlament Assambleyasının Azərbaycanda keçiriləcək prezident seçkilərinin müşahidə olunması üzrə Xüsusi Komitəsinin seçkiqabağı missiyasının başçısı Andres Herkelin rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 18-də ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovla görüşmüşdür.
Respublikamızda aparılan hərtərəfli islahatların uğurlarını qeyd edən nazir, dövlətimizin qarşıdan gələn prezident seçkilərini tam şəffaf və demokratik keçirmək iradəsini vurğulamış, bununla bağlı ədliyyə orqanlarının və məhkəmələrin üzərinə düşən vəzifələrdən, habelə penitensiar müəssisələrdə seçkilərin mükəmməl təşkili üzrə görülən tədbirlərdən danışmışdır.
Avropa Şurası ilə əməkdaşlığın daim yüksək səviyyədə olduğunu bildirən Andres Herkel müşahidə missiyası üçün lazımi şərait yaradıldığına görə təşəkkürünü bildirmiş, seçki zamanı yerli və beynəlxalq müşahidənin aparılmasının əhəmiyyətini qeyd etmişdir. Qonaqlar həmçinin bir sıra digər məsələlərə toxunaraq ölkə Prezidenti cənab İlham Əliyevin ötən ay imzaladığı əfv fərmanını yüksək qiymətləndirmiş, vətəndaş cəmiyyəti ilə əməkdaşlığın gücləndirilməsi, ədliyyə orqanlarının inkişafı və sair aktual məsələlər ətrafında faydalı fikir mübadiləsi aparmışlar.

18/09/2008


























Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti açıq müsabiqə elan edilir


Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı test imtahanı və söhbət mərhələsində sualların hazırlanmasında istifadə olunan normativ hüquqi aktlar
(təkmilləşdirilmişdir)


Ədliyyə Nazirliyinin tibb xidmətinə qulluğa qəbulla bağlı müsabiqə davam edir


Qeyri-hökumət təşkilatlarının nəzərinə

Copyright © Ədliyyə Nazirliyi
All Rights Reserved 2003-2017
designed by: M.O.J.
| |