Ius est ars boni et aeqvi

Hüquq - yaxşı iş və ədalət incəsənətidir

In favorem libertatis omnia jura clamant; sed est modus in rebus

В пользу свободы вопиет всякое право, но всему есть мера
 
Mətbuat xidmətinin məlumatı
"Notariat haqqında" Azərbaycan Respublikasının Qanununa və "Notariat fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə şəhadətnamə almaq üçün imtahanın, təcrübənin və müsahibələrin keçirilməsi Qaydası"na müvafiq olaraq 2007-ci ilin may ayından başlayaraq notariat fəaliyyəti ilə peşəkarcasına məşğul olmaq üçün şəhadətnamə almaq istəyən şəxslərin sənədlərinin qəbulu həyata keçirilmişdir.
İxtisas Komissiyası Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə birgə yüksək tələblər səviyyəsində, şəffaf prosedurlarla yerli və beynəlxalq müşahidəçilərin, həmçinin kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə 24.11.2007-ci il tarixdə test imtahanı keçirmiş və nəticədə 22 nəfər namizəd növbəti mərhələyə - müsahibəyə buraxılmışdır.
Bu ilin yanvar ayında keçirilən müsahibədə 5 nəfər namizəd uğur qazanmış və notarius yanında təcrübəyə göndərilmişdir. 14 noyabrda təcrübəni bitirmiş namizədlərlə peşə hazırlığının yoxlanılması üzrə müsahibə keçirilmiş və
Hacıyev Hünər Zabil oğlu,
Qasımova Aytəkin Eldar qızı,
Mahmudov Ayaz Akif oğlu,
Məmmədov Ceyhun Bəşir oğlu,
Səfərov Elşən Zakir oğlu

notariat fəaliyyəti ilə bağlı sualları cavablandıraraq şəhadətnamənin verilməsi üçün zəruri olan miqdarda bal toplamışlar.

Yuxarıda göstərilənlərə və qanunvericiliyin tələblərinə əsasən İxtisas Komissiyası həmin namizədlərə notariat fəaliyyəti ilə peşəkarcasına məşğul olmaq üçün şəhadətnamə verilməsi barədə qərar qəbul etmiş və bununla əlaqədar ədliyyə nazirinə müraciət olunmuşdur.

20/11/2008


























Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti açıq müsabiqə elan edilir


Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı test imtahanı və söhbət mərhələsində sualların hazırlanmasında istifadə olunan normativ hüquqi aktlar
(təkmilləşdirilmişdir)


Ədliyyə Nazirliyinin tibb xidmətinə qulluğa qəbulla bağlı müsabiqə davam edir


Qeyri-hökumət təşkilatlarının nəzərinə

Copyright © Ədliyyə Nazirliyi
All Rights Reserved 2003-2017
designed by: M.O.J.
| |