Ius est ars boni et aeqvi

Hüquq - yaxşı iş və ədalət incəsənətidir

In favorem libertatis omnia jura clamant; sed est modus in rebus

В пользу свободы вопиет всякое право, но всему есть мера
 
Azərbaycan-Türkiyə hüquqi əməkdaşliğinin perspektivləri genişlənir

Azərbaycan Respublikası və qardaş Türkiyə Cümhuriyyəti arasında bərqərar olunmuş strateji tərəfdaşlıq və əməkdaşlıq münasibətlərində hüquqi sahədə əlaqələr xüsusi yer tutur.
2001-ci ildə ulu öndərimiz Heydər Əliyevin Türkiyəyə rəsmi səfəri zamanı Türkiyə və Azərbaycan ədliyyə nazirlikləri arasında əməkdaşlıq haqqında Protokol imzalanaraq ölkələrimizin hüquqi sahədə əlaqələrinin inkişafına təkan verilmişdir. Hər iki dövlətin ədliyyə nazirlərinin qarşılıqlı səfərləri çərçivəsində Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında mülki və ticarət işləri üzrə hüquqi əməkdaşlıq haqqında Müqavilə və ədliyyə fəaliyyətinin müxtəlif sahələrini əhatə edən Əməkdaşlıq Proqramı imzalanmış, ədliyyə orqanlarının işgüzar əlaqələri daha da möhkəmlənmişdir.
Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədovun dəvəti ilə Türkiyənin ədliyyə naziri Mehmet Ali Şahin bu il sentyabrın 25-də nümayəndə heyəti ilə Bakıya səfərə gəlmişdir.
Türkiyəli nazir Fəxri Xiyabanda ulu öndərimiz Heydər Əliyevin əziz xatirəsini yad edərək məzarı önünə əklil və tər çiçəklər qoymuşdur. Sonra qonaq Şəhidlər Xiyabanını ziyarət etmiş ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş həmvətənlərimizin və türk əsgərinin məzarı üzərinə tər çiçək dəstələri düzmüş, onların əziz xatirəsinə dərin ehtiramını bildirmişdir.
Ədliyyə naziri Fikrət Məmmədovla görüş zamanı qonağa ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan məhkəmə-hüquq islahatı barədə ətraflı məlumat verilmiş, hüquqi sahədə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılmış, həm ikitərəfli, həm də çoxtərəfli səviyyələrdə, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin səmərəliliyindən, hüquqi əməkdaşlıq sahəsində mövcud müqavilə bazasının təkmilləşdirilməsindən danışılmış, tərəfləri maraqlandıran məsələlər müzakirə edilərək, konkret sahələr üzrə qarşılıqlı fəaliyyətin həyata keçirilməsi üzrə razılığa gəlinmişdir. Azərbaycanda uğurla həyata keçirilən hüquqi islahatlara böyük maraq göstərən Türkiyəli nazir hüquqi sahədə əməkdaşlığın geniş perspektivlərə malik olduğunu vurğulamışdır.
Türkiyə nümayəndə heyəti nazirlikdə Heydər Əliyev və Azərbaycan ədliyyəsinin tarixi muzeyi, Azərbaycan-Türkiyə münasibətlərinə həsr olunmuş ekspozisiyalarla tanış olmuş, onlara Azərbaycan dövləti, onun hüquq sistemi, ölkə başçısının rəhbərliyi altında aparılan islahatlar, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı materialları əks etdirən xüsusi hazırlanmış dərgi təqdim edilmişdir.


25/09/2008


























Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti açıq müsabiqə elan edilir


Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı test imtahanı və söhbət mərhələsində sualların hazırlanmasında istifadə olunan normativ hüquqi aktlar
(təkmilləşdirilmişdir)


Ədliyyə Nazirliyinin tibb xidmətinə qulluğa qəbulla bağlı müsabiqə davam edir


Qeyri-hökumət təşkilatlarının nəzərinə

Copyright © Ədliyyə Nazirliyi
All Rights Reserved 2003-2017
designed by: M.O.J.
| |