Ius est ars boni et aeqvi

Hüquq - yaxşı iş və ədalət incəsənətidir

In favorem libertatis omnia jura clamant; sed est modus in rebus

В пользу свободы вопиет всякое право, но всему есть мера
 
Ədalət mühakiməsinin həyata keçirilməsində texnoloji yenilik
Müasir texnologiyaların istifadəsinə mühüm əhəmiyyət verən ölkəmizdə bu sahədə məqsədyönlü addımlar atılmış, bir sıra mühüm normativ aktlar, o cümlədən informasiya və kommunikasiya texnologiyalarından kütləvi istifadə edilməsini, dövlət idarəetmə orqanlarında və təşkilatlarında elektron sənəd mübadiləsinin geniş tətbiqini nəzərdə tutan Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012) qəbul olunmuşdur.
Ədliyyə Nazirliyi tərəfindən bu məsələyə xüsusi diqqət yetirilərək respublikamızda ilk dəfə olaraq cinayət təqibində müasir texnologiyalardan istifadə edilmişdir. Belə ki, konkret hadisə ilə bağlı istintaqı aparılmış cinayət işinin materialları ilə yanaşı, onun eksperimental elektron versiyası yaradılaraq, cinayət işinə əlavə edilmiş və məhkəməyə göndərilmişdir.
Bu texnologiyanın tətbiqi məhkəmə prosesinin tərəflərinə istənilən vaxt kompüterdə iş materialları ilə sərbəst tanış olmaq, icraat sənədlərini axtarış sistemi vasitəsilə operativ tapmaq üçün əlverişli şərait yaradır, istintaq və məhkəmə sənədlərinin saxtalaşdırılmasının qarşısını almaqla xüsusi əhəmiyyətli materialların məcmusu olan cinayət işinin etibarlı qorunmasına xidmət edir.
Bununla da, cinayət təqibi üzrə icraatın keyfiyyətinin və tezliyinin təmin olunmasına kömək edilir, habelə İnsan Hüquqları üzrə Avropa Konvensiyasında nəzərdə tutulan təqsirləndirilən şəxsin öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxta malik olmaq hüququ daha geniş şəkildə təmin olunur, ümumiyyətlə isə müdafiə imkanlarının səmərəsi artırılır.
Noyabrın 19-da göstərilən işə Qaradağ rayon məhkəməsi tərəfindən baxılmış, məhkəmə iclas zalında istintaq sənədlərinin müasir texnologiyalar vasitəsilə əyani nümayiş etdirilərək obyektiv və ədalətli qərar qəbul edilməsi işi asanlaşmış, aşkarlıq prinsipi daha geniş şəkildə təmin edilmiş, məhkəmə baxışının ən qısa müddətdə həyata keçirilməsinə nail olunmuşdur.

Məhkəmə prosesinin bütün iştirakçıları Ədliyyə Nazirliyi tərəfindən ilk dəfə olaraq müasir texnologiyalar istifadə edilməklə belə bir yeniliyin tətbiqini yüksək qiymətləndirmiş, onun tezliklə geniş yayılmasını arzulamışlar.
Bu uğurlu təcrübənin həyata keçirilməsi ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına mühüm töhfə olmaqla, Azərbaycan ədliyyəsinin 90 illik yubileyi ərəfəsində əldə olunmuş növbəti bir nailiyyətdir.

 

20/11/2008


























Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti açıq müsabiqə elan edilir


Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı test imtahanı və söhbət mərhələsində sualların hazırlanmasında istifadə olunan normativ hüquqi aktlar
(təkmilləşdirilmişdir)


Ədliyyə Nazirliyinin tibb xidmətinə qulluğa qəbulla bağlı müsabiqə davam edir


Qeyri-hökumət təşkilatlarının nəzərinə

Copyright © Ədliyyə Nazirliyi
All Rights Reserved 2003-2017
designed by: M.O.J.
| |